XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 09:41

Angela Merkel Berdımuhəmədovdan nə istəyir? –Təhlil

MB

Almaniya kansleri Angela Merkel və Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmədov

© AP Photo, Michael Sohn

Handelsblatt (Almaniya), 29.08.2016

 

Prezident  Qurbanqulı Berdımuhəmədov Türkmənistanda nazirlərə öz kitabını bağışlayarkən hamısı mil durur. Kitabı iki əlləri ilə götürüb təbəə sadiqliyi ilə öpürlər. İslam ənənəsində bu cür sayğı təkcə Qurana münasibətdə var. Lakin Mərkəzi Asiyadakı keçmiş sovet respublikasının prezidenti göz qoyur ki, onun kəlamlarına da ehtiram göstərilsin. Bu, son dəfə diplomlu stomatoloqun (Berdımuhəmədov nəzərdə tutulur-tərc.) “şəfalı vasitə və ilham qaynağı – çay” haqda kitab yazarkən hiss olunub. Bu onun 35-ci kitabı idi.

Berdımuhəmədovun özünəməxsus kultu insan hüquqları uğrunda mübarizlərin dünyada Şimali Koreya ilə müqayisə olunası ən repressiv rejimlərə aid etdikləri rejimin gücünün ifadəsidir. Kansler Angela Merkel bazar ertəsi günün ikinci yarısında Berlində Türkmənistan “arkadağ”ını (qoruyucusunu) qəbul edib. Onun səhralarla zəngin dövləti İran və Əfqanıstanla həmsərhəddir və bu həm də siyasi mənada sərhəddir. Bundan başqa bu ölkə dünyada qaz ehtiyatlarına görə dördüncü yeri tutur. İnsan haqları uğrunda mübarizə aparan Human Rights Watch (HRW) təşkilatı səfərdən öncə Almaniya kanslerini Türkmənistan lideri ilə görüşdə insan hüquqları uğrunda çıxış etməyə çağırıb. HRW Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Hyu Uilyamson Almaniyanın Deutsche Presse-Agentur-a bildirib ki, Merkel beləliklə görüşdən istifadə edib keçmiş sovet respublikasında şəxsiyyətin boğulmasından danışmalıydı. Uilyamson Mərkəzi Asiya ölkəsindəki üç biabırçı qüsurü xüsusilə pisləyir: 90-cı illərin sonu və 2000-ci ilərin əvvəlində onlarla adamın yoxa çıxması, söz azadlığının məhdudlaşdırılması və ölkədən xaricə getməyə qadağada özbaşınalıq.

5,2 milyon əhalisi olan ölkə Şimali Koreya kimi təcrid edilmiş və diktataor ölkəsi sayılır. Türkmənistan “söz azadlığı uğrunda sərhədsiz jurnalistlərin siyahısı”nda 180 dövlətin içində axırdan üçüncü yerdədir. Rusiya uzun müddət Türkmənistan qaz ehtiyatlarının ən böyük alıcısı idi. Lakin Frankfurter Allgemeine Zeitung qəzetinin xəbər verdiyi kimi, Rusiyanın “Qazprom” dövlət konserni ilə çəkişmədən sonra ruslar qaz alışını tamamilə dayandırıblar. Berdımuhəmədov hazırda Çin və Hindistan kimi başqa ölkələrə və Xəzərin dibi ilə Azərbaycan və Türkiyədən Qərbə gedəcək qaz kəməri də daxil olmaqla qaz kəmərlərinə ümid bağlayıb.

 

Paytaxtdakı dəbdəbə və yoxsulluq

 

2006-cı ilin dekabrında hakimiyyətə gəlmiş Berdımuhəmədov idarəçiliyinin ilk illərində ölkənin dünyaya ehtiyatlı açılışı ideyasını izləyir, beynəlxalq sövdələşmələr üçün platsdarm hazırlayırdı. O, 2012-ci ildə ATƏT tərəfindən nə azad, nə də düzgün hesab edilən seçkilərin gedişində öz mövqeyini möhkəmləndirib.

Türkmənistanda yoxsulluq böyükdür. Digər keçmiş sovet respublikalarının heç birində böyük milli gəlirdən əhaliyə bu qədər az pay düşmür və BMT-nin insan potensialının inkişafı üzrə indeksi bunu 2015-ci ildə qeydə alıb.

Frankfurter Allgemeine Zeitung-un məlumatına əsasən, Türkmənistan əhalinin yoxsulluğuna görə dünyanın beşinci ölkəsidir – əhalinin 25 %-i gündə 1,25 dollarla ötüşməyə məcburdur. Bununla belə, paytaxt Aşqabadda yeni aeroport və göydələnlər meydana çıxıb. Aşqabad bölünmüş şəhərdir: burada şəhərin Moskva ilə Las-Veqasın qarışığı kimi təmətəraqlı binalarla adamsız hissəsi var. Əks tərəfdə adamlar adi panel evlərdə yaşayırlar.

Lakin görünür, adamların yoxsulluğu Berdımuhəmədovu az maraqlandırır. O, əhalinin rifahına görə narahat olmaqdansa böyük həvəslə kitablar yazır. O, “qızıl kəlamlar”ı kitaba qeyd etməyi öz sələfi Saparmurad Niyazovdan (1940-2006) mənimsəyib. “Türkmənbaşı” (bütün türkmənlərin başçısı) “Ruhnamə” kitabındakı fəlsəfəsini öyrənilmək üçün mütləq etmişdi. Berdımuhəmədov keçmiş partiya funksioneri və Türkmənistanın ilk prezidentinin dönəmində karyera qazanıb onun şəxsi həkimi və səhiyyə naziri olub. Niyazovun ölümündən sonra 2006-cı ildə gözlənilmədən idarəçiliyi əlinə alıb. Berdımuhəmədov şəxsiyyətə pərəstiş məsələsində öz atalığını geridə qoyub. 2015-ci ildən paytaxt Aşqabaddakı qızıl heykəl prezidenti Axaltəkə cins atının üstündə təsvir edir. Zərifayaqlı çapağan atlar Türkmənistanın fəxridir. Prezident bir bilici kimi cinsin becərilməyinin qayğısına qalır, qəbilə kitabında atların ayamasının dəyişilməsini qadağan edib.

Berdımuhəmədov idman sahəsində də şəxsi fəallığını nümayiş etdirir. Rio-de-Janeyroda yay oyunları başa çatdıqdan sonra idman funksionerləri doqquz türkmən atletindən heç birinin niyə medal qazana bilmədiyinin səbəbi haqda təhdidli suallara cavab verməli olub.

 

Tərcümə Strateq.az-ındır.