EAdaily.com, 24.09.2016
Türkiyə hökuməti keçən həftə ABŞ-ın Pensilvaniya ştatında yaşayan vaiz Fətulla Gülənin Türkiyə hökumətinə təhvil verilməyi üçün zəruri sənədləri göndərib. Türkiyə hökuməti onu 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində ittiham edir. Türklərin verdiyi məlumatlar ABŞ ədliyyə nazirliyini qane etsə, federal məhkəmə Türkiyənin tələbinin təmin edilməsi haqda qərar qəbul edəcək. İstənilən halda – ədliyyə nazirliyi türklərin tələbini əsassız saysa və yaxud uzun-uzadı məhkəmə araşdırmasına başlasa, ABŞ-Türkiyə münasibətləri pisləşəcək. Çünki Ərdoğan Gülənin dərhal və sözsüz təhvil verilməyini tələb edir və amerikalıların əndişələnməyə ciddi əsası var ki, Türkiyənin səbirsiz və emosional prezidenti Ərdoğan işi poza bilər. Ərdoğan artıq bildirib ki, Birləşmiş Ştatlar “terrorçu”nu gizlətməməlidir. Bundan başqa, Türkiyə tələb edib ki, Gülənin ekstradisiyası məsələsinə baxılan zaman o həbs edilsin. Amerikalılar yenə də bunu edə bilməzlər. Türkiyə rəsmilərinin Gülənə görə ABŞ-a qarşı iddiaları ölkədəki antiamerika əhvalını və KİV-də, ictimai rəydə dövriyyədə olan çevriliş, xaricdən dəstəklənən sui-qəsd kimi cəhdin şərhini məst edir. Türkiyədə Birləşmiş Ştatların, ən azı, dövlət çevrilişinin hazırlandığını bildiyi, lakin Türkiyə hökumətini bundan xəbərdar etmədiyi haqda təsəvvür geniş yayılıb. Türkiyənin bəzi məmurları Gülənin ABŞ-dan ekstradisiyasını yaxşı ABŞ-Türkiyə münasibətləri üçün çox çətin məqam kimi təqdim etməyə səy göstərirlər. Bu arada Ərdoğan öz yaxın çevrəsində gizli şəkildə danışıb ki, onun fikrincə, Qərb dövlətləri onu hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərir və bu fakt Qərb KİV-lərinə məlum olub. Beləliklə, Türkiyənin ABŞ və AB ilə siyasi əlaqələrinin zəifləməy üçün ancaq bəhanə ola bilər.
Türkiyədə ABŞ və AB-nin çevrilişdən sonra Türkiyədə baş verən hadisələrə reaksiyasından narazı idilər. Məsələn, AB-nın Türkiyəyə ünvanlanan məcburi təhsil proqramı dayandırılıb. ABŞ Dövlət Departamenti də təhlükəsizlik təsəvvürləri üzündən növbəti təhsil ilinə türk tələbləri üçün bir sıra mübadilə proqramlarını dayandırıb. Qərb rəsmiləri öz aaçıqlamalarında Türkiyə silahlı qüvvələrinin baş zabitlərinin 40%-nin işdən çıxarılmasından narahat olublar. Avropanın bəzi siyasətçiləri açıq bildiriblər ki, yaxın gələcəkdə Türkiyənin AB-yə üzvlüyünü təsəvvür edə bilmirlər.
Bu arada Türkiyə prezidenti Türkiyənin NATO üzrə müttəfiqləri və Birləşmiş Ştatkların özünün Türkiyədəki dövlət çevrilişinə cəhdə reaksiyasına emosional tonda narazılığını ifadə edib. AB məsələləri üzrə nazir Ömər Çəlik bir müsahibədə bildirib: “Türkiyə qərbli dostları və müttəfiqlərindən gözlədiyi dəstəyi görmədi. Onlar bizim dalımızda durmadılar”.
Çevriliş cəhdindən sonra durum zahirən belə görünürdü ki, Obama və Avropa liderləri hərbi qiyam faktının özündən deyil, sanki hökumətin repressiyalarından narahat olublar. Türkiyədə dövlət çevrilişinə cəhdə münasibət üzrə Türkiyə ictimai rəyi ilə Qərb müşahidəçiləri arasındakı aşkar uyğunsuzluq Amerika-Türkiyə münasibətlərini mürəkkəbləşdirən amillərdən biri ola bilər. Buna görə də amerikalıların əndişələnməyə ciddi əsası var ki, Türkiyədə baş tutmamış çevrilişin nəticələri Qərb müttəfiqləri ilə onun münasibətlərini təhlükə altında qoya bilər. Onlar hazırda xeyirxah iradə sərgiləyib türklərin tələblərinə zahirən dəm tutmağa cəhd edirlər. Prezident Obama iyulun 19-da Ərdoğanla telefon söhbətində vəd edib ki, Birləşmiş Ştatlar “dövlət çevrilişinə cəhdin araşdırılmasında Türkiyə hökumətinə uyğun yardımı göstərməyə hazırdır”, lakin bu şərtlə ki, Türkiyə hökuməti təhqiqatı elə şəkildə aparacaq ki, “demokratik institutlara və qanunun aliliyinə ictimai inam möhkəmlənəcək”.
Sonrası getdikcə qızışdı. Vitse-prezident Co Bayden Ankara səfəri zamanı əmin etdi ki, ABŞ rəsmiləri Türkiyənin Fətülla Gülənə qarşı irəli sürdüyü ittihamların araşdırılmasında əməkdaşlıq edəcəklər. Artıq heç bir ilkin şərtin adı çəkilmirdi. ABŞ ədliyyə nazirliyi bir qrup hüquqşünas eksperti Türkiyəyə göndərdi ki, Gülənin təhvil verilməsi haqda tələbin yığcam və dürüst şəkildə ifadə edilməsinə yardım etsin. Dövlət Departamenti isə bildirib ki, Türkiyənin Rusiya ilə əməkdaşlığını salamlayır, lakin amerikalılar əməldə Ərdoğanın bu cür hərəkətlərinə narazılıqla baxırlar.
Amerikalılar və Gülən strukturları Rusiya və Türkiyənin siyasi mövqeyinin yaxınlaşmasına imkan verməmək üçün bu gün son dərəcə böyük səy qoyurlar.
ABŞ prezident administarsiyası əvvəlki tənqid dalğasına baxmayaraq indi demokratiyaya sadiqliyi amerikalılar tərəfdən çoxdan şübhə altına alınmış Ərdoğana dözüm göstərməkdə getdikcə daha çox hazırlıq nümayiş etdirir. ABŞ son aylarda aşkarca Türkiyə ilə münasibətlərdəki gərginliyin azaldılmasına işləyir. Vaşinqton Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı əvvəlcədən yetərincə hiddət və narahatlıq ifadə etmədiyini boynuna almaqla açıq şəkildə Ankaranı sakitləşdirmək siyasətinə keçib. Vitse-prezident Co Bayden 2016-cı ilin avqustunda Ankara səfəri zamanı ittifaq və barış haqda türkllərə ismarıcla çıxış etdi. O, Türkiyə parlamentinin divarları arasında “həmrəylik səfəri”nə görə yubandığı üçün üzr ifadə etdi. Baydenin nitqində çevrilişin ardınca gələn repressiyalar haqda hər hansı xatırlatma səslənmədi.
Xatırladaq ki, Bayden bundan öncə bu ilin yanvarında Türkiyəyə səfərində Ərdoğana birbaşa göstərmişdi ki, onun KİV-ə nəzarət edildiyi və müxaliflərə təhlükə qaynaqlandığı “İslam demokratiyası” modeli qonşulara pis nümunə verir. İndi isə tənqidi qeydlər bir kənara qoyulub və ABŞ-ın vəzifəli şəxsləri aşkar ciddi-cəhdlə bildirirlər ki, Türkiyənin Qərblə əvvəlki tək etibarlı münasibətlərdə olduğuna əmindirlər.
Bu arada prezident Ərdoğanın Moskvaya keçən ay səfəri Türkiyənin xarici siyasət imkanlarını ABŞ və AB-nin acığına genişləndirmək cəhdi kimi qəbul edilib. Lakin Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılmasına nisbətdə hazırda ABŞ-dan şərhlər gəlir ki, hər şey yaxşıdır və bu, hər şeydən əvvəl Türkiyəyə və istisnasız olaraq iqtisadi təsəvvürlər üzündən lazımdır.
Prezidentlər Ərdoğan və Obama Çində G-20 sammitində nümayişkaranə şəkildə görüşdülər, qərargah rəislərinin Birləşmış komitəsinin rəisi general Cozef F. Danford isə sentraybrın 22-də türk həmkarı ilə görüşdən sonra ABŞ v ə Türkiyənin NATO çərçivəsində sıx münasibətlərini yenidən təsdiqlədi. Son iki həftə ərzində Türkiyədə olmuş Avropa məmurları da Bayden kimi Türkiyə rəhbərliyinin ünvanına daha da barışdırıcı ton seçiblər.
Buna baxmayaraq, Amerika-Türkiyə münasibətlərindəki gərginlik üzdə qalır və aşkardır. Türkiyə baş naziri Binəli Yıldırım keçən həftə bildirib ki, onun hökumətinin Birləşmiş Ştatların “demokratiya dərslərinə” ehtiyacı yoxdur. Bu, Türkiyənmin güneyində davam edən münaqişələrlə bağlı narahatlıq ifadə edən ABŞ səfirinin yaydığı yumşaq bəyanatdan sonra baş verib. Polis orada yerli şəhərlərin kürd müqaviməti ilə əməkdaşlıqda ittiham edilən 28 merinin işdən çıxarılmasına qarşı etiraz nümayişini dağıdıb. Yıldırım amerikalıların bəyanatını “qəbuledilməz” adlandırıb, çünki onun sözlərinə görə, merlər “kürd terrorçularına dəstək” verib. Daxili işlər naziri Süleyman Soylu bu xüsusda bildirib ki, “xüsusən də dost və müttəfiq qismində müəyyən etdiyimiz ölkələrin diplomatlarının bu məsələ üzrə qimət verməyə haqqı çatmır”.
Türkiyə XİN-dən də istək səslənib ki, “dostların tənqidi konstruktiv olmalıdır”.
Düzdür, qeyd edək ki, türklərin özləri gərəksiz kəskinləşməyə can atmırlar. Kəskin bəyanatlar barışdırıcı jestlərlə növbələşir. Məsələn, Türkiyə hakim Ədalət və inkişaf partiyasını təmsil edən seçkin vəzifəli şəxslərin nümayəndə heyəti bu yaxınlarda Vaşinqtona səfər edib və Konqres üzvləri ilə görüşlər keçirib. Türklər öz mövqelərini izah etmək və “yaxşı münasibətləri necə bərpa etməkdə” yollar aramağa cəhd ediblər. Türklər manevr edir və Vaşinqtonda Şərq siyasətcilliyinin incəliklərini sərgiləyirlər. Bu cür ikili oyun da Vaşinqtonda Avropa və Rusiyanın böyründəki, həmçinin böhranlı Yaxın Şərqin qapıları ağzındakı inanılmış müttəfiqə münasibətdə lüzumsuz şübhə doğurur. Axı Amerika-Türkiyə münasibətləri hələ indiki gərginliyə qədər mürəkkəb olaraq qalır və dövri çətinliklərdən keçirdi. Buna görə də Amerika-Türkiyə ittifaqının zəifləməyi Birləşmiş Ştatlar üçün aktual problem kimi qalır və Vaşinqtonun baxışna görə, son dərəcə ehtiyatlı həll tələb edir.
Tərcümə Strateq.az-ındır.