Rusiya və Türkiyə prezidentlərinin görüşü
© AFP 2016, Aleksandr Nemenov
Mari Jeqo
Le Monde (Fransa), 11.08.2016
Vladimir Putinlə Rəcəb Ərdoğanın münasibətlərində Suriya məsələsi o qədər kəskin şəkildə durur ki, avqustun 9-da onun müzakirəsi üçün Rusiya hərbçiləri və Türkiyə xüsusi xidmətininn başçısı Hakan Fidanın iştirakı ilə özəl görüş ayrılıb. “Suriya istiqamətində nizamlama üzrə bizim baxışlarımız həmişə üst-üstə düşmədi, – Putin qeyd edib. – Baxış və yanaşmalarımızın uzlaşdırılmasına gəlincə, düşünürəm ki, bu da mümkündür. Heç olmasa, ona görə ki, bizim ümumi məqsədimiz var – Suriya böhranının nizamlanması. Həm də düşünürəm ki, bu platformada, bu ümumi yanaşmaya əsaslanmaqla ümumi, məqbul həll axtaracağıq”.
Görüş bu cür perspektivdə son dərəcə naqolay məqama düşüb: Bəşər Əsədə qarşı duran üsyançı qruplar Hələbndə qəflətən təşəbbüsü öz əllərinə alıb və Rusiya aviasiyasının dəstəyinə baxmayaraq, rejim qoşunlarının təşkil etdiyi mühasirəni yarıb.
Bundan savayı, Moskva avqustun 2-də HHQ-nin Suriyadakı doqquzaylıq əməliyyatı ərzində ən böyük itkiyə məruz qalıb: İdlib yaxınlığında bortunda beş hərbçi olan Mi-8 helikopteri vurulub. O, Hələbdə rejim qoşunlarına yardım edir və yerdən atəşə tutularkən Latakiyadakı Xmeymim bazasına qayıdırmış.
Ankaranın narahatlığı
Rusiya tərəfi yubanmadan qeyd edib ki, atış Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin dəstəklədiyi “Cəbhət Fateh əş-Şam”ın (keçmiş “Cəbhət ən-Nusra”-tərc.) ərazisindən Amerika istehsallı SZRK (səyyari zenit-raket kompleksi-tərc.) vasitəsilə həyata keçirilib.
Üsyançıların bu cür silahdan istifadəsi Amerika “Stinger”lərinin 1980-ci illərdə Əfqanıstanda sovet ordusu ilə mübarizədə əfqanlara üstünlük verdiyi kimi Suriyada da tərtibatı dəyişdirə bilər. Bundan başqa, PKK döyüşçüləri ilə mübarizə baxımından bu cür SZRK Ankarada narahatlıq doğurur. PKK-çılar mayın 14-də PKK döyüşçülərinin Həkkəri əyalətində türk ordusunun Cobra helikopterini vurduqları videoyazını ortalığa qoyublar.
Türkiyə qərargahı sonda etiraf edib ki, İraq sərhədinin yaxınlığında Kuçurca şəhərində helikopterə Rusiyanın “İqla” tipli raketi dəyib. Bu cür silahın PKK-nın əlində peyda olması Suriya münaqişəsinin Moskva və Ankara qarşıdurmasının üsyançıların əliylə bölgəsəl səviyyədən kənara çıxması xüsusunda təşvişi gücləndirib.
Tərcümə Strateq.az-ındır.