XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2016 - 15:39

Türk nəşri:“Suriyada Türkiyə tanklarına NATO raketləri ilə atəş açılır” – Təhlil

tank

Əbdülqadir Özkan

Milli Gazete (Türkiyə), 02.09.2016

 

Sovet İttifaqı dağıldıqdan sonra NATO İslamı və müsəlman ölkələrini necə yeni düşmən qismində müəyyən edibsə, İslam dünyası da soyuq savaş bitməyi ilə yeni formasiya yaratmalı və görməliydi ki, köhnə dostlar (!) bundan sonra düşmən olublar. Amma təəssüf ki, bu faktı heç kim sezmədi. Ola bilsin, sezdi də, lakin heç nə etməyə nail olmadı. Biz bütünlükdə Qərb deyilən düşərgəni yeni qaydada adekvat qiymətləndirə bilmədik – uzun illər boyu onu dost sayır və hesab edirdik ki, “kommunizm” adlı bədheybətdən qorunuruq. Əslində, öz cəlladına vurulmuş qurban yerində göründük. Sovet İttifaqı kommunzmin iflası ilə gördü ki, Varşava paktınınn varlığı mənasını itirib, lakin ABŞ və tərəfdarları nəyin bahasına olur-olsun, NATO-nu saxlamağa çalışdı. Onlara yeni düşmən tapmaq lazım idi. Uzağa getməkləri isə lazım gəlmədi. Məsələ burasındadır ki, ikiqütblü dünyada NATO ilə Varşava paktı arasında uzun illərin ciddi münaqişəsi tükənərkən, Varşava müqaviləsinin dağılmasıyla NATO ölkələri İslam ölkələrinə daha tez-tez hücum etməyə başladı, işğallar üz verdi. Görünür, bu işğal və hücumlar yetərincə deyildi ki, İslam aləmi düşünsün: “Nə baş verir?”

Bir sözlə, müstəmləkəçilər və xaçlılar alyansı burada özünü evdəki kimi hiss etməyə başladı. Kədərlidir ki, onlar bir İslam ölkəsini işğal edərkən hansısa başqa bir İslam dövlətinin dəstəyini əldə etməyə nail olurdu. Bu  məsələyə ökəmizin baxış nöqtəsindən yanaşsaq, İslam və müsəlmanların NATO-nun yeni düşməni kimi müəyyən edilməsi də bizə az idi ki, ağıllanaq. Biz buna gəlib çıxmadıq ki, qalxıb deyək: “Nə məsələdir, dost? Biz sovet təcavüzünə qarşı NATO-ya daxil olduq. Bu islam xofu haradan çıxdı?”

Dost və müttəfiq (!) dediyimiz ABŞ-ın bəyanatları bu gün Türkiyəyə ünvanlanır: biz Suriyaya nisbətdə “Fərat qalxanı” əməliyyatına başlamışıq, bununla belə, terrorçu təşkilatlar bizim tanklara NATO raketləri ilə hücum edir. Yaxşı, hesab edək ki, ABŞ “Demokratik birlik” partiyası terror təşkilatına təsir edə bilmir. Onda Türkiyənin bu hücumlara cavabı onu niyə narahat edir və PYD-i niyə çəkindirmir: “Vədinizə əməl edib Fəratın qərbindən çəkilməsəniz, sizə dəstəyi tam şəkildə kəsəcəyik”.

Hətta Türkiyəyə təlqin edir ki, bu terror təşkilatına hücum etməməlidir. ABŞ-ın terror təşkilatına havadarlıq və dəstəyi bununla məhdudlaşmır. Məlum olur ki, Minbicdə öldürülmüş üç terrorçu amerikalıdır. Yəni söhbət PYD (PKK) sıralarında Türkiyəyə qarşı vuruşan üç amerikalıdan gedir. Güman edirəm ki, bunu hətta şərh də etmək lazım deyil. Lakin sual meydana çıxır: bu amerikalılar Amerika ordusunun hərbçiləri idimi? Bəzi bəyanatlarda söhbət PYD sıralarına qoşulmuş terrorçulardan getsə də, Amerika hərbçilərinin PYD tərəfdən Türkiyə SQ-ə qarşı vuruşub öldürüldüyü ehtimalı daha ağlabatan görünür. Çünki söhbət Türkiyədən düşəndə ABŞ ikili oyun aparır, sözüylə əməli qətiyyən düz gəlmir. Bu, belə olmasaydı, məgər Suriyaya nisbətdə əməliyyat başlananadək Türkiyənin ABŞ-la əldə etdiyi razılaşmaya baxmayaraq, PYD müqavimət göstərib Fəratın şərqinə getməyə bilərdi? Məgər terrorçu təşkilatın əlində olan silahların ABŞ və NATO-ya məxsus olduğunun izahı varmı və Türkiyənin bütün tələblərinə baxmayaraq, onlar vurğulayırlar ki, PKK-nın Suriya qanadı PYD-i terrorçu təşkilat hesab etmirlər?

Hətta nəzərə alınsa ki, 15 iyul dövlət çevrilişi cəhdini Fətulla Gülənin  FETÖ təşkilatı ABŞ-ın dəstəyi ilə həyata keçirib, kar-kor olmaq lazımdır ki, bütün islam ölkələrinin, birinci növbədə Türkiyənin xaçlılar alyansının hədəfinə çevrildiyini görməyəsən.

 

Tərcümə Strateq.az-ındır.