Stanislav Tarasov
REGNUM İA, 20.08.2016
RF müdafiə nazirinin müavini Anatoli Antonovun xəbər verdiyi kimi, Rusiya və Ermənistan Ermənistan Respublikası ərazisində qoşunların Birləşmiş qrupunu yaratmaq haqda sazişi imzalamağa yaxındır. Qruplaşmaya Ermənistanın 4-cü ordu korpusu, Rusiya SQ Cənub hərbi dairəsinə daxil olan və Ermənistan ərazisində dislokasiya olunan 102-ci hərbi bazası daxil olacaq. Ermənistan ordusunun 4-cü korpusu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sərhədində dislokasiya olunub. Rusiya əvvəllər qərb strateji istiqamətindəki qoşun qruplaşmalarını gücləndirməyə başlamışdı. İyunun ilk günlərində məlumat yayıldı ki, “üç yeni diviziyanın yaradılması çərçivəsində (ikisi Qərb hərbi dairəsi və biri Cənub hərbi dairəsi hüdudlarında)” Rusiyanın mərkəzi rayonlarından Qərb sərhədlərinə iki əlahiddə motoatıcı diviziya dislokasiya olunur”.
Bu tədbirlər Şimali Atlantika alyansının Rusiyanın qərb sərhədləri yaxınlığında artan fəallığına cavab sayılır.
Bəs cənubda Rusiya və Erməınistan qoşunlarının Birləşmiş qruplaşması nə üçün yaradılır? Amerikanın Stratfor analitik mərkəzinin təsvirinə görə, “Sanksiyalardan sonra dirçələn İran şimala doğru hərəkətlənir, davam edən Dağlıq Qarabağ münaqişəsində Ermənistanın deyil, Azərbaycanın müttəfiqi olan Rusiya da öz istiqamətini dəyişir”.
Hətta Stratfor-un fikrincə, Azərbaycan sanki zərb-məsəldə olduğu kimi mehriban buzov tək iki ananı əmir, “Bakı-Tiflis-Ceyhan neft kəməri, Transanadolu qaz kəmərinin inşası və Bakı-Tiflis-Qars dəmiryolu kimi Qərb layihələrində iştirakla Qərblə əməkdaşlığa hazır olduğunu nümayiş etdirir və Ermənistanı daha çox təcrid edir, onun iddialarını sıxışdırır”.
Bu məntiqə görə, birləşmiş Rusiya-Ermənistan qruplaşması öz kommunikasiyalarını deyil, müəyyən dərəcədə Azərbaycan-Türkiyə sərhədini qorumaq üçün yaradılıb. Bu cür mülahizənin cəfəngliyi göz qabağındadır. (Sergey Tarasov Rusiyanın maraqlı analitiklərindən biridir və biz zaman-zaman onun yazılarına saytımızn səhifələrində yer veririk. Lakin Tarasov bu məqamda, necə deyərlər, kor-kor, gör-gör “yükü əyir” və onun bu əcaib fikirlərinin Stratfor-un analizinə uzaqdan-yaxından heç bir dəxli yoxdur – bu da göz qabağındadır-tərc.)
Hər şeydən əvvəl, Ermənistan ərazisində Birləşmiş qruplaşmanın yaradılması Moskvanın təkcə Cənubi Qafqazı sabitsizləşdirməyəcək Qarabağdakı aprel müharibəsinə müəyyən reaksiyasıdır. (Tarasov yenə də “əyir” – apreldə Qarabağda gedən qısa savaşın hüquqi baxımdan Ermənistan-Rusiya alyansına heç bir dəxli yox idi və bunu Rusiya rəsmiləri də etiraf etdilər-tərc.).
İkincisi, bu, Suriyada İŞİD-ə qarşı müharibə aparan Rusiya hərbi rəhbərliyinin məntqinə sığışır və Cənubi Qafqazda ciddi hərbi-siyasi arxa cəbhəyə malik olmalıdır.
Üçüncüsü, Azərbaycan Rusiyadan müxtəlif silah sistemləri alaraq onunla hərbi-texniki əməkdaşlığı inkişaf etdirib strateji əməkdaşlıq səviyyəsi qurduğunu bəyan etsə də, klassik anlamda Rusiyanın müttəfiqi deyil. Halbuki Ermənistan silahlı qüvvələri KTMT-yə daxildir. Bu da sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsində təmas xəttində vəziyyət ağırlaşacağı halda Ermənistan silahlı qüvvələrinin bir hissəsi Qarabağ ərazisinə keçirilə bilər. Durum elə biçimlənir ki, Dağlıq Qarabağ münaqişəsi Böyük Yaxın Şərqdəki mövcud və potensial münaqişələr kompleksinə inteqrasiya olunur.
Daha bir mühüm məqamı qeyd edək. Rusiya HKQ Suriyada İŞİD-in mövqelərinə zərbə endirmək üçün İranın Həmədan bazasından istifadə etməyə başlayıb ki, bu da Rusiyanın Suriya kampaniyasında sadəcə dönüşü deyil, həm də Yaxın Şərqdə qüvvələr balansının dəyişdiyini nümayiş etdirir. Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Bakıda “Qızıl Şərq” hərbi şəhərciyindəki bina və tikililərin və Nasoslu qəsəbəsində keçmiş sovet hərbi aerodromunun bir terminalını Türkiyə silahlı qüvvələrinin şəxsi heyətinin istifadəsinə verilməsi üzrə protokolun təsdiqi haqda sərəncam imzalayıb. Əlbəttə, bu, Rusiyanın Həmədanda etmədiyi kimi Türkiyənin də Azərbaycanda hərbi baza qurması demək deyil, Lakin Azərbaycan və İran tərəfdən hansısa rəmziliyə doğru addımı ifadə edir, lakin hər iki ölkənin konstitusiyası üçüncü ölkənin hərbi bazasının yeləşməyini qadağan edir. Bakıda bəzi politoloqlar bununla bağlı qeyd edirlər ki, Azərbaycan NATO üzvü Türkiyəyə hərbi infrastruktur qurmağa ərazi təqdim etməklə iki məqsəd güdür: “Rusiyanın Ermənistandakı bazasından qaynaqlanan təhlükəni neytrallaşdırır, həmçinin özünü gələcəkdə Rusiya hərbi təhlükəsindən qoruyur”.
Onda İranın Həmədan bazasını Rusiyanın Cənubi Osetiya, Abxaziya və Ermənistandakı hərbi bazaları və Ermənistanla Birləşmiş qruplaşmalar zəncirində nəzərdən keçirsək, ona hansı rol ayrılır? Və Tehranın Rusiya hərbçilərinin Həmədan bazasından istifadəsinə razılığı Bakının hərəkətinə özünəməxsus cavab deyilmi? Yenə də hərbi məntiq üzrə maraqların toqquşması və Bakı ilə Ankaranın Cənubi Qafqazdakı fəaliyyəti və İran amili və Birləşmiş Rusiya-Ermənistan ordularının üzləşməsi müəyyən şəraitdə qaçılmaz ola bilər.
Tərcümə Strateq.az-ındır.