Ər-Riad zəifləyir, Vaşinqton zəifləyir, Tehran güclənir
Şərqi Yerusəlimdən gənc ərəb Muhəmməd Musələmin “Mosadın casusu”na verdiyi işgəncənin videoyazısı günümüzdə Yaxın Şərqdə İŞİD barədə yayılmış eybəcər hadisəni yadımıza saldı. Fransız dilində danışan (ki Avropa ölkələrində potensial terakt təhlükəsindən xəbər verir) bu terror qruplaşmasının təmsilçisi audiotoriyaya İŞİD-in ismarıcını çatdırmağa cəhd edir: “Yəhudilər, Allah bizə imkan verdi ki, sizin adamları Fransa torpağında da öldürək” və əlavə edir ki, İŞİD “Beytul-Müqəddəsi, yəni Yerusəlimi azad edəcək”.
Lakin İŞİD-in öz prioritetlər düzümü var. Birinci yerdə ərəb ölkələrinin işğalı və şiələr üzərində qələbə durur, sonra isə yəhudilərlə savaşın sırası çatacaq. Tarixdə tez-tez baş verdiyi kimi, biz arzu olunan hədəfə çevrilmişik.
Durumun tragikomikliyi bunadan ibarətdir ki, İŞİD-in darmadağın edilməsi İrana tapşırılıb. ABŞ-ın formalaşdırdığı 62 dövlətin koalisiyasına bütün sayğıma rəğmən, görünür, Ağ Ev İrana güvənir və İraqda, Suriyada İŞİD-in təmizlənməsi kimi çirkli işi İrandan gözləyir. Qərb ölkələrinin təyyarələri bombardman edəcək, yerdə isə qələbəni iranlılar çalmalıdır. İslam İnqilabı Keşikçiləri Korpusunun generalı İŞİD-ə qalib gəlməlidir. Sayıqlamaya oxşayır.
ABŞ silahlı qüvvələri qərargah rəisləri birləşmiş Komitəsinin sədri general Martin Dempsi ötən həftə İranın baş verənlərə qarışmasını alqışladı, lakin xəbərdarlıq etdi ki, İran şiələrlə sünnilər arasında ziddiyyəti kəskinləşdirməməlidir. Nə qədər qəribə olsa da, Dempsinin bəyanatı İraq sünnilərini sakitləşdirmədi. Onlar İŞİD-i İran rejimindən üstün tuturlar. Bunu Obamaya deyin.
Bu arada iranlılar sevinclə əllərini bir-birinə sürtürlər. İran prezidenti Həsən Ruhaninin yüksəkrütbəli müşaviri Əli Yunasi bildirib ki, ölkəsi əsil imperiya olduğu dönəmlərə qayıdır. İSNA agentliyi onun iranlı tələbələr dediyi “İranla İraq coğrafi və mədəni cəhətdən ayrılmazdır” sözləri sitat gətirib. O, qeyd edib ki, “Bağdad bizim paytaxtımız, mədəniyyətimizin və bənzərliyimizin mərkəzidır. Və həm indi, həm də keçmişdə”.
Kimsə hələ inanır ki, iranlılar İraqdan könüllü şəkildə çıxıb gedəcəklər?
İran milli təhlükəsizlik Şurasının katibi Əli Şəmxani İranın Aralıq dənizi və Bab-əl-Məndab boğazında olmasıyla fəxr edir. Bu, Tehranın İran parlamentindəki təmsilçisi Əliraz Zəkaninin “İran dörd ərəb ölkəsinin paytaxtına – Dəməşq, Beyrut, Bağdad və Sənaya nəzarət edir” deyərkən Yəmən paytaxtı Sənanın tənəzzülü haqda öncədən etdiyi xəbərdarlığa da uyğun gəlir. Bəli, tam xoşbəxtlik üçün onların ancaq nüvə bombası çatışmır.
Barak Obama administrasiyasının qurmaq istədiyi həmin Yaxın Şərqi Yəmən bizə əyani şəkildə sərgiləyir: güclü İran və zəif Səudiyyə Ərəbistanı. Ər-R
iad zəifləyir, Vaşinqton zəifləyir, Tehran güclənir. Yaxın Şərqdə qalib öz iradəsini diqtə edir, uduzan isə güzəştə gedir. İranlılar bunu başa düşüblər. ümidvaram ki, israillilər də.
Боаз Бисмут (ביסמוט בועז)
Qaynaq: İnosmi.ru (17.03.2015)