XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

29 Avqust 2016 - 21:36

Kondaliza Raysın “ona etibar etmək olar” dediyi “kanal”ı Putin niyə “vurdu”? –Təhlil

putin-ivanov-1

Sergey İvanovun Prezident Administrasiyasından istefaya göndərilməsi bir müddətdir ki, xeyli düşüncələr doğurub.

Düzdür, Vladimir Putinin qəfil kadr yerdəyişmələri aparmasına çoxdan alışılıb. Lakin S.İvanovun öz istəyi ilə vəzifəsindən çıxarılması bəlkə də son dövrdə ən mübahisəli kadr yeniliyidir. Əvvəla, “öz ərizəsinə əsasən” ifadəsinə inananlar çox azdır.

S.İvanov Putinin komandasında müstəsna şəxsdir. Bu iradəli siyasətçini artıq çoxdan Rusiya prezidentinə alternativ sayırlar. Bəli, S.İvanovu güclü siyasi fiqurdur.

Rusiya Federasiyasının Prezidenti ilə birgə KQB-də xidmət eləmiş 63 yaşlı sabiq Prezident Administrasiyasının rəhbəri Prezident Administrasiyasından istefa versə də, Kremldə söz sahiblərindən biri olaraq qalmaqdadır. Belə ki, o, Təhlükəsizlik Şurasının (TŞ) üzvü postundan getməyib. Bu, strateji qərarların, o cümlədən müharibə və sülh məsələlərinə dair qərarların qəbul edildiyi orqandır və S.İvanov kimi sərt mövqeli bir adamın TŞ-də qalmasının yəqin ki, məntiqli səbəbləri var.

Bir çox analitiklər və müşahidəçilər S.İvanovu hərbi sənaye kompleksinin və kəşfiyyat strukturlarının, de-fakto mövcud elitanın addamı hesab edirlər. Müxtəlif vaxtlarda baş nazirin müavini, müdafiə naziri olmuş davakar xarakterli bu siyasətçi bir vaxtlar TŞ-nin katibi vəzifəsini də tutub. 2001-ci ildə bu vəzifədə olarkən S.İvanovla hərbi ekspertlər arasında söz dueli yaşanmışdı. Silahlı qüvvələrin inkişafı ilə bağlı çıxışlara kəskin təpki verən o zamankı TŞ katibi ekspertlərin məsləhət verməkdə aciz olduqlarını dilə gətirmişdi.

S.İvanova Qərbdə də ehtiyatlı yanaşma var. Bir çoxları onu sovet dövrünün düşüncəsindən qurtula bilməməkdə ittiham edir, onu açıq-aşkar militarist hesab edirlər. Ehtiyatlı yanaşmanın Kremlin özündə də varlığı şübhəsizdir.

İlk növbədə, bu yanaşma V.Putinin özündən gəlir. 2000-ci ildən başlayaraq prezidentlik estafetinə nəzarət edən V,Putin 2012-ci ilin martından üçüncü dəfə dövlət başçısı postunu tutur. Bu müddət 2018-ci ildə bitməlidir və Rusiya Konstitusiyasına edilən düzəlişlə prezidentlik müddəti dörd ildən altı ilədək uzadılıb.

Əlbəttə, V.Putinin yenidən öz namizədliyini irəli sürəcəyi ehtimalı böyükdür. Lakin o, gözlənilməz gediş edərək öz yerinə başqa bir namizədi irəli çəkəcəksə, bu şəxs kim olacaq?

Həmin bəxtəvərin S.İvanov olmayacağı artıq şəksizdir. 2008-ci ildə də bir çox baxışlar S.İvanova zilləndiyi halda seçim Dmitri Medvedev oldu. O vaxtlar bu gözlənilməz bir qərar idi. Lakin V.Putinin özü deyil, ətrafdakılar üçün. Kremlin sahibi öz mütləq hakimiyyətini heç kimlə bölüşmək niyyətində deyil. Ona məhz D.Medvedev kimi “sözəbaxan uşaq” lazımdır.

S.İvanovun seçimi hakimiyyətə bir daha yiyələnməmə mənası verərdi. Prezident Administrasiyasının sabiq rəhbərinin “nisbətən asan” bir vəzifəyə təyin olunması S.İvanov xofunun hələ də qaldığına dəlalət edir.

Haşiyə: ABŞ-ın sabiq dövlət katibi Kondaliza Raysın S.İvanovla bağlı bir qeydi var: “Sergey ABŞ-a münasibətdə sərt və bir qədər şübhəçi münasibətdə idi, lakin ona etibar etmək olardı. O, heç vaxt öhdəsindən gələ bilməyəcəyi şey barədə vəd verməzdi. Tutduğu vəzifələrdən və rütbələrindən asılı olmayaraq, İvanov Putinlə hətta ən incə məsələlərdə fasiləsiz işləyən kanal idi. Ağ Evlə Kreml arasında bu kanal ən vacib və adekvat idi”.

M.Rzasoy