]
İnoTV.ru, 05.08.2016
Deyəsən, ABŞ qarışmamaq və Rusiya ilə Suriya prezidenti Əsədə Hələbdə müxalif qüvvələri əzməyə imkan verməyi qət edib. Nüfuzdakı məsariflərə baxmayaraq, bu variant Amerika üçün daha sərfəli ola bilər. “Bloomberg” yazır ki, o öz mövqeyini rəsmən dəyişməli və İŞİD-lə vuruşmalı olmayacaq, çünki onun əvəzinə bunu Rusiya, İran və Suriya edir.
ABŞ dövlət katibi Con Kerrinin Suriyada hakimiyyəti təhvil verməyə başlamaq haqda bəyanatı səsləndiməyindən artıq üç gün keçir. Buna baxmayaraq, proses başlanmayıb, hökumət qoşunları üsyançıların tutduğu Hələbi mühasirəyə alır, Vaşinqton isə onlara köməyinə tələsmir. Müdafiə olunan üsyançılar arasında əvvəllər “Cəbhət ən-Nusra” kimi tanınmış qruplaşma var. Filialı olduğu “Əl-Qaidə”dən aralanmaq cəhdinə baxmayaraq, qurum Amerikada yenə də terrorçu hesab edilir, buna görə də Vaşinqton ona dəstək verə bilməz. Hökumət qoşunlarının mühasirəsini yarmaqda əsas hərəkətverici qüvvə məhz “Cəbhət ən-Nusra” olub, lakin çox güman ki, onun bütün hücumu heç nə ilə başa çatacaq, çünki Əsəd qoşunlarına Rusiya HKQ, həmçinin müttəfiqləri İran və Livan kömək edir.
Əsəd avqustun 1-də siyasi hakimiyyəti təhvil verməyə başlamasa, Kerrinin “başqa yolla” getmək vədi yekunda boş çıxdı. Vaşinqton indiyədək Rusiyaya “özünü və Əsəd rejimini hücum əməliyyatlarından saxlamağa” çağırmaqla kifayətlənir. Lakin Rusiya və Suriya eynilə müxalif güclər kimi bu çağırışlara etinasız yanaşır.
Eyni zamanda nəşr “Amerika yanaşmasının mənasızlığını” qeyd edir: “ABŞ-ın hərbi əməliyyatlar zonasında kürdlərdən başqa gerçək hərbi potensialı olan heç bir böyük müttəfiqi yoxdur. Və bununla belə, hələ də eyni zamanda İŞİD-qə qalib gəlməyə, “Cəbhət ən-Nusra”nı darmadağın etməyə və Əsədi devirməyə ümid edir”.
Lakin Vaşinqton geri çəkilə və Rusiya liderinə deyə bilməz ki, Obama administrasiyası daha Əsəddən can qurtarmaq istəmir. Eyni zamanda Putinin Suriyada daha əlverişli mövqeyi var. ABŞ-dan fərqli olaraq Rusiya və İranın köməyi ilə üsyançıları məhv edən Suriya hökuməti Rusiyaya dəstək verir.
Nəşr hesab edir ki, “Çox güman ki, müxalifət siyasi hakimiyyətin təhvil verilməsi üzrə danışıqlar üçün ən yaxşı məqamı əldən buraxıb. ABŞ eynilə Türkiyə kimi uzaq durmağa üstünlük verir və Əsəd, Putin, “Hizbullah” və İran müxalifətdən xilas olurlar”.
Eyni zamanda bu münaqişə Putin üçün həmişə iki tərəf arasında müharibə idi. Bunlar əvvəlcə legitim hökumət və terrorçu dəstələr idi. İndi isə hökumət qoşunları Hələbi götürə bilsə, müharibədə həqiqətən də cəmi iki iştirakçı qalacaq: Əsəd koalisiyası və müttəfiqləri İŞİD-ə qarşı. Hadisələrin bu cür inkişafı Rusiya lideri üçün danışıqlardan üstün olacaq: müxalifətin məğlubiyyətindən sonra ABŞ-ın Əsədi hakimiyyətdə saxlamaq istəksizliyi əsassız olacaq, axı sadəcə alternativ olmayacaq.
Həm də Vaşinqtonun durumu necəsə dəyişməyə cəhdinin mənası da yoxdur. Amerikanın müxalifətə verəcəyi dəstəyin heç kimə faydası olmayacaq: nə ABŞ-ın özünə, nə də hərbi əməliyyatların kəskinləşməyinin daha çox qaçqın axını demək olacağı avropalı müttəfiqlərinə. Bundan başqa, Əsədə qarşı köklənmiş kürddlərə dəstək ABŞ-la Türkiyə arasındakı onsuz da mürəkkəb münasibətləri daha da pisləşdirəcək.
“Bloomberg” hesab edir ki, ABŞ Putin, Əsəd və İrana öz planlarını gerçəkləşdirmək imkanı verəcək. Hökumət gücləri Hələbi alıb İŞİD-lə toqquşacaq və bir neçə cəbhədə vuruşmalı olmayacaq. ABŞ bu koalisiyaya qoşulsaydı, müharibə daha tez bitərdi, lakin bu, bir sıra siyasi səbəblər üzündən mümkünsüzdür. Müharibə davam edəcək, ancaq İŞİD uzunmüddətli perspektivdə Rusiya və İranın basqısı altında çətin ki duruş gətirsin. Bu halda ABŞ-ın nüfuzu korlanacaq. Vaşinqton Əsədlə Ərdoğanın birlikdə ABŞ-ın əvvəllər dəstəklədiyi kürd qruplaşmaları ilə necə haqq-hesab çəkdiklərini müşahidə etməli olacaq. Ola bilsin, Amerika qalib gəlmiş Əsədin repressiyalara necə başlayacağını da seyr etməli olacaq.
“Bloomberg” qeyd edir: “Və əlbəttə ki, ABŞ kam alan, öz mövqelərini möhkəmlədən Putinlə üzləşəcək”.
Amma qarışmamaq hər halda daha itkisiz variant ola bilər. ABŞ hamının gözü qabağında geri çəkilməli və döyüş əməliyyatlarına qatılmalı olmayacaq.
Nəşr yekun vurur: “Birləşmiş Ştatlara ancaq ümid etmək qalır ki, Əsədin qoşunları Hələbdə hansısa şəkildə məğlubiyyətə uğrayacaq. Lakin döyüş zonasındakı bütün hadisələrə görə fikir yürüdülsə, buna xüsusi ümid bəsləməyinə dəyməz”.
Tərcümə Strateq.az-ındır.