XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

13 Avqust 2016 - 14:12

Türkiyə Rusiyanın müdafiə sənayesi ilə hansı yönlərdə əməkdaşlıq edə bilər? –Təhlil

Ru

Güntay Şimşək

Habertürk (Türkiyə), 13.08.2016

 

Türkiyə-Rusiya münasibətlərində yeni dövrə qapı açan sazişlərdən bəzisi üzrə ən yaxın günlərdə yol xəritəsi hazırlanacaq. O cümlədən müdafiə sənayesi ilə bağlı. Prezidentlər Ərdoğan və Putuinin görüşündə səslənən müdafiə sənayesi sahəsində əməkdaşlığı artırmaq qərarı haqda açıqlama ümumi yanaşmanı ehtiva edir. Mühüm bir qaynaqdan öyrənməyə müvəffəq oldum ki, bu əməkdaşlığın necə baş tutacağının çərçivəsi hələlik ümumi şəkildə təsvir olunmayıb. Və hadisənin necə inkişaf edəcəyini zaman göstərər.

Unutmaq lazım deyil ki, bu əməkdaşlıq yalnız NATO təcrübəsi ilə bağlı olmayan sahələrdə mümkün olacaq. Bu isə ümumi şəkildə ona işarə edir ki, müstəsna şəkildə Türkiyəyə məxsus konvensial müdafiə məhsulları (tank, hava nəqliyyatı vasitələri, gəmilər və s.) inkişaf edəcək.

Rusiya ilə Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığından söz düşəndə, adətən, ilk olaraq Türkiyənin öz hava məkanını müdafiə üçün çoxdan axtardığı, bu istiqamətdə Çinlə iş gördüyü, sonra isə bundan imtina etdiyi raket sistemləri yada düşür. Bununla bağlı qeyd olunur ki, Türkiyə əvvəlcə Rusiyanın S-300S-400 raket sistemlərinə üstünlük verə bilər. Bu, önəmli mövzudur. Məgər biz Qərb müttəfiqlərimizin raket sistemləri haqda Türkiyə tenderinə maraq göstərmədiyi və transfer yoluyla “nou-hau” raket texnologiyalrı əldə etməyi arzulayan Türkiyənin səylərinə soyuq yanaşdığı haqda məsələ qoya bilmərik? Müdafiə sənayesi müqavilələrində nəzərdə tutulan texnologiya transferlərinin indiyədək heç cür həyata keçirmək mümkün olmadığı səbəbindən bu yeni təşəbbüs nadir imkan yarada bilər. Türkiyə müdafiə sənayesinin mexaniki və srtuktur komponentləri, mühərrik sistemlərinin hazırlanması və istehsalı kimi istiqamətləri üzrə Rusiya ilə əməkdaşlıq qura bilər. Rusiya ilə irəliləyiş Türkiyə istehsallı hərbi təyyarələr üçün mühərrikərin hazırlanmasında da əldə oluna bilər. ATAK helikopterləri üçün mühərrik tədarükündə Amerika ilə meydana çıxmış problemlər nəzərə alınsa, onun ixracatı haqda məsələ gündəmə çıxarkən gözləmək olar ki, xarici tədarükçülərdən asılılığı bu cür azalda və mühüm məhsulu işləyib hazırlaya bilərik.

Bundan başqa, Türkiyənin elektronika və proqram təminatının bəzi sahələrində üstünlüyü məlum olmalıdır. Məsələn, demək mümkündür ki, Türkiyə pilotsuz uçuş aparatlarında Rusiyanı üstələyir. Nəticə etibarilə müdafiə sənayesi sahəsində əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq.

Heç kim etiraz etməyə başlamaz ki, Rusiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq qurarkən bu sahənin milliləşdirilməsi irəli getsin və orijinal məhsul hazırlansın. Əslində, öz resurslarımıza satın aldığımız müdafiə məhsulu NATO sistemlərinə inteqrasiya olunmasa, problem yaranmayacaq və müttəfiqlərimizdən heç biri bu məsələni gündəmə çıxartmayacaq.

 

Tərcümə Starteq.az-ındır.