XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2016 - 09:11

Türk mətbuatında NATO-ya ağır ittihamlar:"NATO ilə bir yerdə olmaq ilan dolu kisəyə girməkdir" - Təhlil

nato

Arif Altunbaş

Haber7 (Türkiyə), 08.08.2016


 

NATO ABŞ və onun Qərb müttəfiqlərinin maraqlarının müdafiəsi və saxlanması xatirinə yaradılmış bandit dəstəsidir.

NATO – ABŞ başda olmaqla Qərbin Şərqdə işğal və istismar etdiyi ərazilərdə ağalığının qorunması üçün fəaliyyət göstərən beynəlxalq terror təşkilatıdır.

NATO – Vəhşi Qərb sivilizasiyasının Asiya, Afrika, Güney Amerikanın zəif ölkələrinə basqı amili və onların ram edilməsi üçün qamçıdır.

NATO – sülh deyil, müharibə qurumudur. Müsəlman dövlətlərində və üçüncü dünya ölkələrində çevrilişlərin tərəfdarı və ilhamvericisi, Yaxın Şərqdəki müharibələrdə fəaliyyət göstərən əsas simadır.

NATO şər və fitnə təşkilatıdır.

Heç bir ölkə bu birliyin tərkibində bizim dostumuz olmadı və heç ola da bilməzdi. Biz NATO ilə nə çiyin-çiyinə döyüşə bilər, nə də vətənimizi müdafiə edə bilərik. NATO ilə bir yerdə olmaq ilan dolu kisəyə girmək kimi bir şeydir. Türkiyədəki NATO sərhədlərimizin daxilindəki düşmən deməkdir. Eynilə “Troya atı”, tampliyerlər və yaxud assasinlər kimi ölkəmizə nüfuz etmiş bu riyakarlar bandasına etibar etmək ən böyük satqınlıqdır.

Biz – Türkiyə və İslam dövlətləri öz təşkilatımızı və müdafiə xəttimizi yaratmayınca özümüzü təhlükələrdən, təzyiqdən, NATO hücumlarından və şərin Qərb, Şərq qüvvələrindən təhlükəsizləşdirə bilmərik.

Müstəqillik və azadlığa meylli xalq öz təhlükəsizlik və müdafiəsini dost görünməyə çalışan düşmənlərə etibar etməyə gedib çıxan yanlışlıq və başısoyuqluq içində ola bilməz. NATO yarandığı andan etibarən zəif və əsarət altındakı xalqların yerüstü və yeraltı sərvətlərinin istismarı qəsdilə Amerika imperializminin, Vəhşi Qərb sivilizasiyasının cəlladı, silahlı təzyiq və qorxutma gücü olub, onun üzvləri isə bu zorakılıq aparatına uzaqdan, yaxından kömək və yardım edib.

NATO Qərbin maraqları naminə vuruşan rəsmi mafioz təşkilatdır. O, müdafiə birliyi görüntüsü altında çoxlu sui-qəsdlər, dövlət çevrilişləri təşkil edən qorxutma, təzyiq və işğal ordusu kimi insanlığın üzqarası olmağı davam etdirir.

Kommunist təhlükəsi, Sovet İttifaqı yoxdur. Onda NATO kimə qarşı birləşir, nəyə hazırlıq görür, sanki rəqibi olmayan sumoçu kimi kimə qarşı mübarizə aparır?

Əlbəttə, oyanan, inkişaf edən, boy atan və öz sivilizasiyasının qurulması üzərində işləyən İslam dövlətlərinə, hər şeydən əvvəl Türkiyə, İran və Pakistana qarşı…

Yaddan çıxartmayaq ki, Fətulla Gülənin terrorçu FETÖ təşkilatının və ölkəmizdəki satqınların arxasında da bu şübhəli təşkilat durur. Həm də PKK-nın, Xalq özünümüdafiə dəstələrinin, həmçinin xeyli solçu təşkilatın…

 

Tərcümə Strateq.az-ındır.