XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

28 İyul 2015 - 13:18

ABŞ Ukraynanı İran və Suriyaya dəyişdi – Təhlil

Məlum olduğu kimi, xarici siyasətdə dostlar yoxdur, lakin konkret maraqlar var – xüsusən də məsələ ABŞ kimi fövqəldövlətlərə gedib çıxanda.

Rusiya prezidentinin keçmiş müşaviri Andrey İllarionov razılaşmaya bilməyəcəyim bir tezis irəli sürür: ABŞ İran və Suriya məsələsində Moskvanın dəstəyini əldə etməkdən ötrü Ukraynanı Moskvaya verməyə hazırdır.

Ukrayna prezidenti Pyotr Poroşenko nə zamansa hakimiyyətin mərkəzsizləşdirilməsini, lakin Donetsk və Luqansk “xalq respublikaları”na “özəl status”u nəzərdə tutmayan yeni Konstitusiya təklifi ilə çıxış edirdi.

Bu arada elə həmin sənəd dərc edildi, lakin rusiyayönlü separatçıların nəzarət etdiyi ərazilərə özəl status verilməsi şərtilə. Bu dəyişiklik Barak Obamanın xarici siyasətində nüfuzlu fiqur, xanım Viktoriya Nulandın simasında ABŞ-ın basqısı altında edildi. O və AB təmsilçiləri iyulun 16-da Ukrayna parlamentinin toplantısına qatıldılar, lakin deputatların əksəriyyəti Poroşenkonun bu təklifini dəstəkləmədi və təklif edilən dəyişiklikləri Konstitusiya məhkəməsinə göndərməyi qərara aldılar. Əgər rusiyayönlü bölgələrə “özəl status” verilsə, Kiyev hökumətinin daxili və xarici siyasətinin həlledici rıçaqları Kremlin əlində görünəcək. Sonuncu Moskvaya xoş getməyən addımlar atarsa, separatçıları neytrallaşdırmaqdan ötrü hazır olacaqlar. Əslində, bu, Ukraynanın sonu və dağılmağı demək olacaq.

Rusiya da öz növbəsində İranın nüvə dosyesi üzrə ciddi güzəştlərə gedib. Venada imzalanmış saziş qüvvəyə minsə, Rusiya az şey udacaq. Daha çox əksinə, beynəlxalq sanksiyalar götürüləndə İran nefti beynəlxalq bazara çıxacaq və yanacaq qiymətlərinin düşməsinə səbəb olacaq (onsuz da sanksiyalarsız da baş verir). Bu isə getdikcə hərc-mərcliyə daha çox qərq olan Rusiya iqtisadiyyatına fövqəladə ziyan vuracaq.

Bundan başqa, İranın altı ay müddətində sanksiyaların götürülməsi və ölkəyə silah tədarükü tələbi də yerinə yetirilməyib. Kreml Tehrana silah satmaqdan ötrü bir neçə il gözləməli olacaq.

Suriyaya gəlincə, Moskva, deyəsən, prezident Əsədin rejimini taleyin ixtiyarına buraxmağa və yaxud Yaxın Şərqin bu ölkəsinə gələcəkdə cüzi rol ayırmağa hazırdır.

ümid edəcəyik ki, Malayziyanın Boinq-777-sinin qəzasının müəlliflyi problemi bu “sazişlər zərfi”nə daxil edilməyib və onun açılması növbəti dəfə təxirə salınmayacaq. Birləşmiş Ştatların sərəncamında faciənin müəllifləri haqda dəqiq məlumatlar ola bilər və bundan öz maraqları naminə istifadə edə bilər. Və yaxud əksinə.

Bu arada Avropa Birliyi öz daxili problemlərini həll etməkdə tam qabiliyyətsizlik sərgiləyib “yunan problemi”nə qərq olmaqdadır. Hər şeyə baxanda, Birləşmiş Ştatların tam şəkildə müdaxiləsi olmasa, Yunanıstan problemi həllini tapmayacaq. Bu isə AB üçün növbəti xəcalət olacaq.

Juze Milyazeş

“Observador” (Portuqaliya), 28.07.2015