XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 16:34

Rus ekspert: “Çin Polşanı Qərbi Avropadan qoparda biləcəkmi?” –Təhlil

qatar

Foto: Shamil Zhumatov/Reuters

 

Olqa Samofalova, Yuri Zaynaşev

vz.ru, 24 .08.2016

 

Polşa-Rusiya münsibətlərinn qaydaya düşməsi gözlənilməz tərəfdən baş tuta bilər. Qazaxıstan Varşavanı Rusiya ərazisindən tranzit axınlarını sahmana salmağa inandırmağa cəhd edir. Lakin əslində, nəqliyyat dəhlizi Çinin birbaşa maraqlı olduğu daha böyük kürəsəl niyyətin tərkib hissəsidir. Pekinin də polyaklar üçün öz arqumentləri olacaq.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev polşalı həmkarı Ancey Dudaya nəqliyyat dəhlizi məsələsi üzrə Rusiya ilə üçtərəfli saziş bağlamağı təklif edib. Nazarbayev Polşa-Qazaxıstan iqtisadi forumunda çıxış edərkən deyib: “İqtisadi əməkdaşlıq (Polşa ilə Qazaxıstan arasında) bir ağır məsələdə maneə ilə üzləşir – nəqliyyatda. Qazaxıstandan Polşaya və əksinə getməkdə. Ənənəvi yol Rusiya ərazisindəndir”.

Nazarbayev polşalı həmkarına müraciət edib: “Gəlin, bu gün təşəbbüslə çıxış edək, Rusiyaya müraciət edək, heç olmasa, nəqliyyat üzrə üçtərəfli saziş hazırlamağa başlayaq”.

Əlbəttə, Qazaxıstanla Polşanın marağı bir-biri ilə daha çox ticarət etməkdə deyil (hərçənd Polşadan fərqli olaraq Qazaxıstanın tərəfdaşa təklif etməyə nəyisə var). Hər iki tərəf üçün burada əsas məsələ Çinin Asiyadan Avropaya gerçəkləşdirmək istədiyi daha kürəsəl tranzit marşrutunun tərkib hissəsi olmağı əldən buraxmamaqdır. Söhbət Çində “Qurşaq və yol” adlanan “İpək yolu” iqtisadi qurşağından gedir. Bu ideyanı ÇXR sədri Si Szinpin 2013-cü ildə Astanada “Nazarbayev universiteti”ndəki çıxışında irəli sürüb. ÇXR-Qazaxıstan əlaqələri çox güclüdür, buna görə də şübhə yoxdur ki, Qazaxıstana Çin və Asiyadan mallar üçün tranzit qovşağı rolu nəzərdə tutulub.

“İpək yolu”nun əsasında üç dəmiryolu və avtomobil dəhlizi – şimal, mərkəzi və cənubi dəhlizlərin inşası durur. Rusiyadan məhz şimal marşrutu keçir. Onun marşrutu: Qərbi Çindən Qazaxıstan və Rusiya ərazisindən keçməklə Avropaya Baltik dənizinədir, onun qərb qanadı isə Belorus və Polşadan Almaniya və Hollandiyaya keçəcək. Rusiya, Qazaxıstan və Çin Çin layihəsini  gerçəkləşməsində addımları artıq atır. Onlar 2016-cı ildən uyğun sazişlər bağlamaqla Çinlə Rusiya arasında  Qazaxıstan ərazisindən keçən avtomobil yüklərinin tranzitini sadələşdirib. Əvvəllər yük avtomobillərinin Rusiyaya yolu bir həftəyə başa gəlirdisə, hazırda bu müddət iki günədək azalıb.

Şimal marşrutunun mahiyyəti bundadır ki, tamamilə quru marşrutu olsun, dəmiryolla gedən yük həm də dəniz yoluna keçirilməsin. “Rusiya-Avropa investisiya konsorsiumu”nun baş direktoru Pavel Gennel deyir: “Böyük hissəsinin Rusiyadan keçdiyi bu yol belə görkəmdə Rusiyasız mümkün deyil”.

Polşa isə bu marşrutda dəyişəndir, məsələn, Ukrayna ona alternativ ola bilər. Lakin Moskvanın polyaklarla razılaşmasının daha yaxşı olacağı xeyrinə çoxlu əsas var. Birincisi, bunu Çin istəyir. ÇXR sədrinin bu ilin iyununda Polşaya səfəri təsadüfi deyil. İkincisi, Asiyadan Avropaya ən qısa quru marşrutu Qazaxıstan və Polşadan uzanır. Üçüncüsü, Rusiyanın avtoyol infrasrtukturu Mərkəzi Avropaya dönüş etmək imkanı verir. “2K” injinirinq şirkətinin direktorlar şurasının sədri İvan Andiyevski təsdiq edir: “Şözsüz, Çin-Avropa marşrutunun xeyli variantı var: Polşadan, Belorusdan, Ukraynadan. Lakin Mərkəzi Avropaya, xüsusən də AB-nin sənaye mərkəzi Almaniyaya ən optimal marşrut artıq başlanmış transqitə layihə Çin-Qazaxıstan-Rusiya-Belorus-Polşadır”.

Buna görə də Rusiya və Qazaxıstanın kürəsəl infrastruktur layihəsinin tərkib hissəsi olmaq və böyük tranzit axınları qazanmaqdan ötrü höcət Polşa ilə razılaşması daha yaxşıdır. Varşavanın bu ilin əvvəlində  Rusiyaya qarşı təşkil etdiyi tranzit müharibəsini yada salmaq kifayətdir – iki ölkə arasında avtomobil daşımaları bir neçə aylığa kəsildi. Əlbəttə, yekunda Moskva qalib çıxdı, lakin bu böyük əsəb və ziyana başa gəldi. Lakin Çinin “Böyük ipək yolu” layihəsi köhnə inciklikləri unutmağına dəyən bağlayıcı halqa ola bilər.

Həm də söz yox, bu qədər böyük birgə iqtisadi layihə Rusiya və Polşanın mümkün siyasi barışığına da təsir edir. Eyni zamanda Polşa və Rusiyanı Nazarbayevin əliylə barışdırmağa (ən azı, nəqliyyat məsələsində) qərar verilməyində təəccüblü heç nə yoxdur. Pavel Gennel xatırladır: “Nazarbayev indiki halda özünün Rusiya və Türkiyənin barışdıdırılmasında qazanılmış sülhməramlı nüfuzunu monetləşdirir”.

Lakin Risklərin dəyərləndirilməsi İnstitutunun direktoru Dosım Satpayev hesab edir ki, Nazarbayevin Poşla cəbhəsində cəhdləri uğursuz çıxa bilər. “Polşa Şərqi Avropanın bütün dövlətləri arasında yetərincə sərt antirusiya mövqeyi tutur. Və Çexiya, yaxud Serbiyadan fərqli olaraq öz ritorikasını dəyişmir… Buna görə də Nazarbayevin çağırışları bir qədər boşluğa gedir”.

Politoloq istisna etmir ki, Nazarbayev Polşa səfərinin hansısa məqamlarını  Rusiya prezidenti ilə müzakirə edər, buna görə də Rusiya tərəfinin də müəyyən təkliflərini səsləndirə bilərdi.

Lakin əslində, layihənin uğurunda təkcə Rusiya deyil, Qazaxıstanın özü də maraqlıdır. Gennel göstərir: “Danışıqlarda uğurlar yeni “İpək yolu”nda Qazaxıstana tranzit dövlət statusu verə bilər, yeni axınlar iqtisadiyyat üçün yeni “neft” ola bilər”. Yəni bu layihədə iştirak təkcə əlavə gəlir deyil, həm də neft ixracatından asılılığı azaltmağı bildirir. Və əlbəttə, ÇXR-in Qazaxıstana güclü təsirini də unutmaq olmaz. Buna görə də Nazarbayev təkcə Rusiyanın maraqları və öz şəxsi mənfəəti üçün deyil, həm də Çinin marağı üçün fəaliyyət göstərir”.

Çinin Polşaya təzyiq etmək imkanı var. Birincisi, Pekin “İpək yolu”nun gerçəkləşməsi zamanı Varşavaya ciddi investisiyalar təklif edə bilər. İkincisi, ÇXR öz “İpək yolu”nun gerçəkləşməsi üçün, adətən, xeyli alternativ marşrutları nəzərdən keçirir. Məsələn, Pekin Ukraynaya Rusiyadan yan keçməklə “İpək yolu”nun dəmiryol marşrutunu sınaqdan keçirməyə imkan verməsi heç də təsadüfən deyil. (Bu marşrut həm də Azərbaycandan keçir-tərc.)

Nazarbayevin Rusiya ilə üçtərəfli müqavilə haqda təklifinə Polşanın necə cavab verəcəyi nəyin üstün çıxacağından asılıdır. Satpayev göstərir: iqtisadi praqmatizm, yoxsa geopolitik amil. O, hesab edir: “Qazaxıstandan başqa Çin də müəyyən səylər göstərsə, onda bu, ən azı, müəyyən tendensiya olacaq: artıq iki oyunçu Polşaya iqtisadi maraqları nəzərə almağı təklif edir”.

Bu kürəsəl nəqliyyat marşrutunda iştirakın Varşava üçün mənfəəti şübhə doğurmur. Bu imkan Varşava üçün Avropaya quru yol darvazasını qoruyub saxlamaq və tranzit axınlarını genişləndirməkdir ki, bu da gəlir və qazancların artımını bildirir. Gennel deyir: “AB-yə Çin tranzitinin tərkib hissəsi olan istənilən ölkəyə hərfi mənada qızıl yağışı süzəcək və praqmatik polyaklar bunu dərk edirlər”.

Çin isə “İpək yolu” layihəsinin gerçəkləşməsi xatirinə kisəsinin ağzını ciddi şəkildə açmağı vəd edir və investorları bu cür layihəyə cəlb etmək çətin olmayacaq. Başlıcası marşrut iştirakçılarının normal tarif və yükün göndərilməsi haqda razılığa gəlməyidir. Məlumdur ki, Çin “İpək yolu” fondunun yaradılmasına, demək olar, 40 milyard dollar ayırmağa hazırdır və bu vəsait uyğun infrastrukturun maliyyə dəstəyinə yönəldiləcək.

 

Tərcümə Strateq.az-ındır.