XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

15 İyul 2015 - 08:36

ABŞ türk torpaqları hesabına Kürdüstan qurur – Təhlil

Türkiyənin Kərkükə, Hələbə, Azərbaycanın isə Qarabağa sahib çıxma zamanıdır

Türkiyə özündə cəsarət tapıb İraq-Kərkük və Suriya-Hələb türkmənlərinə sahib çıxmalıdır. Türkiyə artıq ABŞ-ın oynuna getməməli, öz dindaşlarının və soydaşlarının harayına çatmalıdır. Türkiyə nə zamanadək Qarabağ, Krım probleminin arxasında Rusiyanın, Kərkük və Hələb sorununun arxasında isə ABŞ və Avropa Birliyinin dayandığını iddia edərək səssiz qalacaqsa, başının üzərindəki təhlükələr artacaq…

Məncə, Türkiyə Osmanlı dönəmində onun ərazisi olımuş Kərkük və Hələb üçün addımlar atmağa daha çox borcludur. özü də bunu tez etməlidir. çünki ABŞ türk torpaqları hesabına Kürdüstan qurmağa başlamışdır. Kürdüstan ikinci Ermənistan kimi olacaq. Necə ki bu gün Ermənistan Rusiya və ABŞ-ın kuklası, yəni oyuncaq dövlətidir, eynisini Kürdüstan üzərindən də edəcəklər. Belə olduğu təqdirdə nədən Türkiyə, türk ordusu öz insanlarına və torpaqlarına doğru getməkdə, onlara qucaq açmaqda tərəddüd etsin?!

Hər gün xəbər alırıq ki, İraq və Suriyadakı türkmən kəndləri kürd qüvvələri (YPG, Peşmərgə və b.) tərəfindən boşaldılır. Bu zaman İŞİD deyilən terrorçu qruplaşmanın adından da istifadə olunur. Yəni guya həmin kəndlərə İŞİD nəzarət edirmiş… Bu anlamda da ABŞ və onun dəstəkçiləri türkmən kəndlərinə saldırırlar. Türkiyə isə səssiz durumdadır. Belə ki türkmənlərə yerində yardım etmək əvəzinə yalnız öz sərhədləri daxilində yer verir. Bununla da işi bitmiş hesab edir. Məncə, çox yanlış taktikadır. çünki türkmənlərin Türkiyəyə gəlməsiylə problem çözülmür. Tərsinə, bununla da Türkiyə bir zamanlar Ermənistanın yaranmasına razılıq vediyi kimi, eyni addımı Kürdüstan için də atmış olur. Bəlkə, Türkiyədə biriləri zənn edirlər ki, Türkiyə xaricində Kürdüstan dövlətinin yaranmasıyla Türkiyə də kürd sorunundan qurtulacaqr…

Məncə, yox.

Türkiyə, türk xalqı unutmamalıdır ki, bir zamanlar Rusiyanın birbaşa, ABŞ-ın isə dolayı dəstəyilə qurulan Ermənistan bu gün yenə də problem olaraq qalır. Ermənistan qurular-qurulmaz Türkiyəyə və Azərbaycana torpaq iddialarında bulunmuşdu. Ermənilər torpaq qopartmaqda Türkiyə qarşısında bu günədək başarılı görünməsələr də, amma iddialarını davam etdirirlər. Eyni zamanda bu gün Azərbaycanın Dağlıq Qarabag və digər torpaqlarının bir parçası erməni-xristian qüvvətlərinin əlindədir. O zaman da Türkiyə Ermənistanı aradan qaldırmaqdan vaz keçərək yalnız öz sərhədləri daxilindəki çıxarlarını, maraqlarını düşündü… Elə zənn etdi ki, bununla da “erməni məsələsi” bitdi. Amma bitmədi. Bütün dünyada ermənilər türklərin onlara qarşı yapdıqları sözdə soyqırımdan bəhs edir, torpaq iddialarına davam edirlər. Halbuki soyqırıma məruz qalan, torpaqları işğal altında olan Türkiyə və Azərbaycan türkləridir.

Bu gün isə Türkiyə qonşusu dediyi Suriya və İraqda türkmənlərin məhv olmasını kənardan izləyir. Yenə də zənn edir ki, Türkiyənin milli çıxarları üçün bu taktika, yetərlidir. Məncə, bu, türk siyasətinə, türk əxlaqına və insanlığına uygun deyildir. Bu gün ABŞ-Qərb hansı şərtlər altında Suriya və İraqdadırsa, Rusiya Krımdadırsa, Türkiyə də onlardan daha çox haqlı olaraq orada olmalıdır.

Türkiyədə bəzən biriləri bizləri Qarabağın işğal altında olmasına görə qınayırlar. Haqlıdırlar. Amma bu gün Türkiyə türkləri bəs nədən Kərkükə, Hələbə və başqa Türk diyarlarına sahib çıxmırlar? Onlar da Türkiyənin, eləcə də türk dünyasının bir parçası deyilmi? Rusiya necə Krıma sahibləndi, düşündünüzmü?

Arxadaşlar, türklük bir bütündür! Türk üçün Qarabağ, Ankara, Kərkük, Təbriz, Urumçi, Kazan, Bağçasaray, Hələb, Diyarbəkir, Dərbənd, Daşkənd, Bişkək, Astana eynidir! Ona görə də bütün türk məmləkətlərinə sahib çıxmaq hər bir türkün vəzifəsidir. Bu anlamda Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, özbəkistan, Qırğızıstan olarak uyğurlara, Kərkükə, Qarabağa, Krıma, Hələbə və başqa türk yurdlarına hər bir türk sahib çıxmalıdır. Yəni Azərbaycan ordusuna bu günədək Qarabağa sahib çıxa bilməmək yaraşmadığı kimi, Türkiyə ordusuna da Kərkükə, Hələbə və başqa türk ellərinə sahib çıxa bilməmək yaraşmır…

Demək istədiyim budur ki, artıq Türkiyə və Azərbaycan müdafiədən hücuma keçməlidir. Bizlər ilk öncə öz torpaqlarımıza sahib çıxmalıyıq. Bu gün ABŞ və ya Rusiya əsgərinin Kərkükdə, Hələbdə, ya da Krımda, Qarabağda olması nə dərəcə də məntiqlidir?! Amma vardır. O zaman bizlər nədən öz torpaqlarımıza ordu çıxarmamlıyıq?! Nə zamana qədər öz torpaqlarımız uğurunda savaş aparmaq üçün Rusiyadan, ABŞ-dan, AB-dən izn gələcəyini düşünəcəyik?!

Artıq yetər! Artıq Qarabağdan gələnlər Qarabağı unutmaq üzrədir. Eyni aqibəti Kərkük, Hələb, Krım türkləri də yaşamırlarmı?!

Biz türk ulusu olaraq dünyada güc olmadan heç bir sorunumuz (Qarabağ, Uyğurustan, Krım, Kərkük, Hələb, Təbriz və b.) çözülməyəcək, tərsinə yeni problemlərlə üz-üzə qalacağıq…

Məncə, Türkiyə Kərkükə, Hələbə, Azərbaycan Qarabağa, Təbrizə, Tatarıstan Krıma, Türküstanlılar Uyğurstana sahib çıxmaq mücadiləsinə başlamalıdırlar.

Kimi gözləyirik?!

Faiq Ələkbərov