XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 09:36

Boru kəmərlərinin geopolitikası –Təhlil

t-r

Sıxılmış təbii qazı daşımaq üçün Qətər tankeri

© AP Photo

 

Ergin Yıldızoğlu

Cumhuriyet (Türkiyə), 24.08.2016

 

ABŞ Türkiyədə iflasa uğramış çevriliş cəhdinin arxasında dururmu və yaxud bu haqda bilirdimi?

Bu mövzuda razılaşmamaq çətin olan fikir var. AB-nin, həmçinin yaxın dostlarımız sayılan bəzi ərəb ölkələrinin də mövqeyi bu fikri təsdiq edir. Hətta bu qənaətlər bölgənin energetik təhlükəsizliyini təşkil edən geopolitik mənzərənin çərçivələrinə olduqca yaxşı sığışır.

 

Yenidən “Böyük Yaxın Şərq”…

 

Hesab edirəm ki, yuxarıda haqqında danışdığım geopolitik mənzərənin mənasını mənasını izah etməyə qabil ən səmərəli anlayış “Böyük Yaxın Şərq” layihəsi olacaq. Bu layihə 1990-cı illərin sonunda formalaşıb, 11 sentyabr teraktından sonra lap çox müzakirə edilib və Fransa hökumətinin Səudiyyə Ərəbistanı, Misir və hətta Şimali Afrikanı bura daxil etməkdən imtina etdiyini etiraf etdiyi 2008-ci ildən sonra yaddan çıxdı. Bu layihənin üç komponeneti var.

1.ABŞ hegemonluğunun bərpası və bu məqsədlə bölgənin siyasi-iqtisadi coğrafiyasınnın investisiya potensialı, ixracat və istehlak imkanları, onun yenidən təşkili və rejimlərin dəyişilməsi yoluyla ucuz işçi qüvvəsinin dünya iqtisadiyyatına inteqrasiyası.

2.Energetik təhlükəsizlik. Dünya neft hasilatının 36,7%-i Yaxın Şərqin payına düşür. Yaxın Şərqin dörd ölkəsi dünyanın neft hasilatçısı ölkələrinin xalis ixracatçıları içində xalis ümumi neft ixracatının 35 %-i həyata keçirir. Xalis idxalçılar – ABŞ, Çin, AB-nin dörd ölkəsi, Hindistan – xalis idxalatın ümumi həcminin 60%-i həyata keçirir. Ümumi qaz hasilatı həcmində Yaxın Şərqin payı 15,7%-dir. Yaxın Şərqdə yeganə xalis qaz ixracatçısı kimi Qətərin payı ümumi həcmin 14%-i təşkil edir; Rusiyanın payı 21,4%-dir. AB-nin xalis qaz idxalatçısı beş ölkəsi qaz idxalatının ümumi həcminin 27%-i həyata keçirir. Həm ABŞ və AB-nin energetik təhlükəsizliyi, həm yüksələn Çinin energetik təhlükəsizliyinin təminatı baxımından bu bölgənin enerji ehtiyatlarına çıxış böyük əhəmiyyət kəsb edir. Avropanın neft və başlıca olaraq qaza tələbatı, həmçinin Rusiyadan asılılığı nəzərə alınsa, bu bölgə xüsusən önəmli olur.

3.İsrailin təhlükəsizliyi. Birinci komponent üzrə sözün tam mənasında fiasko müşahidə olunur. Demək olar ki, İsrailin təhlükəsizliyi baxımından mühüm addımlar atılıb, lakin bu, mövzumuzdan kənara çıxır. Energetik təhlükəsizlik isə Türkiyənin geopolitik durumu baxımından mühüm özəlliklər bəlirləyir.

 

İki marşrut arasında

 

Burada “tarix” Qətərin 2000-ci ildə təklif etdiyi boru kəməri layihəsinə gedib çıxır. Planlaşdırılırdı ki, kəmər Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyədən Avropaya gedəcək. Bu layihə həmçinin Türkiyənin energetik marşrut tranziti olmaq məqsədinə uyğun idi; o, Avropanın Rusiya və İran ehtiyatlarından asılılığını və nəticə kimi Rusiyanın Avropa üzərində strateji üstünlüyünü azaltmalıydı. Lakin Suriya öz ərazisini bu layihə üçün açmadı. Livanda çıxan və kiçik Robert Kennedidən sitat gətirən The Daily Star-a əsasən, Səudiyyə, İsrail və Amerika xüsusi xidmətləri Suriyada sünni üsyanı başlatmağı planlaşdırıb. General Uesli Klarkın sözlərinə görə isə, Yaxın Şərqdə rejimlərin dəyişilməsi üzrə Amerika layihəsi çərçivəsində İraqdan sonra Suriyanın növbəsi çatmalıydı. Güman edirəm, deyə bilərik ki, ƏİP-in rəhbərliyi ilə Türkiyə öz qardaşı Əsədi inandıra bilməyəndən sonra rejimin dəyişilməsin üzrə bu layihəyə qoşulmaq qərarına gəlib.

Qətər boru kəməri layihəsinin ən mühüm rəqibi Rusiya qazının Türkiyədən Avropaya tədarük edəsi “Türk axını” və yaxud İran qazının Avropaya tədarükünə hədəflənmiş “Fars” boru kəməri kimi layihələr olacaq.

Bununla bağlı təsəvvür edə bilərik ki, Türkiyənin ƏİP-in rəhbərliyi ilə Suriya üzrə layihədə dalana dirənib Rusiya ilə barışaraq özünə yeni alternativlər axtarmağa başlayacağı faktı ABŞ və Avropa üçün nə qədər problemli durum yaradacaq və hansı reaksiyalar doğuracaq. Buna görə də bu iki mümkün reaksiya arasındakı paralellər və Türkiyədə çevriliş cəhdi və hətta yeni partlayışlar praktik olaraq dərhal ağla gəlir.

 

Tərcümə Strateq.az-ındır.