XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2015 - 09:54

Rusiya və Türkiyədə yoxsulluq sürətlə artır – Səbəb demokratiyanın olmamasıdırmı? – Təhlil

Rusiya rublu və türk lirəsi son iki ildə öz dəyərini uyğun olaraq 83% və 55% itirib

Rusiyada artıq 15, Tükiyədə isə 14 ildir ki, birpartiyalı hakimiyyət sistemi var. Bu ölkələrdəki hökumətlər idarəçiliyin ilk illərində önəmli uğurlar qazandı, lakin son zamanlar ayaq altındakı dayağı itirməyə başlayıb. Birpartiyalı dövrdə Rusiyada adambaşına gəlir 2,4 min dollardan 14,8 min dollara, Türkiyədə isə 3,4 min dollardan 10,8 min dollara qalxdı. Lakin artım davam etmədi. Hər iki ölkədə yoxsulların sayı çoxalır. Rusiyada adambaşına düşən gəlir 12,7 min, Trükiyədə isə 10,2 min dollara düşüb.

Yoxsulluq içində yaşayan vətəndaşların sayı artır, iqtisadi artım tempi ləngiyir, inflyasiya yüksəlir. Rusiya iqtisadiyyatı 2015-ci ilin I rübündə 2,2% azalıb, həmçinin son yarım ildə Türkiyədə də geriləmə görünür. Rusiyada ilk altı ayda inflyasiya 16%, Türkiyədə illik 9,2 %-lik ərzaq inflyasiysı ilə 7,2% təşkil edib.

Əhalinin gerçək gəlirlərinin azalması

Yüksək inflyasiyanı milli valyuta kursunun kəskin şəkildə enməsi ilə izah etmək olar. Rusiya rublu və türk lirəsi son iki ildə öz dəyərini uyğun olaraq 83% və 55% itirib. Kursun bu cür enməsi inflyasiya kimi daxili qiymətlərdə ifadə olundu. Türkiyə Mərkəzi Bankının təmsilçisi yaxınlarda bu məsələyə toxundu və qeyd etdi ki, valyuta kursunun dəyişilməsi baza inflyasiyasının enməsinə mane oldu.

Əhalinin gəliri yüksək inflyasiya ucbatından azalıb. 23 milyon rusiyalı ayda 169 dollardan az maaş alır. Beləliklə, Rusiyada yoxsulların sayı 11-dən 16 %-ə qalxıb (Rusiyalı ekspertlər bu rəqəmi 3 dəfə artıq göstərirlər-red.).

3,1 milyon türk ailəsinin bu gün sosial yardım aldığını nəzər alsaq, demək olar ki, Türkiyədə 15 milyona yaxın adam yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu rəqəm isə göstərir ki, əhalisi 141 milyon nəfər olan Rusiyadansa Türkiyədə yoxsulluğun səviyyəsi daha yüksəkdir. Yəni Türkiyənin 78 milyon əhalisinin 19 %-i yoxsuldur.

Rusiya və Türkiyədə yoxsulluğun artmasının bir səbəbi investisiya iqliminin pisləşməsidir. Rusiya beynəlxalq normalara məhəl qoymadan Krımı işğal etdi. Türkiyənin də bir sıra daxili məsələlərlə bağlı qərarları beynəlxalq hüquqa zidd çıxdı. Nəticədə hər iki ölkə Avropa Birliyindən uzaqlaşdı. Qərb ölkələri Rusiyaya iqtisadi sanksiyalar qoydu. Türkiyədə isə xarici investisiyanın geri çəkilməsi ona görə başladı ki, risklər çoxaldı. Aşkarcasına olmasa da, bunu da hansısa mənada sanksiya saymaq olar.

Problemin adı çəkilməyincə onun həlli mümkünsüzdür

Qısası, Rusiya və Türkiyədə yoxsulluğun artmasının başlıca səbəbi bu ölkələrin demokratiyadan uzaqlaşmasıdır. Məlumdur ki, inkişaf demokratiyasız mümkün deyil. Əhalinin adambaşına gəliri artmayacaq. İqtisadi sahədə Nobel mükafatı Amartiya Senin qeyd etdiyi kimi, problemin adı çəkilməyincə onun həlli mümkünsüzdür. Antidemokratik rejimlərdə söz azadlığı olmadığından problemlər haqqında susurlar. Və ölkə yoxsullaşır. Güman etmirəm ki, Rusiya və Türkiyədə yoxsulluğun çoxalmasına oxşar şərtlərin doğurması haqda mübahisə etmək olar.

Süleyman Yaşar

“Taraf ” (Türkiyə), 25.07.2015