XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 18:28

Ukrayna mətbuatı:“Moskva kürdləri niyə satdı?” – Təhlil

kurd

Anatoli Baronin

"УНИАН" (Ukrayna), 22.08.2016

 

Rusiya Federasiyası əvvəllər dəsətklədiyi kürd xalq özünümüdafiə dəstələrinin ölkənin şimalındakı mövqelərinə Suriya hökumət qoşunlarının zərbəsinə təkan verib. Bu qərar Kremlin kürdlərə münasibətdə siyasətinin dəyişdiyi və Türkiyə ilə yaxınlaşmaq xatirinə onları qurban verdiyini bildirir.

Suriya aviasiyası avqustun 17-18-də Haseke şəhərindən şimali-şərqə doğru kürdlərin nəzarət etdiyi əraziyə 6 aviazərbə endirib. “Asayiş” kürd təhlükəsizlik bölməsi və xalq özünü müdafiə dəstələri (YPG) İŞİD-ə qarşı mübarizədə ABŞ-ın müttəfiqidir. Suriyanın şimali-şərq rayonlarında İŞİD-ə qarşı fəal hərbi əməliyyatları məhz onlar aparırlar.

Kürd təmsilçisi Redur Xəlil zərbəni isə təcavüz aktı kimi qiymətləndirib. Onun sözlərinə görə, Suriya hökumət qoşunları yaşayış məntəqəsini həmçinin artilleriya atəşinə məruz qoyub. Şəhər ətrafındakı hərbi toqquşmalar haqda məlumat verilir. Şübhə yaranmır ki, Hasekedə kürd mövqelərinə atəş Suriyadakı Rusiya komandanlığının əmri və yaxud sanksiyası ilə açılıb.

Suriya hökumət qoşunları diqqətini müxalif antiəsəd qüvvələrə cəmləyərək bir ildən çox kürd üsyançılarına atəş açmağa çəkinib. Hasekedən şimali-şərqə sarı hökumət qoşunlarının nəzarət etdiyi Qamışlı şəhəri yerləşir. 2015-ci ilin yanvarında bu rayonda YPG ilə Suriya hökumət ordusu arasında döyüş baş verib. Dəməşq bu qayda ilə strateji yolla Haseke ilə Qamışlını birləşdirmək istəyir. 

Son günlərdə Rusiya HKQ-nin hədəfinə çevrilmiş Dəyr əl-Zor üzərində nəzarət ələ alınacağı halda Bəşər Əsədin qüvvələri Rakkada dislokasiya olunmuş İŞİD bölmələrinə tədarük kanallarını bağlayaraq İraqla şərq sərhədinə nəzarəti ələ keçirəcək. Amma bu cür əməliyyat xeyli sayda yerüstü qüvvənin cəlbi və onun Palmira – Dəyr əl-Zor yolundan (indiki anda İŞİD-in nəzarətindədir) keçirilməsini və yaxud şimaldan Türkiyənin hərbi dəstəyini tələb edir. 2015-ci ilin oktyabrında Vaşinqtonun "Institute for Near East Policy" qurumu bildirib ki, Türkiyə və ABŞ kürd anklavları Afrin, Kobani və Cəzirənin birləşdirlməsini önləsə, kürd millətçi partiyası Demokratik Birlik (PYD) və hərbi qanadı YPG Suriyanın şimalında Dəməşq və Moskva ilə əməkdaşlığa gedəcək.

Rusiya tərəfi oktyabrın 21-də Moskvada PYD təmsilçilətri ilə görüşdə Kremlin kürdlərə siyasi dəstəyi haqda bəyanat verib. Nəticədə RF paytaxtında Suriya kürdlərinin təmsilçilik ofisi açılıb ki, bu da kürdlərlə rəsmi Mosdkva arasında əməkdaşlıq haqda sazişin mövcudluğundan xəbər verir. Bu hadisə ikitərəfli Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmağınadək yer aldı.

Beləliklə, RF-nin Suriya Kürdüstanına münasibətdə siyasətinin dəyişilməsi daha çox Ankara ilə Moskva arasındakı münasibətlərin istiləşməyi ilə bağlıdır, Suriya hökumət qoşunlarının kürd mövqelərinə atəşi isə Moskva və Ankaranın siyasi sazişinin nəticəsidir. Rəsmi Ankara son zamanlar kürdlərin Suriyada durumun nizamlanması üzrə Cenevrə dialoqundan çıxarılması, həmçinin Suriya Kürdüstanının ləğv edilməsində maraqlı olduğunu ifadə edib.

İran da Suriya Kürdüstanı ilə mübarizədə maraqlıdır. 2016-cı il avqustun 8-də kürd Demokratik Birlik Partiyası (PYD) liderlərindən biri bildirib ki, İran kürdlərinin İran rejiminə qarşı üsyan etmək hüququ var. Eyni zamanda Suriya Kürd Milli Şurası kürd iğtişaşlarının boğulması və bu yaxınlarda 20 sünni kürdün edamı zamanı İran hökumətini ittiham edərək beynəlxalq ictimaiyyəti müdaxilə etməyə çağırıb.

Situasiyadan doğan Moskva-Ankara-Dəməşq-İran antikürd alyansı Suriyanın kürd yığmasının terrorçu təşkilatla mübarizə aparan faktiki yeganə yerqüstü qüvvə olduğu şimali-şərqində İŞİD mövqelərinin güclənməyinə səbəb ola bilər.

Kürd mövqelərinə zərbələrin davamı bölgədə əsas müttəfiqi kürdlər olan Amerika koalisiyasının mövqeyini zəiflədəcək. Nəticədə İŞİD-in Rakka-Əbu-Kaamal yolu boyunca ərazilərdən sıxışdırılması üzrə ABŞ HHQ-nin yerüstü qüvvələrə dəstəyi zəifləyəcək, çünki kürd qüvvələrinin başı Əsədin hökumət qüvvələrinə qarışacaq.

Bu, ondan xəbər verir ki, Kreml ABŞ-ın Suriyada nüfuzunun azalması və Suriya Kürdüstanı daxil olmaqla Suriyanın bütün ərazisinin Dəməşqin nəzarətinə qaytarılmasında maraqlıdır. Bu məqsədlə İŞİD-in İraq sərhədindən keçən nəqliyyat-təchizat kanallarını nəzarətə götürməyi lazımdır. Bu, YPG-nin mövqelərinin zəiflədilməsini tələb edir. Rusiya-Suriya HHQ-nin zərbələri də buna şərait yaradır. ABŞ Dövlət Departamentinin təmsilçisi Con Kirbi cari ilin martında Suriya kürdlərinin Suriya ərazisində elan etdiyi muxtariyyəti tanımadığını bəyan etdiyindən kürd muxtariyyətinin ləğv edilməsi ssenarisi maraqlı bütün tərəfləri – RF, ABŞ, Türkiyə, İran və Bəşər Əsədi qane edir. Burada Vaşinqton üçün yeganə mənfi məqam Əsəd rejiminin saxlanması və ölkənin şimali-şərqindəki müttəfiqin itirilməyidir.

Kürdlərin mövqeyinin zəifləməyi həmçinin onların strukturlarını Suriyadakı sünni və şiə qrupları arasında tarazlıq qismində istifadədən məhrum edir.

Moskvanın kürdlərə nisbətdə siyasətinin dəyişilməyi bölgədə strateji siyasətin olmadığından xəbər verir. Kreml daha nüfuzlu, legitim rejimlərə bel bağlamaqla situasiyadan doğan qərarlar qəbul edir. Eyni zamanda sonrakı riskləri və müvəqqəti müttfəqlərinin maraqlarındakı fərqi nəzərə almır.

 

Tərcümə Strateq.az-ındır.