XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 13:27

Fransa polisi islamçıların öhdəsindən gələ bilmir

ölkədə terrorla mübarizə üçün hər gün bir milyon avro tələb olunur

Meksika ordusu hərbçilərinin və xarici legionun ənənəvi alaylarının yanında polislər və qarageyimli jandarmlar – hüquq-mühafizə güclərini iyulun 14-də Yelisey çölündəki parada cəlb etmək qərarı, sözsüz ki, Parisdəki 7 və 9 yanvar və iyunun 26-da Lion yaxınlığında Sen-Kanten-Falavyedəki teraktlardan sonrakı fəaliyyəti ilə bağlıdır. Hər necə olsa da, paradla hüquq-mühafizə orqanlarının islamçı təhlükə ilə mübarizə çətinlikləri arasında təzadı görməmək olmaz. Demək olar, 10 min əsgəri və mindən çox polisi potensial terakt hədəflərinin (KİV binaları, sinaqoqlar və yəhudi birlikləri, vağzal və aeroport kimi insanların çox toplaşdığı yerlər ) yanında yerləşdirmək qərarı Tuluza, Lion və Nansidə üç tətilin göstərdiyi kimi qoşunların döyüş ruhuna təsiri ləngitmədi: hərbçilər etiraz əlaməti olaraq kollektiv şəkildə xəstəlik kağızı götürdülər. Bundan başqa, etiraz miqyası son aylarda çıxan hesabatlardan sonra aydınlaşan geçəkliklərlə baş-başa gəlir: radikal islamçılıq Fransada qüvvə toplayır və getdikcə daha çox tərəfdarlar cəlb edir. Bütün bunlara “həssas” obyektlərin zəifliyi xüsusunda əndişələr də əlavə olunur: iyulun 6-da Miramada kazarmanın qorunan anbarından 180 detonator, 10-a yaxın plastid qabı və 40 qranat oğurlanıb.

ölkədə iki məruzə nəşr olunub. Məruzələr ona görə həyəcanlıdır ki, müəlliflərin hakim Sosialist partiyası ilə sıx əlaqələri var və deməli, təhlükəni şişirtmək və bununla da hökuməti zərbə altında qoymaqda maraqlı deyillər. Birinci məruzə iyulun 9-da Sosialsit partiyasından senator Sebastyen Pyetrazanta tərəfindən baş nazir Manüel Valsa təqdim edilib. O, artıq aprelin 23-də Fransada gəncliyin müsəlman kəsiminin “radikallaşdırılması ilə mübarizə planı”nı Milli Məclisdə oxumuşdu. Paris parlamentarisi əvvəlcə həyəcanlı rəqəmlər göstərir: hazırda 4 000 fransız radikal hərəkatlarla əlaqəyə görə müşahidə altındadır, 1818 nəfər isə, güman ki, hərəkatda iştirak edir. Bundan başqa, onda təhsil naziri Nacat Vallo-Belkasemin 2014-cü ildə orta məktəblərdən şagirdlər arasında radikal əhvali-ruhiyyənin yüksəlməsi haqda məlumatları qeyd olunub.

Aparılmış təhqiqatlarda “cəlbedilmə riski”ndən tək-tük danışılsa da, başlıca çətinlik şübhəli bilinənlərin güclü şəkildə rəngarəngliyindədir. Pyetrazantanın məruzəsində radikalın tipik obrazının olmadığı qeyd olunur və “şəxsiləşdirilmiş” müşahidə tələb olunur.

İndiki halda ən pisi Sen-Kanten-Fallavyedəki teraktın ehtimal olunan icraçısı Yasin Salhinin timsalında “yaxın islamçılıq” təhlükəsidir (o, hərəkətinin dini səbəbini inkar edir).

İyunun 26-da hadisə yerinə gəlmiş daxili işlər naziri Bernar Kaznev bildirdi: “Fransa qol-qanad açmış terrorizmlə üz-üzədir”.

O sonradan yerli və milli səviyyədə terroru önləmək üçün əməliyyat qərargahının yaradıldığını elan etdi. Bundan başqa, bu qurumlar polis qüvvəsinin tətbiq edilməsinə yol verməməli, işə yerli zabitlər cəlb olunmalıdır.

Manüel Valsaya ikinci məruzəni Sosialist Partiyasından deputat və SOS Racisme assosiasiyasının keçmiş prezidenti Malek Butih təqdim edib. Onun sözlərinə görə, Fransadakı müsəlman gəncliyin bir hissəsi “qeyri-məmnunluq hiss edir, valaylamağa hazırdır”.

“Cihad həvəskarları”nın 65%-inin (onları birbaşa təmas və yaxud İnternetdə virtual əlaqə ilə aşkarlamaq mümkün olub) yaşı 25-dən aşağıdır və onları buna iki şər itələyir. Birincisi, antisemitizm və sinfi simasını itirmiş və yoxsul müsəlmanlardan fərqli olaraq Fransa yəhudilərinə dövlət himayəsi. İkincisi, dalana dirənmiş və respublikaçı dəyərlərin gözə dəymədiyi və yaxud zəif hesab edildiyi cəmiyyətdə demokartik dəyərlərin qəbul edilməməsi.

Deputat qeyd edir: “Gənclərə yönəlik digər radikal ideyalarla müqayisədə islamçılıq prioritet mövqedədir”.

Bəs vəziyyəti necə düzəltmək olar? Həbsxanalardakı müsəlman dustaqların radikallaşması təhlükəsinin öhdəsindən necə gəlmək olar? çevik polis dəstələrini insanlara yaxın yerləşdirməklə onlara daha ağır silah və müdafiə vasitələri (zirehli köynəklər, gücləndirilmiş patrullar) vermək tələbi arasındakı tarazlığı necə müəyyən etməli? Nəhayət, gündəlik dəyəri bir milyon avro hesablanan bu təhlükəsizlik tədbirlərini gerçəkləşdirmək üçün vəsaiti haradan tapmalı?

Rişar Verli

“Le Temps” (İsveçrə), 14.07.2015