Susanna Petrosyan
"Вестника Кавказа", 21.08.21016
Dövlət borcu Ermənistanda ən aktual mövzulardan biri olaraq qalır. Hökumətdə iddia edirlər ki, dövlət borcu məsələsində fəlakətli durum haqda söz-söhbət əsassızdır. Lakin ekspertlər bu iddianı qəbul etmirlər. Qanunvericiliyə əsasən, dövlət borcunun ÜDM-ə nisbətini məhdudlaşdıran 60%-lik nişanə böhranlı sayılır. Keçmiş baş nazir Hrant Baqratyanın sözlərinə görə, Maliyyə nazirliyinin xarici borc barədə hesabatları mütəxəssislərin və digər qaynaqların, xüsusən də Mərkəzi bankın qənaətlərindən fərqlənir.
Ermənistanın ümumi dövlət borcu ilin əvvəlindən 5,3% və yaxud 267,5 milyon dollar artaraq iyunun sonunda 5345,2 milyon dollar təşkil edib. Milli statistika xidmətinin məlumatına görə, bu məbləğin 470 milyon 386 min dolları xarici, 874 milyon 824 min dolları isə daxili borcdur. Büdcəyə əsasən, 2016-cı ildə dövlət borcunun gözlənilən ÜDM-ə nisbəti 42,8% təşkil edir. Ekspertlərin proqnozlarına görə, 2016-cı ilin yekunlarına əsasən dövlət borcunun həcmi 86,6%-i xarici borc olan 5,569 milyard dollar təşkil edəcək. Bu qayda ilə dövlət borcu ÜDM-in 50%-lik nişanəsinə yaxınlaşır. 60%-lik nişanə böhranlı sayılsa da, iqtisadçılar borcun artım kəmiyyətinin ÜDM-in 50%-i səviyyəsində nisbətini təhlükəli hesab edirlər, çünki ölkədə iqtisadi inkişaf üzrə heç bir ciddi proqram həyata keçirilmir.
Müxalif Ermənistan Milli Konqresi partiyası iqtisadiyyat komissiyasının rəhbəri Vaahn Xaçatryan deyir: “Ölkəmizin iqtisadi strukturu elədir ki, hətta dövlət borcunun 25-30%-lik səviyyəsi də təhdidli rəqəmdir, çünki son beş ildə investisiyaların fəlakətli tənəzzülünü müşahidə edirik. Dövlət borclarını bağlamaq üçün müvafiq iqtisadiyyatmız yoxdur”.
Ekspertlər təkcə dövlət borcunun sürətli artımından deyil, həm də borcun iqtisadi artımı üstələdiyindən narahatdırlar ki, bu da təşvişli siqnaldır. İqtisadçı Vilen Xaçatryanın sözlərinə görə, dövlət borcu hər ay, demək olar, 40-50 milyon dollar çoxalır, ilin axırında 5,6 milyard dollara çatacaq. Bu arada 2015-ci ildə Ermənistanın dövlət borcu 600 milyon dollar artıb, iqtisadi artım isə 300 milyon dollar təşkil edib.
Bu da önəmlidir ki, dövlət borcunun, birinci növbədə xarici borcun həcminin artması ölkə iqtisadiyyatına təsir etməyib, çünki büdcə məsrəflərinin həyata keçirilməyinə yönəldilib.
İqtisadçı Mesrop Arakelyan hesab edir: “2016-cı ildə misilsiz həddə çatmış büdcə kəsiri ÜDM-in, təxminın, 4%-i təşkil edir, bu cür həcmdə kəsirlərə xidmət isə əsasən dövlət borcunun hesabına aparılır: dövlət xərclərinin, xüsusən də sosial sahədə həyata keçirilməyə vəsaitlər cəlb edilir. Yekunda bu xərclər istehlaka gedir və iqtisadiyyatın inkişafına səbəb olmur”.
Ekspertlər inkişaf proqramının olmadığı, iqtisadiyyatda durğunluq, investisiyaların önəmli azalması kimi amillərin birgə fonunda hesab edirlər ki, Ermənistanın dövlət borcu ölkənin iqtisadi durumunu təhlükə altında qoyur. Ermənistanın indiki halı tez-tez Yunanıstandakı iqtisadi vəziyyətə tay tutulur. Bəzi ekspertlər güman edirlər ki, Erməistan ödəniş qabiliyyətsiz ola bilər, çünki kreditləri iqtisadiyyatın inkişafı məqsədilə deyil, yığılmış borcları ödəmək üçün götürür.
Baqratyan hesab edir: “Ermənistan 4-5 ildən sonra Yunanıstanın gününə düşəcək – müflislik həddində olacaq, öz dövlət borcunu bağlaya bilmir, çünki borc əvvəlki illərdə dəfələrlə artıb, iqtisadiyyat isə yerində sayır”.
Xarici borca xidmət bu gün 500 milyon dollar təşkil edir, 2020-2025-ci illərdə isə ildə 1-1,5 milyard dollara yetəcək. Borcun və ÜDM-in artma templəri isə nəzərə alınsa, aydın olur ki, ölkə itisadiyyatı borcları çatdıra biməyəcək.
Tərcümə Strateq.az-ındır.