XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

26 İyul 2015 - 12:35

Sakit okean inteqrasiyası: problemlər və dilemmalar – Təhlil

Dünya iqtisadiyyatının ağırlıq mərkəzi Asiya-Sakit okean regionuna (ASOR) doğru yerini dəyişdikcə, burada müxtəlif səviyyələrdə təsərrüfat inteqrasiyası prosesləri sürətlənir. Sakit okeanın hər iki tərəfində yerləşən ölkələr burada özləri üçün optimal yer tutmağa çalışırlar.

ASOR-da yaranan mənzərənin mürəkkəbliyi regional siyasi və iqtisadi trendlərin ziddiyyətli bir şəkildə çulğalaşması ilə bağlıdır. Bu trendlər əsasən çin Xalq Respublikasının (çXR) təkcə regionun deyil, bütövlükdə dünyanın aparıcı oyunçulardan birinə çevrilməsi ilə şərtlənir.

ASOR ölkələrinin əksəriyyəti tərəfindən çin iqtisadiyyat sferasında son dərəcə cazibəli tərəfdaş kimi nəzərdən keçirilirsə, siyasət sferası elə həmin ölkələri ona ehtiyatla yanaşmağa məcbur edir. çXR-ə belə bir yanaşma daha çox Avstraliya üçün səciyyəvidir.

Onun iqtisadi cəhətdən çiçəklənməsi xeyli (bəlkə də həlledici) dərəcədə çinlə iqtisadi münasibətlərin inkişafı ilə bağlıdır. çin Avstraliyanın əsas ticarət tərəfdaşıdır. 2014-cü ildə ikitərəfli ticarətin həcmi 160 mlrd. dollar səviyyəsində olmuşdur ki, bu da Avstraliyanın xarici ticarətinin üçdəbirini təşkil edir. Lakin ingilis-sakson dünyasının üzvi hissəsi və həmin dünyanın lideri olan ABŞ-la müttəfiqlik münasibətlərdə olan Avstraliya dünyanın müasir nizamının qlobal Amerika-çin rəqabətindən ibarət olan aparıcı kolliziyasından kənarda qala bilməz.

Avstraliya analitiklərinin ölkənin müasir dünyadakı yerinə həsr olunan məqalələrində “Allah göstərməsin, birdən amerikalılar Tayvana görə çinlə silahlı münaqişəyə girsələr, bizim vəziyyətimiz necə olar? Təəssüf ki, biz okeanın o tayındakı axmaqların tərəfində çıxış etməli olacağıq” kimi dəhşətli məsələlərə toxunurlar.

Buna görə də bu xoşagəlməz dilemmadan uzaq olmaq perspektivlərinin hər hansı bir əlamətləri olduqda, buna Avstraliyada uşaq kimi sevinirlər.

17 iyun 2015-ci ildə Pekinlə Azad Ticarət Zonasının (ATZ) yaradılması haqqında sazişinin bağlanması prosesinin onilliyi ilə bağlı bu cür emosiyalarını Avstraliyanın baş naziri Toni Ebbot gizlətmirdi. Hər halda, bu zonanın yaradılmasına ABŞ açıq şəkildə mane olmurdu.

Avstraliya çXR-in patronajlığı altında yaradılmaqda olan Asiya infrastruktur investisiyalar bankının xarici iştirakçıları arasında liderlər qrupuna daxil olmaq niyyətindədir. Bu, Pekinin Amerikanın iqtisadi (guya) liderliyi altında geniş antiçin koalisiyasını yaratmaq cəhdlərinə qarşı yeritdiyi strategiya çərçivəsində əsas layihələrdən biridir.

çin ekspertləri qeyd edirlər ki, Avstraliya ABŞ-ın müttəfiqi olan ikinci ölkədir ki, onunla Pekin ATZ-ni formalaşdırır.

Bir qədər əvvəl Seulda belə bir saziş Cənubi Koreya ilə də imzalanmışdır. Bu, Cənubi Koreya rəhbərliyinin Amerika yönümlü hissəsinin ölkədə açıq-aşkar antiçin istiqamətli THAAD orta radiuslu raketdənmüdafiə (RƏM) sistemini genişləndirməyə cəhd etdiyi bir şəraitdə çXR tərəfindən atılan çox təəssüratlandırıcı bir addımdır.

Hər iki sazişdə növbəti 20 ildə çXR-in Avstraliya və KR ilə ticarət obyekti olan əksər mal və xidmətlərin idxalına qoyulan rüsumların tədricən aradan qaldırılması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, Amerikanın regiondakı aparıcı müttəfiqləri bir-biriləri ilə də əlaqələri inkişaf etdirməklə daha çox öz maraqlarını güdürlər. ötən ilin iyul ayında Yaponiyanın baş naziri Sindzo Abenin Avstraliyaya səfəri və T.Ebbotla danışıqları zamanı ikitərəfli “XXI əsrdə xüsusi strateji tərəfdaşlığın” qurulması haqqında birgə bəyannamə qəbul edilmişdir.

İqtisadi tərəfdaşlıq haqqında sazişin imzalanması bu sənədin əsas elementlərindən biri oldu. Onun ümumi məqsədi “sonrakı onilliklərdə ikitərəfli ticarət və investisiyaların artırılması prosesinin bünövrəsini möhkəmləndirməkdir”.

Yaponiya-Cənubi Koreya münasibətlərində siyasət iqtisadiyyat sferasına birbaşa təsir göstərir. KR-in təşəbbüsü ilə 2012-ci ilin payızından ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi üzrə dialoq faktiki olaraq dayandırıldı.

Beləliklə, Seul Yaponiyanın “normallaşma” siyasətinin bəzi aspektlərinə, xüsusən də Yaponiyanın ali rəhbərliyi tərəfindən müxtəlif müharibələrdə həlak olmuş hərbi qulluqçuların anım ritualının dirçəldilməsinə reaksiya verdi. Bu ritual Yasukuni məbədində həyata keçirilir. Yaponiyanın Yapon dənizindəki iki Tokto adasına iddiası fonunda bu tendensiya Cənubi koreyalıların gözündə xüsusi əhəmiyyət əldə edir.

İqtisadiyyat nazirləri səviyyəsində gedən dialoq yalnız iki ildən sonra, “bitərəf ərazidə”, Pekində, Asiya-Sakit okean İqtisadi Əməkdaşlığının burada keçirilən növbəti sammiti çərçivəsində bərpa edildi. Mayın 23-də belə bir səviyyədə danışıqlar Tokioda da davam etdirildi. Lakin hələ ki, dialoqu davam etdirməyə razılıqdan başqa, heç bir nəticə əldə olunmayıb.

Burada iki məqamı qeyd etmək lazımdır. Birincisi, dialoqun yenilənməsi faktının özü xeyli dərəcədə Vaşinqtonun siyasi təzyiqi ilə şərtlənir. Yaponiya-Cənubi Koreya münasibətlərinin daha da pisləşməsi Yaponiya və KR-in, yəni Amerikanın Asiyada əsas müttəfiqlərinin iştirakı ilə üçlü hərbi-siyasi ittifaqın yaradılması ilə bağlı çoxdankı layihənin üzərindən xətt çəkir.

Lakin Seul ilə Tokio arasında münasibətlərin yaxşılaşması siyasi cəhətdən bunun tam əksi olan layihənin yaradılması istiqamətində göstərilən cəhdlərin yeniləməsi üçün yol aça bilər. Söhbət çXR-Yaponiya-KR tərkibli ATZ-nin yaradılması mövzusunda 2012-ci ildə başlayan (lakin tez də kəsilən) danışıqlardan gedir.

2015-ci ilin mart ayında çXR-in ticarət naziri Qao Huçen bildirdi ki, ATZ-in yaradılması ilə bağlı çinlə KR arasında belə danışıqların yenilənməsində Pekin maraqlıdır. Cari ilin may ayının 12-13-də üçtərəfli formatda bu danışıqların 7-ci raundu baş tutub.

Lakin onların məhsuldarlığı artıq Yaponiya ilə çin arasındakı siyasi münasibətlərin sonrakı inkişafından asılı olacaqdır. Bu münasibətlər indi arzuolunan durumda deyil.

çinin KR və Avstraliya ilə ATZ yaratmaq niyyətində, habelə Yaponiya ilə siyasi-iqtisadi dialoqu aktivləşdirməsində mühüm aspekt bundan ibarətdir ki, Avstraliya və Yaponiya Trans-Sakit okeanı tərəfdaşlığının (TSOT) formalaşdırılması prosesinin əsas iştirakçılarıdır, KR isə bu prosesə qoşulmaq əzmindədir.

Əvvəldən antiçin xarakterli olan bu layihə indiki Vaşinqton administrasiyası tərəfindən Amerikanın “Asiyaya doğru dönüşünün” təməl daşı kimi nəzərdən keçirilir. TSOT Vaşinqton üçün bir tərəfdən Amerikanın bütün regional müttəfiqlərinin de-yure və de-fakto birləşməsinə səbəb olan, digər tərəfdən də Asiya qitəsində nüfuzunu artıran ABŞ-ın “oyundankənar” vəziyyətdə qalmasına imkan verməyən bir layihə ola bilər.

TSOT-un formalaşdırılması ilə bağlı danışıqların başa çatdırılması yolunda indiyə kimi əsas maneə Yaponiya olmuşdur.
Yaponiya xarici kənd təsərrüfatı məhsullarına qoyulan gömrük maneələrinin aradan qaldırılacağı təqdirdə öz kənd təsərrüfatını itirməkdən ehtiyatlanır.

Lakin ABŞ-ın özündə də Barak Obama administrasiyasının TSOT mövzusu ilə bağlı danışıqlar prosesini asanlaşdırmaq və sürətləndirmək çəhdlərinə qarşı müqavimət göstərilməkdədir. Belə ki, jurnalistlər tərəfindən fast-track termini ilə işarə olunan mövzu ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Konqresdə prezidentin Demokratlar partiyasından olan nümayəndələr arasında parçalanma baş verdi.

Amerika cəmiyyətində son dərəcədə siyasiləşdirilmiş TSOT layihəsinin təşəbbüskarlarının nə isə gizlətdiklərindən şübhələnirlər. Həmin layihə çərçivəsində danışıqlar çox qapalı şəraitdə keçir. Son illər bu məsələ ilə bağlı iqtisadiyyat üzrə 2001-ci il Nobel mükafatı laureatı Cozef Stiqlits daha neqativ fikirlər söyləyir.

Bütövlükdə qeyd etmək olar ki, ASOR-da iqtisadi inteqrasiya prosesləri sferasında gedən son hadisələr regionda genişlənən siyasi oyunun mürəkkəbliyini əks etdirir. Onun əsas iştirakçıları formal ittifaqda olsalar da, fərdi şəkildə manevr etmək üçün özlərinə mümkün qədər azadlıq təmin etməyə çalışırlar.

Adil Kəngərli

Newtimes.az