Samvel Avanesyan
politrussia.com, 04.08.2016
Kürd məsələsi beynəlxalq münasibətlərdə həmişə aktual olub, lakin bu məsələ nə qədər qaldırılsa da, onun həlli tapılmayıb. Son zamanlar kürdlərin müstəqilliyinin tanınmasında “bələdçi ulduz” məhz Vaşinqton idi. Vaşinqton rəsmi Ankaranın mövqeyinə ziddən son zamanlar kürdlərin müstəqilliyi uğrunda fəal şəkildə danışırdı. Bu ritorika Türkiyədə ağrılı reaksiya doğururdu. Amma avqustun 26-da ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici siyasət idarəsinin başçısı Sergey Lavrovun Cenevrə görüşündə deyilib ki, Vaşinqton “müstəqil kürd təşəbbüsünü” dəstəkləmir. Bu açıqlama xeyli mübahisə və Amerika administrasiyasının ünvanına tənqidlər doğurub.
Bəs nə baş verib? ABŞ Yaxın Şərqdəki “tərəfdaş”ını təhvil verməyə niyə getdi? Kürdüstan daha olmayacaq? Bu sualı cavablandırmaq üçün kürd probleminə etnik məxsusluq tərəfdən yanaşmaq lazımdır.
Kürd amili: İraq, Suriya, Türkiyə, İran
Kürdlər milli dövlətsiz ən böyük çoxsaylı xalqdır. Onların böyük hissəsi Yaxın və Orta Şərqdə yerləşir. Kürdlər Türkiyədə sayca daha çoxdurlar – təxminən, 18 milyon. İranda 8 milyon, İraqda 6,5 milyon və Suriyada 2 milyondan bir qədər çoxdurlar. Düzdür, İraqdakı son hadisələr və mühacir böhranı öz düzəlişini edə bilər. Kürdlərlə rəsmi paytaxtlar arasında qarşılıqlı münasibətlər müxtəlif cür qurulub.
Türkiyə prezidenti Ərdoğan 2013-cü ildə Konstitusiyanın liberallaşdırılması yoluyla PKK propblemini həll etməyə səy edib. Əsas qanun milli azlıqlara geniş hüquqlar verməli, PKK isə silahları təhvil verib hərbi əməliyyatları dayandırmalıydı. Ankaranın demokratik prosedurları o zaman Türkiyə kürdlərinin müstəqillikdən imtina edərək Türkiyənin daxilində geniş hüquqlarla muxariyyətə qane olmasına səbəb oldu. Lakin başlanmış tərəqqi pozuldu və ölkənin güney-şərqində hazırda bir il neçə öncəki kimi hadisələr baş verir.
“Военный обозреватель” informasiya saytı qeyd edir: “Türkiyə hökumətinin rəsmi versiyasına görə, ordu ölkənin güney-şərq şəhərlərində kürdlərin müqavimətini bütünlüklə boğub. Türk hərbçiləri 2016-cı il iyunun 8-də Nusaybinin “azad edilməsi”ni qeyd ediblər. Eyni zamanda şəhər həm sakinlərdən, həm də binalardan “azad olunub”. Nusaybinin yarısından çoxu, sadəcə, yerüzündən silinib və dağıntılar qalağını təmsil edir. Türk ordusunun antiterror əməliyyatı keçirdiyi Yüksəkova, Şirnak, Cizrə, Silopi və başqa şəhərlər az ziyan görüb”.
Ərdoğanın kürdlərə münasibəti onların yaşayış yerindən asılı olaraq hiss olunacaq şəkildə fərqlənir. Məsələn, Ərdoğan İraq Kürdüstanının 2010-cu ildə Türkiyəyə ilk rəsmi səfər etmiş prezidenti Məsud Bərzani ilə sıx əlaqələr saxlayır. Türkiyə prezidentinin tərəfdaşları seçməyinin səbəbi onun praqmatikliyində gizlənir.
Kurdistan.ru informasiya saytı tərəflərin əməkdaşlıqda maraqlı olduğunu göstərən bir sıra faktları təqdim edir:
*2003-2012-ci illər arasındakı dövrdə Türkiyə ilə İraq Kürdüstanı arasındakı ticarətin həcmi 871 milyon dollardan, demək olar, 11 milyard dollaradək artıb;
*Türkiyənin İraqa ixracatının 70%-dən çoxu İraq Kürdüstanında qalır (rəsmi məlumatlara görə, 2014-cü ildə Türkiyənin İraqa ixracatı 10 896 milyard dollar təşkil edib);
* 2013-cü ildə Türkiyənin bölgəyə investisiyası 700 milyon dollar həcmində qeydə alınıb;
*İraq Kürdüstanına idxal edilən malların 70-80%-i Türkiyədən daşınır;
*Cənubi Kürdüstanda Türkiyənin 1500-dən çox şirkəti və yüz minlərlə türk fəhləsi işləyir;
*İraq Kürdüstanı bölgədə Türkiyəyə ən böyük gəliri təmin edir və Türkiyə-İraq iqtisadi münasibətlərində əsas bölgə subyektidir;
* Türkiyə investisiyaları sayəsində (Süleymaniyə və Ərbil şəhərlərində) iki müasir beynəlxalq aeroport inşa olunub.
Beləliklə, Türkiyə maraqlıdır ki, həm də ölkəyə ən iri neft tədarükçüsü olan İraq Kürdüstanı ilə sıx əlaqə saxlansın.
İran kürdlərinə nisbətdə informasiya son dərəcə azdır. Düşünmək olar ki, İranda səssizlikdir. Fərq yalnız bundadır ki, hökumətin rəsmi təmsilçiləri ilə ölkənin kürd əhalisi arasında hərbi toqquşma yoxdur, lakin sosial və siyasi gərginlik var. Kürd əhali siyasi hüquqlara malikdir, lakin ölkənin siyasi həyatına qatılmır. Məsələn, İranın kürd əhalisi İran siyasətində iştirak etməyə hüququ olsa da, 2013-cü il iyunun 14-də prezident seçkilərini tam boykot edib. İraq kürdlərinin vəziyyətindənsə burada durum bütünlükdə ümidvericidir.
İraqda Bağdadla İraq kürdləri arasında qarşılıqlı münasibətlər daimi olmayıb və vaxtaşırı hərbi toqquşmalarla müşayiət olunub. Bunlardan biri doqquz il çəkmiş və İraq Kürdüstanının muxtariyyətini elan etmiş 1971-ci il müqaviləsi ilə başa çatan 1961-ci il Kürd üsyanı kimi tarixə daxil olub. Lakin müqavilə gerçəkləşdirilməyib və Şimali İraq 1974-cü ildə yenidən müharibəyə qərq olub. 1991-ci ildə kürdlərin şiələrə qarşı növbəti üsyanı İraq qüvvələrinin ölkənin şimal hissəsindən sıxışdırılması ilə başa çatıb. Elə həmin il BMT-nin köməyi ilə müstəqil Kürdüstan yaradılıb. Səddam Hüseyn devrildikdən sonra İraq Kürdüstanı 2006-cı ildə müstəqillik elan edib.
Suriya kürdlərinin tarixçəsi xüsusidir. Suriyadakı durum 2012-ci ildə vətəndaş müharibəsinə keçəndən sonra kürdlər tezliklə İŞİD və Suriya rejimini devirməyə cəhd edən Suriya müxalifətinə qarşı hərbi münaqişəyə girişən Xalq özünü müdafiə dəstələri yaradıblar. İraq Kürdüstanının prezidenti Məsud Bərzani əvvəlcə Suriya Kürdüstanında fəaliyyətdə olan hökumətə qəti dəstək verdi və terrorçuları istənilən yerdə məhv etməyi vəd etdi. Xalq özünü müdafiə dəstələri faktiki olaraq Suriya prezidenti Əsədin tərəfində ümumi düşmənə qarşı çıxdı və separatizm ideyasına məruz qalmadı. Düzəliş Amerika xarici siyasəti tərəfindən edildi: Suriya kürdləri Dövlət Departamentinin dəstəyi ilə ayrıca dövlət yaratmağa girişdilər. Suriyanın ən böyük kürd partiyası “Demokratik birlik” bir sıra böyük bölgələri ələ keçirəndən sonra ölkənin şimali-şərqində Əl-Qamışlı şəhəri inzibati mərkəz olmaqla keçid hökuməti yaratmaq haqda planlarını bəyan etdi. 2014-cü ildə əsas qanun qəbul edildi və yeni muxtariyyətin prezidenti Əkrəm Xezo seçildi. ABŞ siyasətçiləri hərbi cəbhədə müxalif qüvvələr və terrorçu qruplaşmalardan savayı Suriya kürdlərinin simasında yeni problemi yaranmış Əsədə qarşı kürdlərdən bu cür istifadə etdilər.
Lakin Türkiyə avqustun sonunda Suriyada kürdlərə qarşı qoşun yeritdi və ABŞ müttəfiqlərini ataraq ona dəstək verdi. Bu, niyə baş verdi və bu cür dəyişikliklər nə ilə bağlıdır?
ABŞ Kürdüstanın üstündən niyə xətt çəkdi?
Baş verənlərin mənzərəsini anlamaq üçün hadisələrin xronologiyasını yada salmaq lazımdır: avqustun 24-də Türkiyə prezidenti Ərdoğan və ABŞ vitse-prezidenti Co Baydenin görüşü baş tutdu. Görüş bağlı qapılar arxasında oldu. Tərəflərin nədən danışdığı indiyədək məlum deyil, lakin Türkiyə məıhz həmin gün “təsadüfən üst-üstə düşməklə” Suriyanın şimalında kürd üsyançıları əzmək qəsdilə “Fərat qalxanı” hərbi əməliyyatına başladı. Qeyd etmək önəmlidir ki, Suriya prezidenti Əsəd və ABŞ prezidenti Obama tərəfdən coşqun reaksiya gəlmədi. Qaynaqlar qeyd edir ki, hətta Əsəd Rusiya XİN vasitəsilə türk ordusunun müdaxiləsi barədə xəbərdar edilmişdi.
Yaxın Şərq üzrə ən nüfuzlu mütəxəssislərdən biri Yevgeni Satanovski Türkiyənin hərəkətini bu cür səciyyələndirib:
“Türkiyəninn hərbi əməliyyatları birinci növbədə kürdlərə qarşı yönəlib. Vəzifə Əəzəz və Cerablus şəhərləri arasında kürdlərin ələ keçirmədiyi 98 km-lik zolağı qorumaqdır. Onlar, təxminən, 1 km irəli gediblər: aviasiya, tanklar, xüsusi təyinatlılar, artilleriya. Lakin bununla belə, orada əvvəllər avropalılarla razılaşdırmağa çalışdıqları, lakin amerikalıların əleyhinə olduğu bufer zonası təbii şəkildə yaranıb. Lakin türklər indi amerikalılarla gərgin münasibətlər nəzərə alınmaqla artıq heç nəyi razılaşdırmağa hazır deyillər. Belə ki, bütün bunlar Suriya Kürdüstanının yaradılmasına qarşı yönəlib ki, paradoksal şəkildə Dəməşqin maraqları ilə üst-üstə düşür və buna görə də Suriya rəhbərliyi necəsə, lakin olduqca ehtiyatla etiraz edir. Çünki vahid Kürdüstan bölgəsi Əsədyönlü, antiəsəd ərəblər və Əsədin özü üçün pisdir”.
Satanovskinin mövqeyi Ankaranın əsas xarici siyasət strategiyasına sığışır. Türkiyə Suriya Kürdüstanının yaranmasına bütün vasitələrlə mane olacaq.
Lakin Kerrinin sözləri və Baydenlə Ərdoğanın görüşündən iki gün sonra söylədiyi kürd müstəqilliyi haqda mövqeyinə qayıdaq.
Dövlət Departamenti başçısının mövqeyindəki kəskin dətyişiklik məhz həmin görüşlə bağlıdır. Ağ Ev hər halda kürdlərlə Ankara arasında seçim edib. Kürd məsələsinin həllinə hətta qüvvə təsiri yolu ilə Türkiyəyə yaşıl işıq yandırılıb. Bunu ABŞ-ın kürdlərə münasibəti baxımından satqınlıq adlandırmaq olarmı? Əxlaq baxımından – bəli, Amerika geopolitikası baxımından xeyr. ABŞ üçün ən önəmlisi Türkiyənin ərazi bütövlüyüdür: Ərdoğanla və yaxud onsuz. Başlıcası odur ki, Qərbyönlü olsun.
Ərdoğan müstəqil sima, lakin hər halda amerikalılar üçün razılaşma qabiliyyətlidir. Bu, o deməkdir ki, uğursuz dövlət çevrilişi cəhdindən sonra güzəştlər yolu ilə olsa da, onunla işləməkdən başqa çıxış yolu qalmır. Nəzəri olaraq Türkiyənin dağılmasına səbəb ola biləcək kürd məsələsini inkişaf etdirmək amerikalılar üçün əlverişli deyil, çünki bunun nəticəsində geopolitik təsir zonasını itirirlər. Bundan savayı, bu, mühacir böhranını ağırlaşadıra və AB ölkələrinn kəskin narazılığını doğura bilər.
Kürdlər indi Ankara ilə sülh bağlamaq haqda razılaşıblar. Ola bilsin, müvəqqəti olaraq Vaşinqtondan siyasi dəstəksiz qalmış Suriya kürdləri kürdlərinin durumun dəyişilməyinə qədər fasilə etməyi sərfəlidir. Bu, nə qədər abırsız səslənsə də, ABŞ-ın Suriya kürdlərinə münasibətdə satqınlığı amerikalılaırn mövqeyindən heç də satqınlıq deyil, vur-tut, işgüzar yanaşmadır. Lakin praktik olaraq əmin olmaq mümkündür ki, Vaşinqton tərəfdən Suriya kürdlərinə qeyri-rəsmi dəstək davam etdiriləcək. ABŞ-ın daimi müttəfiqləri yoxdur, daimi maraqları var.
Tərcümə Strateq.az-ındır.