XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 09:43

Ziddiyyətlərdə çırpınan AB vahid ordu yarada biləcəkmi? –Təhlil

ab

İvan Preobrajenski

Rosbalt.ru, 15.09.2016

 

Avropa liderlərinin cümə günü açılan Slovakiya sammitində hətta nəyi müzakirə edəcəkləri barədə ümumi rəy də yoxdur. Məsələn,  həmvətənləri referendumda AB-dən çıxmağa (Brexit) səs verdiyi üçün  Bratislavaya getməyən Britaniya baş naziri Mereza Mey,  Dauninq-stritin rəsmi təmsilçisinin sözlərinə görə, Almaniya kansleri Angela Merkeldən təminat alıb ki, Slovakiya sammitində qitə Avropası ilə Birləşmiş krallığın münasibətləri müzakirə edilməyəcək. Britaniya təmsilçisi deyib: “Kansler dedi ki, görüş Britaniya ilə AB-nin gələcək münasibətlərinin deyil, AB-nin gələcəyinin qeyri-formal müzakirəsi olacaq”.

Eyni zamandaca Avropa Komissiyasının təmsilçiləri görüş ərəfəsində jurnalistləri qeyri-rəsmi inandırıblar ki, Bratislavada Brexit-dən hökmən söhbət gedəcək, özü də Avropa Birliyi liderləri, ən azı, mart sammitinədək fəaliyyət proqramı, o cümlədən Böyük Britaniyaya münasibətdə də proqram hazırlamaq niyyətindədirlər.

AB Şurasının sədri, Polşanın keçmiş baş naziri Donald Tuskun səylərinə baxmayaraq, Polşa öz növbəsində NATO-nun maraqlarına lobbilik etmək, Brüsselin mühacirət siyasətinə görə qalmaqal salmaq və Bratislavada Şərqi və Mərkəzi Avropa ölkələrinin Qərb tərəfdaşlarına qarşı vahid cəbhəsini yaratmaq niyyətindədir.

Bu arada Lüksemburqun xarici işlər naziri Jan Asselborn hələ əvvəllər AB-nin gələcəyinin mühüm məsələləri üzrə yeni üzvlərin qəbulu, yaxud köhnələrin çıxdaş edilməsi kimi konsensus qərarlardan imtina etməyə çağırıb. O, eyni zamanda oktyabrın 2-də AB-nin mühacirət siyasətini bəyənmək (daha dəqiqi, macar cəmiyyətindəki əhvali-ruhiyyə nəzərə alınmaqla, bəyənməmək) haqda referendum keçirəcək Macarıstanı AB-dən qovmağı təklif edib.

Lakin, şübhəsiz, Bratrislavada qeyri-formal toplantıya hazırlıq çərçivəsində ən səs-küylü bəyanatı Avropa Komissiyasının rəhbəri, Lüksemburqun keçmiş baş naziri Jan-Klod Yunker verib. O, Avropa deputatlarına məlumat verib ki, NATO-ya maliyyə ödəmək əvəzinə, nəhayət, AB ordusunun yaradılması üzrə köhnə layihəni yada salmaq niyyətindədir. Həm də olduqca effektli lobbiçi kimi məşhur olan Yunkerin əsas ideyası hətta vahid Avropa ordusu da deyil, Avropa Birliyinin ümumi hərbi büdcəsinin qəbul edilməyidir. Onun sözlərinə görə, AB ölkələri arasında müdafiə sahəsində yetərsiz əməkdaşlıq səviyyəsi “Avropaya 20 milyondan 100 milyonadək məbləğə başa gəlir”.

Madam Lissabon müqaviləsi AB üzvlərinin istəyi ilə “müdafiə imkanlarını daimi struktur formada birləşdirməyə imkan verirsə”, deməli, bu hüquqdan istifadənin vaxtı çatıb.

Yeri gəlmişkən, Bolqarıstan məhz bunu etməyə səy göstərir. Onun baş naziri Boyko Borisov Bratislava sammiti ərəfəsində AB üzrə həmkarlarından ölkəsinə müdafiə və sərhədin qorunması üçün kömək – həm də təcili – tələb edərək  ultimatumla çıxış edib. Yunkerin vəd etdiyi 200 sərhədçi və 50 avtomiobil onu qane etmir. O, 160 milyon avro, həm də sammitin qeyri-rəsmi xarakterinə baxmayaraq Bratislavada  ayrılmasını istəyir. Asselbornun sözlərinə görə hökuməti qaçqınlara atəş açmaq üzrə olan Macarıstanın dəstəyini Borisov artıq əldə edib. Mətbuatın “AB-nin ilk diktatoru” adlandırdığı Macarıstan baş naziri Viktor Orban sammit ərəfəsində Bolqarıstanda olarkən sərhəd qurğularını nəzərdən keçirərək xüsusi bildirib ki, madam Brüssel mühacir böhranını aradan qaldırmaq üçün Ankaraya üç milyard avro ayırmağa hazırdır, onda bu məbləğin “qırınıtıları” Sofiya üçün də tapılmalıdır. Orban vəd edib: “Borisov Bratislavada bizə güvənə bilər”.

Və qeyd etmək lazımdır ki, bu, yalnız Slovakiya sammitində hökmən müzakirə ediləcək ziddiyyətlərin əsas təsviridir. Bunun həllinə bir neçə gündən çox vaxt tələb olunur. Ona görə də Bratislava sammitindən inqilabi qərarlar gözləmək lazım gəlmir. Əgər Avropa Birliyi ölkələrinin liderləri, heç olmasa, bir-birinin qayğılarını anlamağa və bölüşməyə başlasa, artıq böyük nailiyyət olacaq. Ən yaxın yarım ildə hansı probleməri və hansı ardıcıllıqla həll etməyin lazım gəldiyi haqda ümumi və mübahisəsiz razılaşmanı isə qələbə saymaq olar.

Görüşün, sadəcə, çox böyük qalmaqal və postsosialist dövlətlərin həm Brüsselə, hm də Berlinə qarşı durası cəbhəsinin yaradılması şansı isə olduqca böyük olaraq qalır.

 

Tərcümə Strateq.az-ındır.