XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2016 - 08:38

Məşhur fransız politoloqu:"Fransanın dünya siyasəti 5 istiqamət üzrə köklənməlidir" - Təhlil

olland

Fransa prezidenti Fransua Olland

©RİA Novosti, Sergey Quneyev

 

Reno Jirar

"Le Figaro" (Fransa), 15.09.2016

 

“İyirmiliyin” Xançjouda bu yaxınlardakı sammitində Fransanın səsinin nə qədər əhəmiyyətsiz olduğunu müşahidə etmək, sadəcə, sarsıdıcı idi. Bu, ona görə qan qaraldır ki, bu cür məclisləri Fransa liderləri düşünüb tapıb: Jiskar d’Esten 1975-ci ildə “yeddiliyi”, Sarkozi isə 2008-ci ildə “iyirmiliyi”.

Tamamilə başa düşmək olar ki, son 35 ildə dövlət resurslarına yanaşma açıq şəkildə uğursuz olduğundan dünyada daha heç kim iqtisadi məsələlər üzrə Fransa liderlərinə qulaq asmır. Lakin ümid var idi ki, hər halda klassik diplomatik mövzular üzrə Parisin səsinə diqqət yetirəcəklər. Lakin bu da məhv oldu – nə zamansa beynəlxalq mandata sahib olduğu Suriyada böhranının nizamlanmasında Fransanın iştirak etməməyi bundan xəbər verir. Fransa siyasətinə diqqət yetirilməyini istəyiriksə, təsirli, gerçəkçi və effektli olmalı, orta və uzunmüddətli perspektivdə maraqlarımızın müdafiəsinə yönəlməli, dünyaya əxlaqi baxımdan deyil, gerçəklik və qüvvələr nisbəti baxımından nəzər salmalıdır. Onun özülündə beş başlıca ox durmalıdır:

 1. Etiraf edirik ki, əsas düşmənimiz sünni cihadçılığıdır (ərazimizdə övladlarımızı qətlə yetirir) və ona qalib gəlmək üçün əlimizdən gələni edirik. İŞİD-ə qarşı Qərb koalisiyasını Rusiyanın koalisiyası ilə birləşdirir, müsəlman ölkələrinin xüsusi xidmətləri ilə əlaqələrimizi genişləndirir, terrorçu qruplaşmaların maliyyə oksigenini bağlayır, istər Liviyanın “Müsəlman qardaşları”, istər Suriyanın kriptokommunist kürdləri, istər İran ayətullaları və yaxud istərsə də Suriyanın avtoritar rejimi olsun, ümumi düşmənə qarşı vuruşan hər kəslə işləməyə başlayırıq.

2. Şiə İranı ilə sünni Səudiyyə Ərəbistanının barışması üçün vasitəçi oluruq. Müsəlman dünyasının parçalanması bizim marağımızda deyil, çünki müharibə müharibə törədir və Avropada əlavə itki üçün perspektivlər yaradır. Fransa Fars körfəzinin neft monarxiyaları ilə çox gözəl münasibətlərlə öyünə bilər və İranın sayğısına malikdir. Fars körfəzində gərginliyin tarixi boşalması üçün Fransanın öz vəziyyətindən yararlanmağı lazımdır.

3. Rusiyanı Avropa ailəsinə qaytarırıq. Rusiya mədəni və tarixi planda Avropa ölkəsidir. O, Çinin yüksəlişi fonunda bizə qarşı deyil, bizimlə olmalıdır. Rusiyaya qarşı sanksiyalar bizim istehsalçılara zərbə vurur, lakin Moskvanın mövqeyində əks olunmur. Rusiya diplomatik planda dünya problemlərinin həll edilməsi üçün açar tərəfdaşdır. Onda, gəlin, Rusiyadan sanksiyaları götürək və Putinə sövdələşmə təklif edək. Zəmanət verək ki, Ukrayna heç vaxt NATO-ya daxil olmayacaq və rus dili Dneprdən şərqdəki bölgələrdə həmişə ikinci rəsmi dil olacaq.   Gələcək Rusiya-Ukrayna sazişinə qədər Krımın statusunun həllini təxirə salaq. Həm də bunun əvəzində separatçılara dəstəkdən imtina, həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət tələb edək.

4. "Brexit"dən sonra Avropa Birliyi vətəndaşlarının maraqlarının müdafəsi üçün Fransa və Almaniyanın lider duetini formalaşdırırıq. Amerikanın maliyyə-hüquq diktaturasından xilas oluruq. O, BNP-ni onun embarqosu altına düşmüş ölkələrlə əməkdaşlığa görə 9 milyard dollar cəriməyə məhkum edərkən Brüssel AB-yə üzv ölkələrin hesablarının saxtalaşdırdığına görə "Goldman Sachs"-ı üçqat artıq cərimə etməklə cavab verməliydi. ABŞ-a göstəririk ki, biz onun vassalları deyil, müttəfiqləriyik. İngilis dostlarımızı cəzalandırmağa uşaq səylərindən imtina edirik. İmtiyazlı müdafiə əlaqələrimizi saxlayırıq. AB-nin bütün ərazisində yekcins vergi qaydalarına müvəffəq olur və ingilislərdən fiskal dempinqdən imtina tələb edirik. Avropa proteksionsit tədbirləri ilə maraqlarımızı Çinin ticarət dempinqindən müdafiə edirik. Avropa dünyanın öz bazarını hamıya açan yeganə bölgəsi ola bilməz.

5. Nəhayət, layiqli Afrika siyasəti biçimləyirik. "Qara qitə" misilsiz demoqrafik basqı altına düşüb. Vəhşi mühacirətin faciələrindən yayınmaq naminə Afrika dövlətləri ilə tərəfsdaşlıq münasibətləri formalaşdırırıq. Sərhəd nəzarəti və ailə planlamasının təminatı üzrə məsuiliyyət onların üzərinə düşməlidir. Əvəzində Fransa kənd təsərrüfatında iş yerlərinin yaradılması və təbii sərvətlərin emalı üzrə onların layihələrini maliyyələşdirir, Parisdə uğurla keçən iqlim üzrə konfransın davamı kimi meşələrin yoxa çıxması və dənizlərin çirklənməsi ilə mübarizədə onlara yardım edir.

Lakin bu cür xarici siyasət yalnız o halda uğurlu ola bilər ki, ölkəmiz daxili planda nümunə olsun. Axı öz işlərini qaydaya salmaq iqtidarında deyilsənsə, dünyada görkəmli rola iddia etmək çətindir.

 

Tərcümə Strateq.az-ındır.