XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 Avqust 2016 - 16:54

Rusiyalı ekpert: “ABŞ-ın İrəvan səfirliyi böyük kəşfiyyat mərkəzidir” –Təhlil

sefirlik

ABŞ-ın Ermənistan səfirliyi. İllüstrasiya: armenianow.com.

 

Vyaçeslav Mixaylov

eadaily.com, 27.08.2016

 

 

Ermənistanda ABŞ agentlərinin respublikadakı mövcudluğundan danışmağa başlayıblar. Hətta yerli qeyri-hökumət təşkilatlarından biri  Amerikanın Ermənistan siyasət meydanında qəyyumluq etdiy adamların adlı siyahısnı avqustun sonuna qədər car çəkməyə girişib. Bu adlar ümumən məlumdur, məsələn, “İrs” parlament partiyası və yaxud parlamentdənkənar “Azad demokratlar” kimi qurumların maliyyənin bir qismini hansı fondlardan aldığında xüsusi sirr yoxdur. Ermənistanda Amerika təsirinin bələdçilərinin eyniyyətləşdirilməsi iyulun ikinci yarısındakı məlum hadisələrdən sonra aktuallaşıb. Silahlı dəstənin İrəvan polisinin patrul-post xidməti alayını ələ keçirməsində çoxları ABŞ “izini” təxmin edir. Xüsusən də Ernmənistan paytaxtındakı Amerika diplomatik missiyasının cinayətkarlara münasibətdə olduqca tolerant davranışı və bu qrup liderlərinin bilərəkdən fitnəkar antirusiya həmlələrindən sonra.

Bu başdan dərhal deməliyik ki, ABŞ-ın Ermənistanda ştatlı və yaxud ştatdankənar agentlərinin varlığı, amerikalıların antihökumət sui-qəsdi qurması haqda təxminlərin böyük qismi bir qayda olaraq emosional boya daşıyır. Bu, müəyyənlik üzrə hansısa “sənədli” sübutdan məhrumdur. Bu cür sübut bizdə də yoxdur, buna görə də gurultulu sözlərlə həmləyə başlamayacağıq. “Agent” sözünün özü cürbəcür şərhlər üçün olduqca tutumludur. Təsir agentləri var, lakin özlərini Qərb ölkələrinin özəl xidmətlərinin agentləri kimi zənn edən aşkar casuslar da var.

Ermənistanda ABŞ agentləri mövzusu üzrə açar kəlməni “təsir” hesab edirik. Əks halda bu və ya başqa dövlətdə hansısa heyətlər vasitəsilə öz təsirini yaymaq və sonradan artırmaq mükün olmursa, onda böyük və yaxud çox da siyasi oyunlara girişməyin mənası itir.

ABŞ-ın Ermənistana təsiri olduğu və siyasi qərarların qəbul edildiyi respublika hakimiyyətinin yüksək eşalonlarını əhatə etdiyi şübhə doğurmur. Ermənistanın Qərbyönlü ictimaiyyətinin hakimiyyətdəki təmsilçilərinin əksəriyyəti özülyündə ləyaqətli, vətəninə sədaqətli, milli maraqların qorunmasında daxili özəyə malik insanlardır. Onların Rusiyanı sevib-sevmədiyi, ona sayğı ilə yanaşıb-yanaşmadığı yenə də “duyğusal qavrayış” durumu sırasındakı məsələdir. Başlıcası, məsələnin siyasi tərəfidir və bizi Moskva üçün pis etirafa gətirir: amerikalılar Ermənistanın hakim dairələrində sistemli işi davam etdirir və bu məcrada uğura nail olurlar.

Qərbin müxtəlif fondlarından antirusiya ünsürlərinin maliyyələşdirilməsi ABŞ-ın praktik olaraq istənilən postsovet respublikasında ənənəvi siyasətidir. Lakin Ermənistanla bağlı öz çalarları var. Türkiyə ilə Azərbaycan arasında sıxılmış ölkənin Rusiya ilə hərbi ittifaqda, onunla eyni bölgəsəl təhlükəsizlik təşkilatında, eyni iqtisadi inteqrasiya blokunda olması və ərazisindəki Rusiya hərbi bazası – bütün bunlarla yanaşı Qərb burada nüfuzlu rəğbətçilər tapıb. Prezident Serj Sərkisyanın çevrəsindəki gənc nəsil Qərbyönlülüyü ilə seçilir. Bunlar Ermənistan liderinin administrasiyasındakı aparıcı funksionerlərdir və amerikalıların onlarla yetərincə etibarlı dialoqu formalaşıb. Bunun hesablama nöqtəsini adıbəlli Mari Yovanoviçin İrəvanda Amerika səfiri vəzifəsində üç il işlədiyi dövrdən götürmək olar. Vaşinqtonun Kiyevdəki maraqlarının indiki təmsilçisi 2008-2011-ci illərdə Ermənistanda, buna qədər isə Qırğızıstanda fəal işlə fərqlənib.

Prezident Sərkisyan o zaman hakimiyyətə təsir buraxmayan gəlişindən sonra Qərb də daxil olmaqla dünyanın siyasi mərkəzləri tərəfindən zəruri siyasi dəstək arayırdı. 2008-ci ildən Ermənistan hakimiyyət sistemində siyasi qərarların qəbul edilməsi mərkəzi möhkəm şəkildə prezident iqamətgahına keçib. Daha dəqiq desək, prezidentin bütünlüklə inandığı ən yaxın çevrəsinə. Texnokrat siyasətçilərin gənc nəsli rəhbər rol oynamağa başlayıb.

Cənubi Qafqaz respublikasında hakim siyasi konyunkturanın dəyişildiyini Vaşinqtonda vaxtında tutdular və perspektivli erməni “kadrlar”ını ram etməyə girişdilər. Ermənistan administrasiyasının gənc funksionerləri öz növbəsində “Serj Sətrkisyan qoca çapovulçulara deyil, gənc nəslə minnətdar olmaq istəyir” kimi nitqlərlə ABŞ-ın iştahasına dəm tutmağı qət etdilər. “Qoca çapovulçular” deyilərkən başa düşüldüyü kimi, eks-prezident Robert Köçəryanın Sərkisyana “miras” qoyduğu “yaşlı” funksionerlər və hakimiyyətə yaxın oliqarxlar nəzərdə tutulur.

O dövrdə ABŞ-ın iştahası gerçəkdən də qıcqırdı. Təkcə “Ermənistan-Türkiyə normallaşması” adlı proseslə bağlı tarixçə nəyə dəyməz! Ermənistan yönlü Amerika layihələri predmetli xarakter aldı. Lakin ayılma özünü çox gözlətmədi. Okeanarxası diqqət hakimiyyətdəki erməni gəncliyinin başını yüngülcə gicəlləndirdi, lakin o, praqmatik düşüncəni tərgitmədi. Serj Sərkisyanın 2013-cü ilin sentyabrında məşhur Avrasiya iqtisadi birliyinə girmək qərarından sonra hər kəs öz yerində oturdu. Lakin ABŞ-ın 2008-2011-ci illər dövründəki işi aktuallığını tam itirməyib.

Amerikalılarıın Ermənistanda iqtisadi marağı olmayıb və indiyədək də yoxdur. Ermənistan ərazisində Rusiyanın xeyrinə iqtisadi xarakterli bir neçə strateji layihənin dağıdıcı hesabı 2015-ci ildə Vorotan SES-nmin kaskadı üzrə böyük müqavilənin bağlanması ilə “islandı”. Bu arada elə həmin ilin mayında təmtəraqla imzalanmış ticarət və investisiya haqda Müqavilə xüsusi irəliləyişə səbəb olmadı. Əksinə, ötən il Ermənistanla Amerika arasında ticari-iqtisadi göstəricilər görünməmiş tənəzzüllə qeyd olıunub: 2014-cü ilin yekunlaırna görə, mal dövriyyəsi 220 milyon dollar, 2015-ci ildə cəmi 112, 7 milyon dollar təşkil edib (ABŞ ticarət nazirliyinin məlumatına əsasən).

Beləcə Amerikanın böyük kapitalı Ermənistana gəlmədi. O isə haradasa yoxdursa, orada Vaşinqtronun yerli hökumətə xüsusi rəğbətini  gözləmək lazım gəlmir. Lakin ABŞ-ın Ermənistanda tikinti dəyəri keçən ilki qarşılqılı ticarətin dəyərindən bir qədər geri qalan heybətli bir səfirliyi var.

Ermənistan paytaxtındakı Amerika diplomatik missiyası diqqətə layiqdir. Keçmiş SSRİ-nin ən yoxsul respublikalarından birində iqtisadi marağı olmayan və ən yaxın perspektivdə də görünməyən Amerika təsəvvürəgəlməz dərəcədə bir bina inşa edib. Əslində, amerkalıların İrəvan civarında səfirliyi deyil, bütöv bir “şəhərciyi” var. Vaşinqtondakı məlumatlı şəxslərdən başqa içəridə nə baş verdiyini heç kim bilmir. Bu gen-bol, böyük kompleksin hər otağında heç olmasa, bir əməkdaş əyləşdirilsə, onda ABŞ-ın Ermənistandakı diplomatik korpusu öz sayına gerə bir neçə postsovet respbulikasının heyətini artıqlamasilə geridə qoya bilər. (ABŞ-ın İrəvan səfirliyi dünya üzrə ikinci ən böyük diplomatik müəssisəsidir və burada 500-dən çox əməkdaş işləyir-tərc.) Əslində, klassik anlamda ABŞ-ın Ermənistanda səfirliyi deyil, kəşfiyyat mərkəzi, spesifik obyektlər kompleksi var. Orada amerikalılar üçün maraq doğuran məlumatların gen-bol toplantısı, işlənməsi və kəşfiyyat mərkəzinə ötürülməsi gedir. ABŞ üçün Ermənistanda xüsusi sirr yoxdur. Deməli, onların kəşfiyyat mərkəzi  diplomatik örtük altında bütün bölgəyə “pərçimlənib”.

Budur ABŞ-ın Ermənistanın daxili və xaricindəki proseslərə gerçək təsirinin nümunəciyi. Bu cür “səfirlik-kəşfiyyat mərkəzi” ilə və “gənc qvardiya” ilə saxlanan təmaslar tonusu ilə ABŞ prezident administrasiyasının hansısa “agentlər”ə xüsusi ehtiyacı da yoxdur. Bəli, onlar lazımdır, lakin Ermənistan, Cənubi Qafqaz və hətta Yaxın Şərqin siyasi nəbzini daim nəzarətdə saxlamaq üçün yalnız müəyyən “əlavə” qismində.

Danışırlar ki, Ermənistanın ən böyük məmurları 4 iyulun gəlişini səbirsizliklə gözləyirlər – bundan əvvəl Amerika dipmissiyası ABŞ-ın müstəqillik Günü şərəfinə qəbul üçün dəvətnamələr göndərir. “Səfirlik-kəşfiyyat mərkəzi”ndən diqqət nişanəsi qazanmaq nüfuz əlaməti sayılır. Təəssüf ki, bunu iyunun 12-dən əvvəl Rusiyanın İrəvandakı  xarici siyasət idarəsinin təmsilçiliyi haqda deyə bilmirik. Düz deyilmi ki, niyə belə olduğu haqda möhkəm-möhkəm fikirləşməyə Kreml və Smolensk meydanı üçün yaxşı səbəblər var?

Ermənistan Rusiya nüfuzunu müəyyən edən orbitdə qalır. Lakin o həmişə və hər şeydə öz çəksi ilə Vaşinqtonun Moskvaya “çatmaq və ötmək” cəhdlərinin qarşısını ala bilməz. Təəssürat yaranır ki, amerikalılar Baqramyan, 26 ünvanındakı hakimiyyət dəhlizlərindən rusiyalılardan daha yaxşı baş çıxarırlar. Və bu “yönəlmə” onlara Cənubi Qafqaz respublikasının siyasət meydanında tez-tez daha incə oyun aparmaq imkanı verir.  

 

Tərcümə Strateq.az-ındır.