XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2015 - 05:48

Sibir Rusiyaya meydan oxuyur? – Təhlil

Amerikalı yol oçerklərinin müəllifi İen Freyzer bir dəfə qeyd edib: “Sibir o qədər böyükdür ki, məkandan daha çox anlayışdır”.

Və düzdür, “Sibir” anlayışı son dərəcə əhəmiyyətlidir, 2010-cu ildə Freyzerin “Sibirə səyahət” əsəri nəşr olunandan sonra isə bölgədə öz müqəddəratını təyin etmək uğrunda hərəkat genişlənməyə başlayıb ki, bu da Ruisya Federsiyası üçün ciddi nəticələr doğura bilər.

Rusiya Sibiri tam təcrid və ağlasığmaz sərt qış təsəvvürü yaradır, bu səbəbə görə separatçı əhvali-ruhiyyəsinin artımı üçün o qədər də münasib yer deyil. Sibir planetin önəmli qismini və Rusiya ərazisinin 73%-ini təşkil təşkil etsə də, cəmi 40 milyon əhalisi var. Buna görə də planetin ən az məskunlaşma sahəsidir.

Monqol imperiyasının önəmli hissəsini təşkil edən Sibir xanlığı XVI-XVII əsrlərdə mərkəzləşmiş siyasi qurumdan avropalılara qarşı yetərincə birləşə bilməyən bir neçə vassal xanlıq və ərazilərə parçalanandan dərhal sonra Sibirdə ilk köçkünlər göründü. Sibir kəndliləri sonrakı yüzilliklərdə əsasən müstəmləkəçilik tarixinə görə Rusiyanın qalan hissəsində hökm sürən feodal quruluşunu qəbul etmədi. XIX əsrin rus anarxisti Pyotr Kropotkin qeyd edirdi ki, “Sibirlilər feodal sisteminin bütün sərt məhdudiyyətləri ilə barışmış rus kəndliləri üzərində aşkaq üstünlüklərini hiss edirlər”.

Aralarında etnik ruslar da olan Sibir sakinləri bir neçə yüzillik boyunca aşkar bəlirlənmiş xarakter özəlliyi qazanıblar – onlar nədəsə Amerikanının ilk köçkünlərini xatırladan mətin, cəsur və qoçaq ilkin yolaçanlar idilər. Lakin Sibirin böyük rus tədqiqatçısı Nikolay Yadrintsevin “Sibir böyük müstəmləkə kimi” kitabı nəşr ediləndən sonra hazırda bu yerlərdə öz müqəddəratını təyin etmək cəhdi güclənməyə başlayıb. Yadrintsev öz kitabında yazır ki, Rusiya çarı ədalətsiz ticarət sistemi və vergi yığım tətbiq etməklə Sibirn sonsuz sərvətlərini istismar edirdi. Məsələn, 1913-cü ildə Rusiyanın Avropa və Sibir hissələrində buğda yetişrirənlər arasında rəqabətin azaldılması üçün sərt tariflər tətbiq edilmişdi. Cəlediciliyin artırılması üçün isə həm Rusiya imperiyası hüdudlarında, həm də xarici bazarlarda Avropa hissəsində istehsal edilən taxılın qiyməti Sibir taxılına nisbətdə 30% qaldırılmışdı. Moskva ilə Sibir arasındakı münasibətlərdə bu cür gərginlik indi də var. Məsələn, Tomsk vilayəti 2012-ci ildə vergi daxilolmalarından Moskvaya 130 milyard rubl köçürdüb, dövlət büdcəsindən yatırım kimi isə cəmi 10,3 milyard rubl alıb. Vilayət maliyyə tələbatını ödəmək üçün kommersiya banklarından kredit götürməyə məcbur idi. Vladimir Putinnin hakimiyyətin mərkəzləşdirilməsi üzrə 2004-cü ildə keçirdiyi islahatlardan sonra Rusiya hökuməti bölgələrə qubernatorlar təyin etməyə imkan verən daha çox səlahiyyət əldə etdi. Bu məmurlar “dövlət maraqlarının ifadəçisi”nə çevrildilər və Moskvaya münasibətdə ədavət yarandı.

Diqqətçəkəndir ki, Sibirdə öz müqəddəratını təyin etmək uğrunda hərəkat dərinləşdikcə bu əhval rus əhalisi arasında daha çox kök atır və yerli xalqların təmsilçiləri tez-tez özlərini yerli sakinlər hesab edir və milli şəhər və kəndlərinə daha çox bağlanırlar. Misal üçün, Buryatiyada (Sibirin ən böyükl muxtar qurumlarpından biri) keçirilmiş sorğunun nəticələrinə görə, 286 839 nəfər əhalisi olan respublikanın yerli millətinin cəmi 43 təmsilçisi özünü sibirli adlandırmağa hazırdır. Sibirin böyük şəhərlərində – Novosibirsk, Tomsk, Omsk və İrkutskda öz müqədəratını təyin etmək uğrunda hərəkat xüsusən güclü şəkildə müşahidə olunur. 2011-ci ilin noyabrında Novosibirskdə “Moskvanı yedirtmək yetər!” şüarı altında böyük bir mitinq keçirildi. İştirakçılar Sibir kimi bölgələrin karbohidrogen satışından gəlirin daha çox hissəsini əldə edə bilməsi üçün vergilərin federal büdcəyə köçürülməsi sisteminin dəyişdirilməsini tələb edirdilər.

Aksiya nəticəsiz başa çatdı, lakin Rusiyanın təbii qazının 90, neftinin isə 70%-dən çoxunun Sibirdə hasil olunduğu nəzərə alınsa, aksiya Moskvada əməlli-başlı əsəbilik doğurdu.

Mərkəzi hökumət 2014-ün avqustunda həm də Novosibirksdə keçirilməsi planlaşdırılan “Sibirin federallaşdırılması uğrunda” marşın baş tutmasna imkan vermədi, təşkilatçılardan bir neçəsi həbs edildi və vilayətdə xeyli KİV-in fəaliyyəti məhdudlaşdırıldı.

Putin qaykaların bu cür sıxılmasına bununla haqq qazandırdı ki, Rusiya millətçiləri arasında vahiməni qışzıdırıb xarici güclərin Sibiri tutub Rusiya dövlətini dağıtmaq niyyətindən danışsın: “Qərbdən dəfələrlə eşitmişik ki, resursları ilə bərabər Sibirin Rusiyaya məxsus olması ədalətsizlikdir. Bəs Texası qomarlayıb Meksikadan qopartmaq ədalətlidir? Nədir, bizim öz torpağımızda ağalıq etməyimiz düzgün deyil?”

Düzdür, hələlik ancaq siyasi sui-qəsd, xarici düşmənlər və beşinci dətələrdən söhbət gedəcək. Durum dəyişilməsə və sibirlilər mərkəzi hökumətin onları əvvəlki kimi istismar etdiyini hiss etsələr, Rusiya Federasiyası ciddi siyasi problemlərlə üzləşə bilər.

Bredli Jasrdin

“Quartz” (ABŞ), 19.07.2015