XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 18:31

Rus ekspert:“Türkiyə Moskva ilə razılaşma nəticəsində Cerablusa hücum edir” –Təhlil

TO

İqor Kryuçkov

Mariya Baranova

Gazeta.ru, 24.08.2016

 

Türkiyə ordusu Suriya ərazisinə daxil olub və sərhədyanı Cerablus şəhərinə hücuma başlayıb. “Fərat qalxanı” adlı əməliyyatda tank və döyüş aviasiyasından istifadə olunur. Bu, Suriya nizamlaması prosesində tektonik dəyişimlər və Ankara, Moskva və Vaşinqton arasında qarşılıqlı fəaliyyətin yeni strukturuna işarə edir.

Əməliyyat avqustun 24-də səhər saat dördə yaxın başlanıb. Rəsmi Ankaranın məlumatına görə, türk xüsusi təyinatlısı və aviasiyası Qərb antiterror koalisiyası hərbi təyyarələrinin və Suriya silahlı müxalifətinin dəstəyi ilə Cerablusa həmləyə başlayıb. Hücum İŞİD-ə qarşı keçirilir. Əməliyyatın məqsədi “mühacirlərin yeni axınının qarşısının alınması, humanitar yardımın tədarükünün təminatı və rayonun terrorçu ünsürlərdən təmizlənməsi” kimi açıqlanır.

Yaxın Şərqin bir sıra KİV-lərinin nməlumatına görə, Türkiyə nümayəndə heyəti bir neçə gün əvvəl Suriya paytaxtında prezident Bəşər Əsədlə görüşüb və bir sıra hərbi məsələləri onunla müzakirə edib.   

 

Su-24-dən sonra ilk dəfə

 

Reuters-in məlumatına görə, Türkiyə təyyarələri Rusiyanın Su-24 təyyarəsi ilə bağlı insidentdən sonra ilk dəfə Suriyada görünüb. Faciə təkcə Moskva-Ankara münasibətlərində soyuqluq doğurmayıb, həm də türk ordusunun bir çox baxımdan əl-qolunu bağlamışdı.

 

Birlikdə kürdlərə qarşı

 

Suriya aviasiyası ölkənin şimali-şərqində bu yaxınlaradək prezident Bəşər Əsədin müttəfiqi sayılan kürdlərin mövqelərinə zərbələr endirir. Türkiyə SQ xüsusi bölmələri o zaman Osmanlı imperiyasının hökmdarlar nəslinin banisi Süleyman şahın sərdabəsini, həmçinin məqbərəni qoruyan hərbçiləri təhlükəsiz yerə keçirib.

Yeri gəlmişkən, CNN Turk-ün məlumatına görə, indiki əməliyyat əvvəlki ilə səsləşir. Süleyman şahın məqbərəsi də Fərat sahilində yerləşir – əfsanəyə görə, o bu çayda boğulub.

MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyev hesab edir ki, Türkliyənin hərbi əməliyyatı Ankara və Moskvanın bu günlərdə əldə etdiyi razılaşmalar çərçivəsində keçirilir. Onun sözlərinə görə, Hələb yaxınlığında yerləşmiş Cerablusun ərazisi “Xmeymim bazasında yerləşdirilmiş S-400 raket kompleksləri ilə qorunur. Yəni Rusiya ilə razılaşmadan türk aviasiyasından istifadə mümkün olmazdı”.

Ekspertin qeyd etdiyi kimi, Suriyada durumun nizamlanması üçün ən böyük problem Türkiyənin faktiki olaraq radikal islamçılar üçün arxa cəbhə təşkil etməyidir. Güman etmək olar ki, Türkiyə xarici siyasət kursunda düzəlişlər çərçivəsində radikal islamçılara dəstəyi həqiqətən də məhdudlaşdırmağa başlayıb və bu, Suriya böhranının nizamlanması üçün əlavə şərait yaradacaq.

Rusiyanın ərəb respublikalarındakı keçmiş səfiri və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun sivilizasiyaların tərəfdaşlığı Mərkəzinin rəhbəri Veniamin Popovun fikrincə, Türkiyənin indiki əməliyyatı ciddi hərbi kampaniyaya çevrilməyəcək.

Türkiyə hökuməti hazırda çox mürəkkəb dövrdən kerçir. Ankara hər şeydən əvvəl dövlət çevrilişinə cəhdin nəticələrini aradan qaldırmağa cəhd edir, – "Gazeta.ru"nun həmsöhbəti mülahizə edir. – Təkrar cəhd ehtimalı qalır, çünki Türkiyə ordusu həmişə imtiyazlı durumda olub və özünü ölkədə baş siyasi arbitr sayıb. Burada kütləvi həbslər baş verib, zabitlərin əksəriyyəti həbsxanaya düşüb, lakin əlbəttə, onların qohum və dostları qalıb. Buna görə də Ankara özünü təhlükəsizlikdə hiss edə bilməz”.

Ekspertin hesab etdiyi kimi, “Fərat qalxanı” çevrilişdən sonra ordunun məxsusi yoxlanışıdır. İyulda hərbçilərin qarşı çıxdığı Ərdoğanın ölkə SQ-nin döyüş qabiliyyətini və ordu sıralarında əzəmətli təmizləmədən sonra tabeçiliyi nə qədər saxladığını yoxlamağı lazımdır.

"Gazeta.ru"nun sorğuladığı ekspertlər hesab edirlər ki, həm Moskva, həm də Vaşinqtonla yeni təmas nöqtələri tapmış Türkiyənin bölgə siyasətində köklü dəyişim göz qabağındadır. Cerablusda əməliyyat inkişaf etdikcə Suriya münaqişəsinin beynəlxalq nizamlanmasında bölgədə qüvvələrin  yeni tərtibinin necə olacağı aydınlaşacaq.

 

Kürdlərə doğru

 

Bundan başqa, Ankara “Fərat sipəri” vasitəsilə çoxdankı hədəfi də təqib edir: Suriyanın quzeyində kürd təsirinin genişlənməyini pozmaq. Cerablusda bir neçə gün öncə kürd hərbi qruplaşmalarının böyük rol oynadığı “Suriya demokartik qüvvələri”nin hücumu başlanıb. Türkiyə DİN başçısı Əfkan Ala bildirib ki, Türkiyənin Cerablusa hücumu terrorçu ünsürlərin tam məhvinədək davam edəcək. Ankara “terrorçular” deyərkən, birinci növbədə İŞİD-i deyil, məhz kürdləri nəzərdə tutur.

Bu gün Amerika vitse-prezidenti Co Bayden Türkiyəyə gəlib. Türkiyənin Suriya ərazisinə müdaxiləsi onun bu gün buradakı danışıqlarında əsas mövzu olmaya bilməz.

 

Tərcümə Strateq.az-ındır.