XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

10 Avqust 2016 - 09:06

Rusiya nəşri:“Bakı sammitindən Rusiya-İran-Türkiyə alyansına gedən yol” – Təhlil

EP

İvan Preobrajenski

Rosbalt.ru, 09.08.2016

 

Vladimir Putin və Rəcəb Ərdoğan İranın qoşulması ilə Rusiya-Türkiyə ittifaqının yaradılmasını sifariş ediblər. Və deyəsən, Qərbi yüngülcə hürküdüblər.

Rusiya və Türkiyə liderləri özləriylə olduqca çoxsaylı nümayəndə heyəti götürməklə Sankt-Peterburqda görüşüblər.

Qeyd etmək lazımdır ki, bəzi danışıq iştirakçılarının Sankt-Peterburqa gəlməsi son dərəcə gözlənilməz idi. Məsələn, Putin Tatarıstan prezidenti Rüstəm Minnixanovu, Türkiyə prezidenti Ərdoğan isə uçuşdan əvvəl son anda Milli Kəşfiyyat Xidmətinin (MİT) başçısı Hakan Fidanı özüylə götürmüşdü. Praktik olaraq ordunun tam “darmadağın”ı və hökumətdəki kütləvi istefalar nəzərə alınmaqla, demək olar ki, o, Türkiyənin hərbi və güc strukturlarının yeganə təmsilçisidir ki, bölgədəki duruma təsirini saxlayır. Yeri gəlmişkən, bu, iki liderin Sankt-Peterburq görüşündə danışıqların qapalı hissəsinə Fidanla birgə Rusiya Baş qərargahının rəisi Gennadi Gerasimov da qoşularkən təsdiq olundu. Peterburq görüşündə təhülükəsizlik qüvvələri təmsilçilərinin iştirakı qaçılmaz idi. Əlbəttə, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiya və Türkiyənin ən yaxın perspektivdə NATO-ya alternativ hərbi alyans yarada biləcəyinə şübhə etməkdə haqlıdır. Lakin bu cür cəhdlərə eyhamlar var. Həm də söhbət sadəcə Rusiya və Türkiyənin ittifaqından deyil, İranın da qoşula biləcəyi bölgəsəl blok kimi bir qurumun yaradılmasından gedir.  

Əksər müşahidəçilərin qeyd etdikləri kimi, Vladimir Putin Ərdoğanla məhz avqustun 9-da, Rusiya liderinin Bakıya uçub təkcə Azərbaycan lideri İlham Əliyevlə deyil, həm də iranlı həmkarı Həsən Ruhani ilə danışqılar apardıqdan sonra təsadüfən görüşməyib. İran nümayəndələri bu görüş ərəfəsində digər məsələlərlə yanaşı, Türkiyəyə köməyi müzakirə etməkdən də danışırdılar. Axı bu cür bəyanatlar lap yaxınlaradək tamamilə mümkünsüz görünürdü, çünki Türkiyə-İran münasibətləri sadəcə rəqabətli deyil, həm də açıqca düşməncəsinə idi. Onu da nəzərə almaq lazımdır ki, həm İranın, həm də Rusiyanın müttəfiqi Bəşər Əsəd rejiminin demontajına cəhdin təşəbbüskarlarından biri kimi çıxış etdiyi Suriya üzrə mövqelərin ayrıldığına görə deyil. Bu qayda ilə, Suriya məsələsi Rusiya, İran və Türkiyənin qarşılıqlı anlaşma və fəaliyyəti üçün nifaqdan təmələ çevrilə bilər. Bu, o qədər mühüm və irimiqyaslı, bu günki ziddiyyətlər isə o qədər böyükdür ki, Putin və Ərdoğan Peterburq danışqılarının əsas vaxtında problemi incəliyi ilə müzakirə edə bilməyiblər. Yekunda, Rusiya liderinin görüşün nəticələri üzrə mətbuat konfransında bildirdiyi kimi, prezidentlər axşam bir daha müzakirələrə qərar veriblər – Suriyadan danışmaq üçün bu dəfə milli xüsusi xidmət təmsilçilərinin iştirakı ilə məhdud dairədə. Daha dəqiqi, bölgədə Rusiya, Türkiyə (həmçinin İran) nüfuzunu nəzərə almaqla Bəşər Əsədin gələcəyi və bu ölkədə vahid siyasi məkanın hansı üsullarla bərpa ediləcəyi haqda qərar qəbul ediləcək.

Lakin görüşün iqtisadi tərkibini də untumağına dəyməz. Bunlardan başlıcalarını sadalamaq üçün sadəcə xatırlatmaq kifayətdir ki, Rusiya nümayəndə heyətinin tərkibinə Energetika nazirliyinin başçısı Aleksandr Novak, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf nazirliyinin başçısı Aleksey Ulyukayev və “Qazprom” rəhbəri Aleksey Miller daxil idilər. Buna görə də təəccüblü deyil ki, Putin danışıqların yekunu üzrə “Türk axını” qaz kəməri layihəsinin bəprasını təsdiqləsin. Ruslar eyni zamanda əvvəllər müqavilə bağladıqları “Akkuyu” AES-in inşası ilə “strateji investisiya” statusu əldə edəcək.

Türkiyə hərbçiləri keçən il Rusiyanın Su-24-ü vurduqdan sonra Rusiyanın tətbiq etdiyi iqtisadi basqılara gəlincə, bunlar tədricən ləğv ediləcək. Çətin ki,  bunu da gözlənilməz xəbər adlandırmaq olsun. Daha çox iki prezidentin Peterburq danışıqlarının yekunları üzrə ehtiyatlı ahəngi maraqlı idi. Rusiya və xaricin AB və ABŞ-a qarşı hədəflənmiş hərbi ittifaqın dərhal yaradılmasından peyğəmbərlik edən çoxsaylı şərhçiləri liderlərin soyuqluğundan təəccüblənməliydilər. İqtisadiyyat naziri Ulyukayevin sözlərinə görə, gerçəklikdə isə Türkiyəyə qarşı Rusiya sanksiyaları ən yaxın bir-iki il ərzində ləğv ediləcək.

Başqa sözlə, hələlik “bərk öpüş dostluğu” aşkarca alınmır. Çox güman ki, hamısı Suriya üzündən. Rusiya və Türkiyənin mövqeləri o qədər yaxınlaşıb ki, məsələn, Bəşər Əsədin gələcəyini ümumiyyətlə açıq müzakirə edə bilər. Lakin hələ gələcəkdə bu haqda razılığa gələ bilmək qədərində deyil.

Ən nəhayətdə, unutmaq lazım deyil ki, iki ölkənin münasibəti Avropa monarxiyası dövründəki kimi, iki hökmdarın sürətlə sozalan və həmçinin sürətlə dirçələn dostluğundan asılıdır. İki ölkənin indiki sürətli yaxınlaşmasına baxmayaraq, bunu isə Rusiya-Türkiyə dostluğu üçün möhkəm və sabit təməl adlandırmaq çətindir.

 

Tərcümə Starteq.az-ındır.