ölkədəki vəziyyət hökumətin təsəvvür etdiyindən daha ağırdır
Rusiyalılar özlərini 1990-cı ildəkindən daha yoxsul millət hesab edirlər. üİRöM-nin (ümumrusiya İctimai Rəyin öyrənilməsi Mərkəzinin) bu yaxnlarda keçirdiyi sorğunun nəticələrindən bu qənaət çıxır.
Əgər 1990-cı ildə “Necə düşünürsünüz, ölkəmizdə yoxsullar çoxdur, ya az?” sualına respondentlərin əksəriyyəti “çoxdur” demişdisə, 2015-ci ildə artıq 82% bu cavabı seçib. Həm də qeyd etmək lazımdır ki, iyirmi beş il öncə yalnız cüzi sayda vətəndaşlarımız öz güzəranlarını başa ölkələrdəki dolanışıqla tutuşdura bilirdi. Bu gün də xarici səfərlərə imkanı olan şəxslərin sayı çox deyil. Statistika hələ indiki iqtisadi böhrana qədər təsdiq edirdi ki, Rusiya vətəndaşlarının 8%-i müntəzəm şəkildə xaricə səfər edir. Və hər halda bu, sovet dövründəkindən xeyli çoxdur. O vaxtlar vətəndaşların böyük əksəriyyəti xarici həyat haqda bilgilərini, əsasən, sovet televiziyasının verilişlərindən və “orada” olmuş tək-tük tanışlarından alırdılar.
Uyğun olaraq onların yoxsulluq və firavanlıq barədə təsəvvürlərini yoxlamaq üçün heç nə yox idi. Xarici həyat haqda şayiələr sovet vətəndaşlarının xəyalını qıcıqlandırırdı, lakin bunlar daha çox gerçəklikdən uzaq idi. öz ailəmin tarixindən, məncə, sovet vətəndaşlarının xarici ölkələr barədə təsəvvürlərini olduqca əyani şəkildə sərgiləyən iki misal gətirəcəyəm. Onlar, sadəcə, məhz bu təsəvvürləri öz həyatları ilə müqayisə edirdilər.
Anamın tanışı – elmi əməkdaş uzun müddət fransız həmkarı ilə yazışırdı. Bir dəfə məktubda sevincini bölüşdü – ailəsi üçotaqlı mənzil almışdı. Fransız qadın dərhal məktubla reaksiya verdi: dostu ona … villa bağışlayıb.
Tanış qadın anama çoxmənalı şəkildə dedi: “Bax!”. Bu “bax” nəzərdə tuturdu: “Biz axmaqlar öz mağmun mənzillərimizlə fərəhlənirik, onlar isə orada villallarda yaşayırlar”.
Ailəmizin daha bir tanışı heç də az təəssürat doğurmayan başqa bir əhvalat danışdı. Qohumlarından hansısa İsrailə mühacirət etmişdi. “Ora çatmamış onlara əlüstü mənzil, üstəlik royal da veriblər”. Nədənsə anamda məhz royal şübhə doğururdu: “Nədir, hərəyə bir royal verirlər?”
Lakin bir qayda olarq, sovet vətəndaşlarında bu cür şübhələr az-az yaranırdı. Xaricdəki cənnət guşələr haqda ayrı-ayrı əhvalatlar bu rusların “torbasını doldurmaq” üslubunda uydurmalar olmasaydı da, buradan qətiyyən belə çıxmırdı ki, hər bir fransız, alman və yaxud ingilis qadınının qismətinə villalı comərd bir insan düşür, hər bir İsrail repatriantını isə (repatriant-vətənə qayıdan-red.) tarixi vətəndə kolun altında royal gözləyir. Bu, təhsilli sovet vətəndaşlarının ağlına gəlmirdi. Ağıllarına gəlsə də, bu fikri özlərindən kənara qovurdular. Niyə – aydındır. Nağıllara inanmaq asandır. Xüsusən də onları yoxlamaq mümkün olmayanda. öz yaşayışını başqa xalqların gerçək həyatı ilə müqayisə etməyə isə o zaman hələlik imkan yox idi – buraxmırdılar.
Buna görə də “homo-sovetikus”un yoxsulluq və firvanlıq duyğuları olduqca subyektiv və çox vaxt gerçək həyatdan uzaq idi. Mən bunu 1990-cı ildə ölkədə çoxlu yoxsulun olduğunu hesab edənlərin həm yoxsulluq, həm də firavanlıq haqda kitab-jurnal təsəvvürünə aid edirəm. Bu gün bu barədə bildirən rusiyalıların 82%-ini misal çəkmirəm. Sadəcə, ona görə ki, sonuncular həm bu, həm də o biri barədə daha yaxşı bilirlər. çünki tutuşdurmaq imkanları var. Rusiyalılar bu gün xaric haqda məlumat alır və yaxud oradakı şəxsi həyat təcrübələrindən çıxış edirlər. Ya da daha çox orada yaşayan yaxınlarından on-layn rejimində məlumat almaqla. Deməli, iyirmi beş il əvvəlkindənsə onların bugünki duyumları daha adekvatdır.
Lakin bu, yoxsulluğun özünün təhlili yox, vətəndaşların bu hadisə haqda ancaq subyektiv duyumlarıdır. Lakin bu da önəmlidir. Xüsusən də ona görə ki, bu barədə rəsmi araşdırmalar təsəlliverici deyil və təsdiqləyir ki, “duyumları onları aldatmayıb”.
Xatırladım ki, baş nazirin sosial məsələlər üzrə müavini Olqa Qolodets bu günlərdə bildirdi: hazırda Rusiyanın 22 milyon vətəndaşı yoxsuldur və onun sözlərinə görə, bu, “böhranlı durumdur”.
Lakin hətta rəsmi statistikanın faktlarını da diqqətlə öyrənərkən aydın olur ki, əslində, hər şey daha pisdir.
Birincisi, qeyd edək ki, 22 milyon rəqəminin haradan götürüldüyü ümumiyyətlə aydın deyil. İkincisi, bu rəqəmin hesablanması zamanı hökumətdə hansı arşınlardan istifadə edildiyi aydın deyil.
Rusiyanın 143 milyon sakinindən 22 milyonu əhalinin 15%-dən bir qədər artıqdır. Buradan nəticə çıxartmaq olar ki, rusiyalıların mütləq azlığı yoxsulluq çəkir və onlara adamın yazığı gəlir, lakin qalan 85% xoşbəxt yaşayır və bu, nikbinlik təlqin edir.
Qeyd edək ki, Qolodets Rusiyada hökumətin yoxsullara aid etdiyi adamların gəlirlərinin hansı səviyyədə olduğunu soyuqqanlılıqla dəqiqləşdirmədi. Əgər əsas kriteriya qismində rəsmi yaşayış minimumunu götürsək (o, 2015-ci ilin birincü rübündə bir nəfərə 10 min rubla yaxın olub), onda Rosstat-ın məlumaıtna əsasən, bu gün Rusiyada yoxsulların sayı 15% yox, 33,4 %-dir. Yaxud 47,6 milyon nəfərdir. Yəni 47,6 milyon Rusiyada o kəslərdir ki, ayda bir nəfərə 10 min rubla və daha azına yaşayırlar.
Mən hətta artıq Rusiyada müstəqilliyin 25 il ərzində hələ də həll edilməyən biabırçı problemi demirəm: zəmanət verilmiş minimum əməkhaqqı rəsmi yaşayş minimumundan həmişə aşağı olub.
Həm də 2014-cü ildə Rusiyada minimum əməkhaqqı yaşayış minimumunun rəsmən (!) 67,1%-i təşkil edirdisə, 2015-ci ilin birinci yarısında fakt üzrə artıq iki dəfə aşağıdır.
Hesabat nöqtəsi kimi “yararsız” 10 min rubl yox, məsələn, heç olmasa, 25 min rubl (əlbəttə, bu da orta sinfin səviyyəsi deyil) götürsək, onda 33,4 % yoxsula 10 min rubldan 25 min rubladək məbləğlə yaşayan daha 43,7% əlavə olunacaq. Nəticədə Rusiya əhalisinin 77%-dən çoxu alınır!
Bu cür sadə riyzai hesablamalar vasitəsilə aydın olur ki, hökumətdənsə Rusiya əhalisinin yoxsulluq haqda təsəvvürləri gerçkliyə daha yaxındır. ölkədəki vəziyyət isə hökumətin təsəvvür etdiyindən daha ağırdır.
Aleksandr Jelenin
Rosbalt.ru, 20.07.2015