XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 16:46

Rus ekspert:“Putin-Ruhani-Ərdoğan hərbi alyansı mümkündürmü?” – Təhlil

PE

Stanislav Tarasov

REGNUM İA, 21.082016

 

Yaxın Şərqin siyasi-diplomatik və hərbi radarları ağlasığmaz dəyişimlər qeydə alır. Türkiyə hökumətinin başçısı Binəli Yıldırım Rusiyaya İncirlik bazasından istifadə hüququ verilməsini istisna etmir. Baş nazirin İstanbulda xarici jurnalistlərlə söhbətində qeyd etdiyi kimi, lakin Moskva bu cür xahişlə müraciət etməyib. Amma “zəruri halda bazadan istifadə oluna bilər”, çünki “Türkiyə İncirlik bazasını İŞİD-lə mübarizə üçün açıb, ondan ABŞ və Qətər istifadə edir, başqa ölkələr də hazırda almanların da fəaliyyət göstərdiyi aviabazadan istifadə etməyi arzulaya bilər”.

Əlbəttə, məsələ Türkiyə bazasının Rusiya HKQ-ə gərək olub-olmadığında deyil, baş nazirin bəyanatının Ankaradakı siyasi mentallığın Moskvaya qarşı siyasi etibar qazanmaq yönündə dəyişilməyindədir.

Bu, müxtəlif reaksiyalar doğurur. Deməli, Rusiya HKQ-nin İncirlik bazasında görünə biləcəyi haqda şayiələr yayılarkən AFR XİN başçısı Frank-Valter Ştaynmayer bildirib ki, Rusiya və Türkiyənin NATO tərəfdaşlığına alternativ kimi yeni hərbi ittifaq yaratmasını istisna edir. Sonra Qərbdə aşkar eyhamlar səslənməyə başladı ki, Ankara ilə Moskvanın hədsiz dərəcədə yaxınlaşması Türkiyədə “ciddi daxili siyasi böhranın” meydana çıxmasına səbəb olacaq.

Türkiyə eksperti Erendorun fikrincə, bu, “Türkiyədəki durumu gərginləşdirmək üçün Qərb tərəfindən törədilə bilər”.

İran müdafiə naziri Hüseyn Dehqan öz növbəsində maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, “Tehran Suriya hökumətinin xahişi ilə Rusiya HKQ-i lazım olanadək Həmədan bazasına qəbul edəcək”. Eyni zamanda Dehqan məxsusi qeyd edib ki, “İran hələlik Moskvaya digər bazaları təqdim etməyi planlaşdırmır, lakin lazım gəlsə, bu cür imkanı nəzərdən keçirəcək”.

Beləliklə, Türkiyə sözdə, İran isə əməldə Rusiya ilə hərbi-texniki əməkdaşlığa hazır olduğunu nümayiş etdirir ki, bu da Ərdoğanın “İran və Rusiya ilə əl-ələ, hər ikisi ilə qarşılıqlı fəaliyyətlə bölgəsəl problemərin həllinə şərait yaratmaq və bölgəyə sülh və sabitliyin qayıdışı üçün səyləri fəallaşdırmaq” haqda əvvəllər ifadə etdiyi açıqlamaya uyğun gəlir.

Əlbəttə, Rusiya-Türkiyə-İran hərbi alyansının qurulmasına hələ çox var, lakin kimsə Yaxın Şərqdə qüvvələrin yeni tərtibinin, bölgənin tarixində ilk dəfə yeni qüvvə mərkəzinin meydana çıxdığını, çətin ki, qəbul etməsin.

Birləşdirici amil rolunda Suriya çıxış edir, bu, taktikadır. Hətta Suriya prezidenti Bəşər Əsədin ünvanına ziddiyyətli bəyanatlarına baxmayaraq, Ankara da göstərir ki, bu ayrılmalar strateji xarakter daşımır və Ankaranın təkcə Moskva ilə deyil, həm də Tehranla mövqelərini yaxınlaşdırır.

Bununla bərabər, demək haqlıdır ki, üfüqü strategiya səviyyəsində duman bürüyüb, çünki ABŞ və AB ilə qarşıdurması hələlik konyunktur görünən Ərdoğanın nə qədər uzağa getməyə və Tehranın bölgədə artan rolu ilə hesablaşmağa nə qədər hazır olduğunu heç kim bilmir. Başlıcası isə, Türkiyə prezidenti İranla birlikdə addımlamağa və şiələrlə sünnilər arasında Suriya böhranı ilə bağlı tarixən formalaşmış, kəskinləşmiş “qırmızı xətlər”dən çıxmaq üçün hansı yöndə getmək niyyətindədir?

Brüssel sanki əvvəlki Türkiyəni uduzduğunu hiss edərək yeni, qiyamsonrası Türkiyə ilə münasibətlərdə inamı bərpa etməkdən ötrü səy qoymağa cəhd edir. Avropa Şurasının baş katibi Turbyörn Yaqland Fransanın "Le Monde" qəzetində dərc edilmiş məqaləsində hədəfi – “Türkiyəni Avropa ailəsində görməyi” ifadə edir.

Amerika nəşri "National Interest" öz növbəsində iddia edir: “Bölgədə ABŞ-ın hərbi iştirakı Rusiyanınkından genişdir. Və Rusiyanın Yaxın Şərqdə bizi üstələdiyi narahatlıq doğurursa, bu, bölgədə hərbi qüvvələrin üstünlüyündən deyil, Putinin müttəfiqi adlandırmaq mümkün olmaycaq dövlətlər koalisiya qurmağındandır”.

Türkiyənin "Milliyet" qəzeti qeydə alır: “Putin realizm ənənələri ilə hərəkət edir və dünyanı müttəfiq və düşmənlərə bölməyi davam etdirən, birincilərlə əməkdaşlığı məhdudlaşdıran və ikincilərə yanlız qarşıdurma üçün məkan buraxan  ABŞ-ı qabaqlayır”.

Budur, hətta İran da nüvə proqramı üzrə Vyana sazişi imzalandıqdan sonra istisnasız olaraq başıqapazlı və cəzalandırılmalı uşaq kimi qəbul edilir. "Bloomberg" bununla bağlı əks-oyun qurmaq və “informasiya sızıntısı” üzrə kampaniya keçirmək və Amerika diplomatiyasının Moskva yürüşləri haqda dezinformasiya yaymağı təklif edir. “Amerika diplomatları elə etməyə cəhd göstərməlidirlər ki, iranlılar Rusiyanın Vaşinqtonla istənilən an separat saziş bağalaya biləcəyinə inansınlar, – Bloomberg tövsiyə edir. – Bu cür sövdələşmə o qədər də qeyri-gerçək deyil, axı ruslar Suriya məsələsi üzrə İsraillə separat müqavilə bağlayıblar”. Bu, bir.

İkincisi, Qərb Ankara və Tehranın Moskva ilə əlaqələrin möhkəmləndirilməyini hər şeydən əvvəl öz şərtlərini aktuallaşdırmaq və Qərbə təqdim etmək üçün istifadə etdiyi haqda tezisi populyarlaşdırmaq niyyətindədir. Həm Rusiya ilə, həm də öz aralarında müttəfiqlikdən danışmaqla tamamilə müxtəlif geopolitik məqsədləri rəhbər tutur, onların ittifaqı isə əslində uzunömürlü deyil.

Üçüncüsü, istisna deyil ki, Vaşinqton Moskva ilə Suriya üzrə yeni siyasi saziş üzərində işə təkan verəcək, lakin “doğulan Rusiya-Türkiyə-İran alyansını tikə-parça etməkdən ötrü”.

Nə olar, baxaq, görək, bütün bunlardan nə çıxacaq…

 

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə