XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2015 - 08:20

Avropanın Rusiyanı saymaması nələrə səbəb oldu? – Təhlil

çoxları hesab edir ki, bu, sağlam düşüncəyə ziddir, lakin bu gün Avropada müharibənin baş qaldırması təhlükəsi soyuq müharibədən sonra həmişəkindən daha çoxdur. Bundan başqa, Avropanın iri dövlətlərinin liderləri Putinin Rusiyanın nüfuz dairəsini bərpa etməkdə siyasi hədəflərini çox da inkar etmir və Ukraynadakı müharibənin qitənin quzey-şərq cəbhəsində sürətlə iri münaqişəyə keçə biləcəyi haqda mübahisə etmirlər.

Putin NATO-nun qırmızı xəttinin hüdudlarından kənarda problemlər yaratmağa cəhd edərsə, Quzey Atlantka alyansının rəhbərliyi, Avropa paytaxtları və Vaşinqton tərəfdən nələrin baş verəcəyi haqda onun ünvanına sərt ifadələrə və dəfələrlə xəbərdarlığa baxmayaraq, Avropada ümumi döyüş hazırlığı və dərinləşən böhrana sürətli reaksiya qabiliyyəti qaneedici deyil.

Hərbi büdcənin uzun illərboyu azaldılmasından sonra avropalı müttəfiqlər bu gün elə bir duruma düşüblər ki, onların NATO-dakı birgə hərbi potensialı 25%-ə zorla çatır. ölkələrin əksəriyyəti isə milli ərazisindən kənarda döyüşməyə qabil deyil.

İnkarı mümkün deyil ki, Avropanın ümumi hərbi zəifliyi təkcə Krımın ilhaqı və Donbasda gərginliyin yayılması zamanı deyil, həm də əvvəllər – 2008-ci ildə Gürcüstana qarşı mühariənin gedişində Rusiyanın hərbi hesabında öz rolunu oynadı. Bu, Avropada baş verməsə də, təhlükəsizliyin normativ qaydasına qarşı Putinin ilk birbaşa hərbə-zorbası idi. Sadə şəkildə deyilsə, zəiflik təcavüzkarlığın güclənməsinə səbəb olur.

Putin Şərqi Avropada Rusiyanın imtiyazlı nüfuz dairəsinin bərpa edilməsi üzrə öz layihəsini son dərəcə uğurla yeridir. Bu, önəmli dərəcədə onunla izah olunur ki, Qərbin reaksiyası zəif və ziddiyyətlidir. Birləşmiş Ştatlar hissələrə parçalanan Yaxın Şərqin hadisələrinə cəlb olunub və çinlə yüksələn geopolitik rəqabətlə məşğuldur. Bu şəraitdə Ukraynada Rusiya təcavüzünə qarşı çıxmaq Avropanın, daha dəqiqi, ABŞ-ın öz dəstəyini təklif etdiyi Almaniyanın layihəsi olub. ABŞ yalnız bu yaxınlarda Polşa və Baltikyanı ölkələrə hərbi texnika atmağı təklif edib hərbi təlimlərdən əməli işlərə keçməyə başlayıb.

Rusiya təcavüzünü ittiham edən dəbdəbəli ritorika əsasən itqisadi sanksiyalar qismində yarım tədbirlərlə və hərbi cavaba aid çərək tədbirlərlə müşayiət olunur. NATO üzrə müttəfiqlərin quzey-şərq cəbhəsində “təminat” dedikləri kiçik hərbi təlimlərin keçirilməsində, Amerika qoşunlarının nümayişkaranə şəkildə geri – Almaniyaya gedişində, həmçinin ön hüdudlarda tank, texnika və 5000 hərbçi üçün təchizatın yeləşdirilməsi haqda bu yaxınlarda qəbul edilmiş qərarda ifadə olunur.

Qərb hələlk tərksilah olur

Berlin lap əvvəldən Ukrayna probleminin hərbi həlli olmadığını bildirdiyindən Kiyev strateji baxımdan iqtisadi və hərbi amillərin yekunu kimi dövlətin iflasını və ölkənin sonrakı parçalanmalarını doğuracağı yiyəsiz ərazidə göründü. Lakin Ukrayna öz ordusunu təchiz etmək üçün əhəmiyyətli təchizat almasa, Rusiya gələcək addımlarını – istər Ukraynaya yeni hücum, istərsə də Baltikyanında millətlərarası ziddiyyətlərin qızışdırılması üçün tələsmədən ölçüb-biçə bilər. Eyni zamanda yarı dondulumuş münaqişələri saxlamaq və yaxud gücləndirməyi öz mülahizəsi əsasında həll edəcək. İkincisi baş versə, NATO ərazilərinə bu cür sürünmələr alyans üçün möhkəmlik və etibarlılıq sınağı olacaq. Həm də bu, müttəfiqlərin birlik və həmrəyliyinin şübhə doğurduğu bir vaxtda baş verəcək.

Avropada müharibə təhlükəsi qitənin həm qoşun və texnika sayının azalması, həm də ictimaiyyətin gözləri qarşısnda dərinləşən silahsızlaşdırılması ilə paralel şəkildə güclənir. Avropada hərbi xəclər orta hesabla 1,5 % azalıb və azalmaqda davam edir. NATO-nun hərbi potensialına Avropanın payı bu gün 25-%-dən azdır və azalmaqda davam edir. Avropanın bəzi ölkələri – iriləri də daxil olmaqla – öz zirehli tank qüvvələrini əsaslı şəkildə azaldıb və hazırda bir neçə min nəfərədn artıq qüvvə çıxartmağa qabil deyil. Söhbət müasir texnika və silahlardan, həmçinin arxa cəbhədə nəqliyyat təminatından düşəndə durum daha ağır görünür. Birləşmiş Ştatlar bu gün NATO-nun bütün müdafiə xəclərinin 70%-i ödəyir.

Son on ildə Avropanın silahsızlaşdırılması prosesi Rusiyanın hərbi qüvvələrinin iddialı şəkildə və on ilə nəzərdə tutulan 700 milyard dollar məbləğində modernləşdirilməsi ilə üst-üstə düşdü. Bu proqram çərçivəsində tankların, təyyarələrin və yeni nəsil raketlərin silahlanmaya qəbul edilməsi, həmçinin nüvə qüvvələrinin modernləşdirilməsi planlaşdırılır. Rusiyanın hərbi xərcləri ABŞ-ınkı ilə müqayisə oluna bilməsə də, bu nisbət Skandinaviya, Baltyikyanı və Mərkəzi Avropada qüvvələrin bölgəsəl balansındakı dəyişimləri sərgiləyir.

Rusiya həm də proqramlarının gerçəkləşdirilmə mərhələsində olduğuna görə aşkar üstünlüyə malikdir. Hansı ki, skandinavlar, baltlar və polandlar hava qüvvələri və raketə qarşı müdafiə sahəsindəki boşluqları tələsik doldurmğa cəhd edir və eyni zamanda Birləşmiş Ştatlardan təhlükəsizlik zəmanəti və Rusiyaya qarşı hansısa önləyici hərəkət gözləməklə ona tərəf boylanırlar.

Polşalıların və baltikyanlıların tərifəlayiq cəhdlərinə baxmayaraq (Polşa və Estoniya ABŞ-la birlikdə NATO-nun son sammitinin üDM-un iki faizini müdafiə ehtyaclarına ayrılması haqda tələblərini yerinə yetirən beş ölkə sırasına daxildir), onların səyləri bütün Avropa və NATO üzrə hərbi xərclərin azaldılmasının ümumi tendensiyasını əvəzləyə bilmir.

NATO baş katibi Yens Stoltenberqin dəyərləndirməsinə görə, bu il hərbi xərclər yenidən azalacaq – 2014-cü ilin göstəricisi ilə müqayisədə 942 milyard dollardan 892 milyarda qədər.

Hərbi təhlükənin yayılmasında ən böyük təhdid Rusiya ilə irimiqyaslı münaqişə halında əvvəlki kimi müdafiəsiz olan Baltikyanı ölkələrdə qeydə alınır. Onların hibrid müharibə ssenarisinin öhdəsindən gəlməyi çətin olacaq. Putin bu çərçivədə NATO-nun birliyini və layiqli cavab vermək qabiliyyətini sınağa çəkib rusdilli əhalini yerli hökumətə qarşı kökləyə bilər.

Moskvanın Ukraynada separatçılara verdiyi və yeni hücuma çevrilə biləcək dəstək, həmçinin NATO-nun ünvanına davakar ritorika, müttəfiq ölkələrin səmasına soxulma və bombardmançı təyyarələrin keçən ilki sınaq uçuşları həndəsi silsilə üzrə artır. Rusiya bununla yanşı Kalininqrad və Qərb hərbi dairələrində əlavə nüvə vasitələri düzmək təhdidi ilə açıq nüvə şantajına keçir.

Gözlənilməzin gözləntisində

İndiki anda artıq aydın olmalıydı ki, iqtisadi sanksiyalara və NATO-nun qarşı çıxmasına baxmayaraq, Vladimir Putin basqını tamamilə gücləndirmək əzmindədir, çünki blok üzvlərinin xüsusən də Qərbi Avropa ölkələrinin Baltikyanında və Mərkəzi Avropadakı yeni müttəfiqləri
nə kömək məsələsində pərakəndəliyini hiss edir. Bir il əvvəlkindənsə bu gün Avropada müharibə təhlükəsi daha yüksəkdir, çünki müttəfiqlər Uels sammitindən sonra vaxt ehtiyatından istifadə etmədi və NATO-nun Rusiya cinahını gücləndirmək niyyəti haqda birmənalı işarə vermədi. Putin indiyədək əmindir iki, eskalasiya və deeskalasiya yönündə öz oyununu istədiyi kimi apara bilər.

Son nəticədə Putinin əsas məsədlərinin hansı olduğunu söyləmək olduqca çətindir. Buna görə də onun Ukraynadakı işğalla kifayətlənib-kifayətlənmədiyi və yaxud daha irəli hərəkət edib-etməyəcəyi haqda müzakirə aparmaq mürəkkəb işdr.

Avropanın bu cür ekstremal ssenariyə əl yelləyən siyasi rəhbərləri və analitik cəmiyyəti xatırlamalıdır ki, bir il əvvəl Rusiyanın Krımı işğal edəcəyinə və Ukraynada müharibənin başlanacağına nə qədər az adam inanırdı. Məsələ bu günki Putin Rusiyasına gəlib çıxarkən gözlənilməzi, daha doğrusu, başlanmışın davamını gözləmək lazımdır.

Əndryü Mixta

“Politico” (ABŞ), 28.0./2015