XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2015 - 13:43

Antirusiya sanksiyaları Avropaya necə təsir edir? – Təhlil

Bütün Avropa üzrə iki milyondan çox iş yerinə təhdid yaranıb

Embarqo – hər iki tərəfə zərbə endirən silahdır. Qadağa təkcə sanksiyaların yönəldildiyi dövlətin iqtisadiyyatına yox, həm də öz iqtisadiyyatımıza aiddir. çünki ölkəmizin şirkətləri sanksiya basqısına məruz qalmış ölkəyə az mal ixrac edir. AB və ABŞ-ın antirusiya sanksiyalarına münasibətdə durum da bu cür görünür.

Almaniyadan gələn məlumatlar göstərir ki, almanların Rusiyaya ixracatı ötən illə müqayisədə bu ilin yanvarından mayına qədər 34% azalıb. Rusiya ən önəmli idxalçılar sıyahısında 11-ci yerdən 13-cü yerə düşüb. Almaniya iqtisadiyyatının şərq komitəsinin proqnozlarına görə, 2015-cin ildə Rusiyaya ixrac on milyard avro azalacaq. Başqa ölkələrdə də durum oxşardır. Fransa və yaxud İspaniyada bu il Rusiyaya ixracat, təxminən, üçdəbir qədər azalıb.

İsveçrə – tənəzzül dayandırılıb

Almaniyaya baxanda İsveçrə nisbətən az dərəcədə ziyan çəkib, çünki Rusiya onun üçün Almaniya qədər önəmli ticarət tərəfdaşı deyil. O, idxalçılar arasında 16-cı yerdə qərarlaşıb. İsveçrə ixracatının yalnız 1,6%-i Rusiyaya gedir. İlin birinci rübündə Rusiyya ixracat 33 % – ötən ilin eyni dövrü ilə müqayisədə 438 milyon franka qədər azaldı. İkinci rübdə durum xeyli yaxşılaşdı. ötən illə müqayisədə əksilmə 12,3 % təşkil etdi.

ABŞ və AB-nin sanksiyaları bu əksilməni ancaq qismən izah edir. ölkədəki pis konyunktura, rublun enməsi və neftin aşağı qiymətləri də mənfi təsir göstərir.

Avropanın aparıcı LENA qəzet assosiasiyasının sifarişi ilə Avstriyanın WIFO iqtisadi araşdırmalar institutunun hazırladığı məruzəyə əsasən, iqtisadi geriləmə və sanksiya effekti bir-birindən ayrılmazdır. Məruzə müəlliflərinin tədim etdiyi ən pis ssenariyə əsasən, böhran bütün Avropa üzrə iki milyondan çox iş yerinə təhdid yaradır. İtkilər yüz milyardlarla avroya qədər ola bilər. Lakin bu ssenari nəzərdə tutmur ki, enmiş tələbatı tarazlaşıdrmaq üçün şirkətlərin vaxt keçdikcə öz mallarına yeni alıcılar tapmağı asan olacaq.

Peter Şpuler Moskvada 380 milyon avroluq sifariş uğrunda mübarizə aparır

İsveçrədə hazırda, ola bilsin ki, ən məşhur uğursuz insan – iş adamı, dəmiryolçu Peter Şpulerdir. О, Rusiyanın 389 milyon avroluq həcmində sifarişi uğrunda mübarizə aparmağa məcburdur. “Aeroekspress” dəmiryol əməliyyatçısı ödənişin təxirə salınması və yaxud sifarişi azaltmağı planlaşdırır – İsveçrənin “Stadler” qatarları rublun dəyərsizləşməsi ucbatından qəflətən 30% bahalaşıb. Danışıqlar artıq bir neçə aydır ki, davam edir, lakin hələlik uğursuz şəkildə.

Qalib də var

İsveçrə embarqoya qoşulmayıb. Bundestaq yalnız sanksiyalardan yayınmağa qarşı tədbirlər gördü. Buna görə də Rusiyanın məhdudlaşdırıcı cavab tədbirləri İsveçrə şirkətlərinə toxunmur. İtaliyanın pendir istehsalçıları və yaxud ispan fermerlərindən fərqli olaraq İsveçrə məhsulları Rusiyaya tədarük oluna bilər. Buna görə də İsveçrədə sanksiyalardan uduş götürən bir sıra şirkətlər var. Məsələn, Şərqi İsveçrənin Züger Frischkäse böyük pendirtutma zavodu ilin axırına qədər Rusiyaya 600 ton motsarella tədarük etməyi planlaşdırır. Lakin belə şirkətlər tək-tükdür. İsveçrə ərzaq istehsalçılarının böyük bir qismi üçün Rusiyada uğurlar imkanı sanki buxarlanıb. Yazda xeyli artmış ət ixracatı iyunda yenə də kəskin şəkildə azaldı.

İsveçrə tərəvəz istehsalçıları Assosiasiyasında qeyd edildiyi kimi, 2014-cü ilin payızında Rusiyaya sınaq partiyaları göndərildi. Lakin İsveçrə tədarükçüləri güclü franka görə qiymət rəqabətinə tab gətirə bilmədilər. Assosiasiyanın başçısı Mark Vermelinger deyir: “İxracatçıların çoxu üçün nəticə belə oldu – təkcə bəyannamə xərcləri və heç bir uduş”.

Mario Ştoyble

“Basler Zeitung” (İsveçrə), 29.07.2015