XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2016 - 10:03

Bir-birinə etibar etməyən ənənəvi rəqiblər Suriyada necə razılaşacaqlar? – - Təhlil

bom

Hələb yaxınlığında Urum əl-Kubra şəhərində BMT humanitar dəstəsinin atəşə tutulduğu hadisə yerində

© REUTERS, Əmmar Abdulla

 

Mettyu Çans

CNN (ABŞ), 26.09. 2016

 

Suriyada fəlakətli şəkildə pozulmuş barışığn qüvvəyə minməyinin  həftəsi tamam olmamış Rusiya-ABŞ münasibətləri heç vaxt olmadığı qədər pisləşib. Moskva və Vaşinqton arasındakı münasibətlərdəki ritorika  soyuq müharibə dövründən bəri hələ bir dəfə də bu qədər sərt şəkildə səslənməyib.

Moskva keçən istirahət günlərində ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriya ordusunun mövqelərinə endirdiyi və deyildiyi kimi, nəticədə 60-dan çox hərbçinin həlak olduğu aviazərbələrdən qəzəblənib. Amerika hökumətinin təmsilçiləri iddia edirlər ki, Suriyanın şərqində Deyr-əz-Zor bölgəsinə aviazərbələr səhvən endirilib.

ABŞ-ın bəyanatına əsasən, Amerika hərbçiləri hesab edib ki, İŞİD mövqelərini vururlar.  

Rusiya XİN isə bu birbaşa bəyanatı rədd edərək BMT TŞ-nın təcili toplantısını çağırıb və ABŞ-ı İŞİD yaraqlıları ilə əlbirlikdə ittiham edib. Lakin Amerika-Rusiya münasibətlərinin kəskincəsinə pozulma səbəbi bir neçə gündən sonra Suriyada baş vermiş və sülh cəhdlərini tam şəkildə pozmuş dəhşətli insident olub. O zaman Hələb əhalisinə adyal, ərzaq məhsulları və didgər humanitar yardımları tədarük etməyə hazırlaşan BMT humanitar dəstəsi güclü aviazərbəyə məruz qalıb. Şahidlərin sözlərinə görə, havadan dəstənin üzərinə çəllək bombalar yağıb, gecə səmasında isə reaktiv təyyarələr fırlanıb.  

ABŞ bildirir ki, bütün əlamətlərə görə aviazərbəni Rusiya aviasiyası endirib. Lakin Rusiya iddia edir ki, nə onun aviasiyası, nə də müttəfiq Suriya hökumətinin bu hücumda əli yoxdur. Rusiya xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT-də çıxış edərkən deyib: “Yəqin ki, dərhal mikrofona qaçıb nəyisə şərh etmək kimi emosional instintiktləri  cilovlamaq lazımdır”.

O, əlavə edib: “Əvvəlcə təhqiqat aparmaq lazımdır – diqqətlə və professional şəkildə”.

Moskva hücumun alternativ versiyasını artıq təqdim edərək bildirib ki, ola bilsin, humanitar dəstəni yaralıqlar atəşə tutaraq yandırıb, ya da ola bilsin ki, hətta Amerikanın “Predator” (“Yırtıcı”) pilotsuzu günahkardır.

Bütün bunlar Amerikanın hiddətlənmiş dövlət katibi, bir neçə ay ərzində Rusiya ilə birlikdə Suriyada atəşkəs məsələsi üzrə vasitəçi kimi çıxış etmiş və indi Kremldən həmkarının üzərinə söz həmləsi edən Con Kerriyə həqiqətdən çox uzaq görünüb.

“Mən rusiyalı həmkarımı dinlədim və təəsürat yarandı ki, biz paralel dünyalarda yerləşirik. Sizin imzanız atəşkəsin altında durur, siz isə bu vədi yerinə yetirmirsiniz. Sizə, sizin adamlara necə etibar etmək olar?”

 

Köhnə rəqiblər

 

Əlbəttə, Suriyaya görə bu diplomatik toqquşmalar boş yerə meydana çıxmayıb. Rusiya və ABŞ bir sıra xarici siyasət məsələləri üzrə – 1990-cı ildə Fars körfəzindəki müharibədən tutmuş 2010-cu il “ərəb baharı” üsyanının gedişinə qədər uzun illər boyu qarşıdurmada olub. Və buraya NATO-nun genişlənməyi və Amerika RƏM sisteməri də əlavə edilsə, onda aydın olur ki, soyuq müharibə bitsə də, qarşılıqlı rəqabət və şübhə əvvəlki tək var.

Rusiya-Amerika münasibətlərində gərginliyin yeni mərhələsi, məqsədi Qərblə yaxınlaşmaq olan xalq üsyanının Ukrayna hökumətini devirməyə səbəb olduğu 2014-cü ildə başlanıb. Kreml buna əməliyyat müdaxiləsi ilə cavab verərək Rusiyanın Qara dəniz donanması üçün hərbi-dəniz bazası icarəyə götürdüyü strateji önəmli Krım yarımadasını ilhaq etdi. ABŞ rəsmilərinin  sözlərinə görə, Rusiya sonra üsyançıları  silahlandıraraq hətta döyüş əməliyyatlarında iştirak üçün Rusiya ordusunun bölmələrini göndərməklə Ukraynanın şərqində qiyam törədib. Bu, ABŞ-da hiddət doğurub və tezliklə Rusiyaya münasibətdə iqtisadi sanksiyalar tətbiq edilib ki, bu da bu iki keçmiş rəqib arasında adi kini daha da gücləndirib.

 

“Putin amili”

 

Rusiya ilə ABŞ-ın gərgin və soyuq münasibətlərində mərkəzi rolu Putin  – son 17 ildə ölkəni yönəldən adam oynayır – əvvəlcə prezident, sonra baş nazir, indi isə yenə də prezident kimi. Məhz onun dünyanı Rusiyanı yenə də dünya dövləti kimi görməyə vadar edən sərt xarici siyasəti Qərbi bu cür özündən çıxardır və ölkəsində Putinin populyarlığının daim artmağına səbəb olur. Neftin aşağı qiyməti və sanksiyalar üzündən əzab çəkən iqtisadiyyatın ağır vəziyyətinə baxmayaraq, Putin əvvəlki tək elə bir populyarlığa və dəstəyə malikdir ki, ABŞ prezidenti bunu ancaq arzulaya bilər. Düzdür, Rusiya parlamentinə son seçkilər nisbətən az fəallıq sərgilədi. Lakin bu, mütləq şəkildə Putinin  populyarlığının ifadəsi deyildi. Axı o, bu seçkilərdə öz namizədliyini irəli sürməmişdi. Putin amili hətta Kremlin prezident seçkilərinin nəticələrinə təsir etməyə cəhd göstərdiyi haqda qorxuducu (və Moskvanın təkzib etdiyi) iddialar fonunda Amerika siyasətində də seçki kampaniyasının əsas amilinə çevrilib.

Rusiya liderinin nüfuzuna etinasız yanaşmaq yetərincə çətindir. Hətta istisna deyil ki, Suriyada bu qanlı qırğının gedişinin sonradan necə inkişaf edəcəyini məhz Putin amili müəyyən edəcək.

Bu həftə BMT-də emosional çıxş edən və atəşkəs rejiminin  təzələnməsinə çağıran dövlət katibi Con Kerri bunu “həqiqət anı” adlandırıb.

Tamamilə mümkündür ki, o, BMT TŞ-nın bütün üzvlərinə müraciət edib, lakin əslində, öz sözlərini ancaq bir nəfərə ünvanlayıb.

 

Tərcümə Strateq.az-ındır.