Hayko Lanqner (politoloq, Berlin)
Vestnik Kavkaza.ru, 28.08.2016
Azərbaycanın çoxyönlü xarici siyasətində prinsipial imkanlardan biri kimi Azərbaycan, Rusiya və İran arasında iqtisadiyyat və təhlükəsizlik sahəsində sıx transsərhəd kooperasiyasının əsası çoxdan qoyulub. Mən hələ 2009-cu ildə Cənubi Qafqazda etnik-ərazi münaqişələrinə həsr edilmiş kitabımda bu mövzuya ayrıca fəsil həsr etmişəm. Çünki bunun həlli qonşu bölgə və dünya dövlətlərinin maraqlarının konfiqurasiyasından daha çox asılıdır. Bu mənada yeni üçtərəfli danışıqlar formatı mənim fikirlərimi təsdiqləyir. Bu siyasi formatdan ötən illərdə yetərincə istifadə olunmayıb, çünki iştirakçılar arasında xeyli ziddiyyətlər var. Bu ziddiyyətlər indiyədək heç də aradan qaldırılmayıb, lakin müəyyən dərəcədə kəskinliyini itirib və yaxud daha dəqiqi, bu cür əməkdaşlığın açdığı perspektivlər fonunda ikinci plana keçib.
Başqa bölgəsəl iqtisadi və inteqrasiya bloklarından, məsələn, Avrasiya İqtisadi Birliyindən fərqli olaraq, bu üçtərəfli format üç ölkənin ümumi daxili starndartlarına hədəflənməyib. Hədsiz dərəcədə müxtəlif və hətta antoqonist sistemlərə malik olan Azərbaycan, Rusiya və İran arasında kooperasiya məhz buna görə mümkün olub.
Azərbaycan yetərincə dünyəvi dövlətdir, halbuki İran teokratik dövlətdir. Din amili nəzərdən keçirilsə, bu iki ölkəni birləşdirən ünsürü qeyd etmək lazım gəlir – hər iki ölkədə əhalinin əksəriyyəti İslamın şiə təriqətinə etiqad edir. Rusiyada isə son illərdə, ən azı, mənəvi kontekstdə və Rusiya pravoslav kilsəsi tərəfdən getdikcə legitimləşdirilən prezident sistemi fəaliyyətdədir.
Yeni danışıqlar formatı əməldə həm də siyasi gerçəkləşmə qazanan konkret nəticələrə aparsa, onda bölgəsəl əməkdaşlığın olduqca maraqlı modeli meydana çıxa bilər. Bu cür bölgüdə keçən əsrin 90-cı illərin əvvəlindən Ermənistanın hərbi işğalı altında olan qiyamçı Dağlıq Qarabağ bölgəsi uğrunda Ermənistanla ərazi bütövlüyü zəminində uzunmüddətli münaqişəni öz xeyrinə həll etmək perspektivləri Azərbaycan üçün yaxşılaşar.
Bu münaqişə İranda böyük azərbaycanlı azlığın yaşadığı nəzərə alınmaqla bu ölkə üçün də aşkar daxili-siyasi əhəmiyyət kəsb edir və İran münaqişənin həllində bununla bağlı dəfələrlə öz vasitəçiliyini təklif edib. Rusiya-Türkiyə münasibətlərinin bu yaxınlarda normallaşması ilə bu perspektiv daha da güclənib. Bir il öncə Suriya-Türkiyə sərhədində məhv edilmiş Rusiya hərbi təyyarəsinə görə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın üzrxahlığı çoxdan yetişmişdi və Türkiyənin Rusiya ilə yaxşı, xeyirxah qonşuluq münasibətlərində strateji maraqlarına uyğun gəlir. Ankara siyasi manevr üçün öz məkanının genişləndirmək üçün ABŞ və AB-yə tarazlıq qismində Moskvaya söykənə bilər.
Dağlıq Qarabağ münaqişəsinə tətbiqən bu formul gerçəkdir: Türkiyə-Rusiya münasibətləri nə qədər yaxşıdırsa, Rusiya üçün Ermənistanın Cənubi Qafqazda antitürkiyə dayağı qismində funksiyasına tələbat bir o qədər azalacaq. Rusiya, İran və Azərbaycan arasındakı üçtərəfli kooperasiya bundan sonra bəhrələr gətirsə, Ermənistan müəyyən vəziyyətlərdə hətta Rusiyanın geostrateji maraqları üçün risk amilinə çevrilə bilər. Rusiyanın, ən azı, ərazinin bir qisminin Azərbaycana qaytarılması uğrunda çıxış etməyi hamıya məlum sirdir. Ermənistan güzəştsiz mövqeyi ilə özünü dalana qovub.
İəvanda bu yaxınlardakı girov götürməklə iğtişaşlar yenidən göstərdi ki, Ermənistanda daxili-siyasi durum son dərəcə qeyri-sabitdir. Bu, xeyli dərəcədə ölkənin sürəkli yoxsul və nəticə kimi gənclərin ölkədən axışdığı iqtisadi vəziyyətilə izah olunur. Və bu cür durum Dağlıq Qarabağda həll edilməmiş münaqişənin birbaşa nəticəsidir.
Ermənistanla qonşu dörd ölkədən ikisi onunla sərhədləri bağlayıb və ona münasibətdə iqtisadi embarqonu saxlayır ki, bu da Ermənistanın xarici iqtisadi əlaqələrinə ağrılı zərbə vurur, həmçinin tranzit xərclərini artırır. Həmçinin Ermənistanın Dağlıq Qarabağ münaqişəsində maksimal maraqalrının həyata keçirilməsi, yəni bu bölgənin Ermənistana birləşdirilməsi və yaxud de-fakto müstəqillik qeyri-gerçəkdir. Ermənistanı idarə edən Qarabağ klanı münaqişənin güzəştli həllini öz hakimiyyətini saxlamaq üçün təhlükə kimi nəzərdən keçirir. Buna görə də ölkədə erməni əhalinin münaqişə üzrə güzəştli həlli qəbul etməməyi üzrə daxili-siyasi hadisələr Ermənistan hakimiyyətinə əl verir. Lakin Ermənistan getdikcə sərtləşən və təsir etməyə daha iqtidarı çatmayacaq geopolitik gerçəkliklərlə üzləşməyənədək Dağlıq Qarabağ üçün muxtariyyətin yaradılması haqda ciddi şəkildə danışıqlara başlamağına dəyərdi. Hətta iqtisadi baxımdan uduş vəziyyətində qala bilər, çünki hərbi işğalın davamı ilə bağlı yüksək iqtisadi məsrəflər aradan qalxacaq və bu vəsaitləri ümumi rihafın yüksəldilməsi üçün istifadə etmək olar. Ermənistanın keçmiş rəhbəri Levon Ter-Petrosyan prezident idarəçiliyinin sonuna doğru bunu dərk edirdid.
Tərcümə Strateq.az-ındır.