XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2016 - 16:07

Norveç nəşri: “Moskvada başlar bədəndən olur” –Təhlil

put

İonqrid Brekke

Aftenposten (Norveç), 12.08.2016

 

Moskvada başlar əvvəlki tək çiyinlərdən dığırlanır. Bu gün (yəni avqustun 12-də-tərc.) Kremldən məlumat gəlib ki, Putinin ən yaxın çevrəsinin adamı Sergey İvanov daha prezident administrasiyasının rəhbəri deyil. 63 yaşlı İvanov uzun müddət prezident Vladimir Putinin ən yaxın çevrəsinin tərkibində olub. BBC yazır ki, bu haqda heç bir izahat verilmir.

Bu işdən çıxarılma bu cür silsilə hadisələrin sonuncularından biridir. Putin öz cərgəsini köklü şəkildə təmizləyir.

Aftenposten”-in Moskva müxbiri  öz məqaləsində bir neçə gün öncə baş vermiş irimiqyaslı təmizləmədən yazır.

İvanov 2011-ci ildən prezident administrasiyasının rəhbəri, yəni bu qurumun birinci siması idi. O buna qədər müdafiə naziri və baş nazirin müavini olub.

İvanov Putinlə hələ sovet dövründə DTK-da həmkar olduqları vaxtdan bəri dost olub. Onun namizədliyi həmçinin 2008-ci ildə Putinin varisi kimi Dmitri Medvedyevə mümkün alternativ qismində nəzərdən keçirilib. "Der Spiegel" yazır: “O vaxt şayiələr gəzirdi ki, İvanov öz davranışında Putinin arzuladığından daha iddialı olub”.

 

Moskva heyrət içindədir

 

NTV xəbər verir ki, xəbər Moskva üçün gözlənilməz olub. Siyasi analitik Mixail Trotski DPA informasiya bürosu ilə söhbətində bildirib: “Düşünürəm ki, söhbət ya sağlamlıq və təqaüdə çıxmaqdan, ya da yeni mütəxəssislər yığmaq əvəzinə Putinin köhnə qvardiyanın təsirini azaltmaq istəyindən, ya da həm bundan, həm də ondan gedir”.

O, həmçinin fərz edir ki, Putin daha bir önəmli qərarı “balanslaşdıra” bilər – məsələn, baş nazirin işdən azd edilməsini. Lakin hesab edir ki, bu, az ağlabatandır.

Bu başlar artıq bədəndən olub:

Putin məzuniyyətdən qayıtdıqdan sonra iyulun 28-də bir gündə 15 aparıcı məmuru işdən çıxardıb;

Bu yazda mədəniyyət nazirinin müavini Qriqori Primunov və nazirliyin bir sıra rəhbər işçiləri korrusiyaya görə həbs edilib;

•Qüdrətli İstintaq Komitəsinin üç rəhbəri də korrupsiyaya görə həbs olunub;

Putinə sadiq sayılan bir neçə qubernator son aylarda vəzifələrindən götürülüb;

Strateji baxımdan önəmli Baltika donanmasının bütün hərbi rəhbərliyi də bircə günün içində istefaya göndərilib.      

Putinin özü cümə günü Rusiya telekanallarından birinə deyib ki, İvanovun özü istefa verib və müavini Anton Vaynonu öz varisi təyin etməyi xahiş edib. Vayno artıq təyin edilib, İvanov isə təbiəti mühafizə fəaliyyəti və nəqliyyat məsələrləri üzrə prezidentin özəl təmsilçisi kimi yeni işə təyin edilib.