XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2015 - 18:43

Türkiyə hökuməti İŞİD-ə dəstək verir? – Təhlil

Var gücünlə dişini və əlindəki qələmi sıxmalı olursan ki, qəzəbini, hiddətini büruzə verməyəsən və yanlış kəlmə işlətməyəsən.

XDP-nin həmsədri Səlahəddin Dəmirdaş türk hökumətini, birinci növbədə prezidenti “İŞİD-i yemləyən düçüncələr”də ittiham edəndə ümumi qəzəbin ifadəçisinə çevrilir.

Suruçdakı qəddarlığın günahkarı kimdir? Müxalif dairələrdə və birinci növbədə XDP sıralarında hökuməti İŞİD-in cinayətlərinə şəriklikdə ititiham edənlərin sayı artmaqdadır. Bu düzdürmü? Türkiyə Cümhuriyyətini idarə edən siyasi iradə ilə İŞİD arasında, həqiqətən də, hansısa formal əməkdaşlıq və yaxud məxfi sövdələşmə varmı?

Biz kini, qəzəbi, siyasi haqq-hesabları müvəqqəti olaraq bir kənara atmalı və bu suala soyuqqanlı şəkildə cavab verməliyik. Biz çıxılmaz durumdayıq. Həm də enerjimizi əsassız ittihamlara sərf etsək, Surucda baş verən kimi qəddarlıqların qabağını ala bilmərik.

Suruçdakı teraktdan sonrakı açıqlamada baş nazir Davudoğlu bu müdhiş suala belə cavab verir: “Türkiyə və ƏİP rəhbərliyi hər hansı terror təşkilatı ilə heç vaxt heç bir təmasda olmayıb və həm də heç bir terror qurumuna üz verməyib”.

Bu cavabın yanlış oldğunu sübut etmək çətin deyil. Əgər İŞİD nəzərdə tutulursa, onda “Mosuldakı girovlarla bağlı insident” zamanı bu təşkilatla əlaqə yaradılmışdı və İŞİD yaraqlılarının girovlara dəyişdirilməsi hamıya məlumdur. PKK-nın indiyədək terror təşkiatı olduğu nəzərə alınsa, MİT-lə öcalan arasındakı danışıqlar prosesi də “birbaşa və vasitəsiz əlaqə”nin timsalı olmalıdır.

Lakin Davudoğlunun sözlərində ümumi qavramı ifadə etdiyi üçün diqqətdən buraxılan daha önəmli bir məqam var. Bəli, “terror təşkilatı” bizim qəzəbimizin obyektidir, lakin “təşkilat” sözünü hansı geniş mənada işlətsəniz də, İŞİD “terror təşkilatı” deyil, “terrorçu dövlət”dir. Abbreviaturanın işlətməyə alışdığımız hərflərindən biri bundan xəbər verir. Bu detal qapımızı döyən bəlanın nə qədər böyük olduğu haqda bizi xəbərdar eməlidir.

İŞİD – terrorçu dövlətdir və Suruçdakı teraktı böyük bir ərazini və bütöv bir xalqı idarə edən bu de-fakto suveren dövlət həyata keçirdib.

Suruçda partlayış səslənəndə Amerika jurnalistikasının flaqmanı sayılan “New York Times“-ın növbəti sayı çapa getdi. Bu sayda İŞİD-in “dövlət” kimi tam təhlili verilmişdi. Bu materialın müəllifi – həmin nəşrin İstanbul müxbiri Tim Araqon İŞİD-i “inqilabi dövlət quran təşkilat” adlandırır və onun zorakılığını fransız, bolşevik və çin inqilabları dönəmindəki terrorla tutuşdurur. Qeyd olunur ki, bu təşkilatın ağalıq etdiyi ərazilərdə müəyyən dövlət qayda-qanunu var, həyatın və dini normalara əməl edənlərin mülkiyyətinin təhlükəsizliyi təmin edilib. Araqon bu durumu belə ümumiləşdirir: “Siz Rakkadan Mosula qədər səfər edə bilərsiniz və hətta cibinizdə bir milyon dollar pul da olsa, heç kim sizin təhlükəsizliyinizi təhdid etməyəcək”.

NYT güman edir ki, vaxt keçdikcə bu dövlət pasport verməyə başlayacaq.

Ola bilsin ki, “terror təşkilatı” əvəzinə “terror dövləti” ifadəsi kiməsə ifrat dərəcədə sayğılı görünəcək. Lakin bizim prioritetlərimiz faktlar olmalıdır. İndi bilirik ki, İraq və Suriya dövlətləri yoxdur. Buna görə də iki ehtimal mövcuddur. Ya bu dövlət darmadağın ediləcək, ya da dəyişiləcək, biçimlənəcək və vaxt keçdikcə sabitlik qazanacaq. Birinci halda, çox ehtimal ki, uzun illər çəkəcək “terror təşkilatı” gəlir. İkincidə isə bölgəsl qüvvələr balansında ciddi dəyişikliklər meydana çıxacaq.

İŞİD-in sünni ərəb tayfaları içində ardıcılları var, onun radikal sələfilik ideologiyası isə dünyanın müxtəlif bölgələrində yaşayan yoxsullaşmış müsəlman gəncliyi üçün ağlasığmaz dərəcədə cazibəlidir.

Praktikada “terrorçu dövlət”in statusu “terrorçu təşkilat”ın statusundan nə ilə fəqlənir? Suruçdakı terakt terrorçu təşkilatın işidirsə, buna təşkilatın üzvlərinə və beynəlxalq əlaqələrinə qarşı yönəlmiş əməliyyatlarla cavab verir, günahkarları tapıb cəzalandırırsınız.

Əgər qarşınızdakı dövlətdirsə, onda daha çox altenativlər dəstinə maliksiniz: bu dövlətin ərazisinə və strateji obyektlərinə zərbə endirilməsindən tutmuş sanksiyalar tətbiq edilməsinə qədər. Hətta onu tanımağınız da vacib deyil.

Əgər hökumətin İŞİD-lə əlaqələrini bu çərçivəyə yerləşdirsək, onda bu suala başlıqdakı cavab daha şübhəsiz olar.

Ardı var.

Mümtazər Türkönə

“Zaman” (Türkiyə), 24.07.2015