Conatan Keyphart
The Washington Post (ABŞ), 27.09.2016
Lənət şeytana, bu nəydi? Saat yarım ərzində prezidentliyə namizədlərdən birinin vəziyyətə yaraşan ciddiliyi necə nümayiş etdirməyini, ikincinin isə bütün dünyaya göstərilən söhbətə qətiyyən hazırlaşmadan, sadəcə, ağlasığmaz hərəkət etdiyini müşahidə etdik. İmkanlı inşaatçı Donald Trampla keçmiş dövlət katibi Hillari Klinton arasında ilk prezident debatı son dərəcə heyrətləndirici oldu. Tramp baş səhnəyə özüylə praymerizdə ona fayda gətirən məzhəkə müdrikliyi gətirmişdi və uğursuzluğa düçar oldu.
Trampın çıxışı çəmənliyə zibil tullamağa bərabər idi. X haqda sual onda Y, Z barədə xatirələri və ağlına gələn digər şeyləri oyatdı. Məsələn, Hillari Klintonun elektron yazışmasından danışarkən Nyu-Yorkun La-Quardiya aeroportunun təəssüf doğuran vəziyyətini xatırlatdı. Lakin prezidentliyə istənilən namizədi batıracaq digər məqamlar da var idi. Klinton dedi ki, Trampın vergi bəyannaməsini yalnız bircə dəfə görmək mümkün idi – kazino üçün lisenziya almaq istərkən. Demokratların namizədi bildirdi: “Bu göstərdi ki, Tramp federal gəlir vergisini ödəmir”.
Tramp nə cavab verdi? “Bax, mən belə ağıllıyam”.
Belə bir şeyi nə ortastatistik amerikalıya, nə də Kilnton cütlüyünə (onlar vergi bəyannamələrini 30 ildən çoxdur, dərc ediblər) bağışlayardılar. Klinton Trampı 2008-ci ildə mənzil kreditləşməsi böhranına görə sərt şəkildə tənqid etdi. O, respublikaçıların namizədindən sitat gətirərək bildirdi: “Tramp 2006-cı ild deyib: “Bax, əladır! Ümidvaraqm ki, hər şey çökəcək və mən o zaman nəsə ala bilər və yaxşı pul qazana bilərəm””.
Tramp nə cavab verdi?
“Yeri gəlmişkən, buna biznes deyirlər”. Və iflasa görə öz evini və iş yerini itirmiş milyonlarla bədbəxt ailəyə tüpürüldü.
Afroamerikalıların səsini almaqda ciddi niyyətini elan etmiş Tramp bir namizəd kimi irqlərarası nifaqın ləğvi haqda suala cavab verərkən tam korluq və karlıq sərgilədi. “Dövlət katibi Klinton qanun və asayiş kimi sözləri işlətmək istəmir, – o dedi. – Bizdə şəhər şəhərin içində olduğu, afroamekikalılarla latın ametrikalılar sanki cəhənnəmdə yaşadığı bir durumdur, çünki küçəyə çıxırsan və sənə atəş açırlar”.
Tramp təkcə dərisinin rəngi başqa cür olanlar haqda irqi stereotiplər püskürmədi, həm də insanların küçədə dayandırılması və üstünün axtarılması antikonsitusion praktikanın bərpa edilməsi uğrunda çıxış etdi. Lakin bu cür praktika afroamerikalılar arasında qətiyyən populyar deyil.
Sonra prezidentin doğulduğu yer haqda irqi yalanın müdafiəsinə qalxdı. Yeri gəlmişkən, Tramp məhz bu dalğada məşhurlaşıb və ilk nominasiyanı qazanıb. Söhbət Amerikanın ilk qaradərili prezidentinin legitimlikdən məhrum edilməyindən gedir ki, bu da milyonlarla amerikalı və xüsusən də afroamerikalılar üçün təhqirdir.
Debatın gedişində Klintonun ağzından bircə danılmaz həqiqət səsləndisə, bu da Trampın onun keçən həftəki xəstəliyi və “evdən çıxmamağı” ilə bağlı acı istehzasına cavab idi: “Düşünürəm ki, Donald məni bu debatlara hazırlaşdığıma görə tənqid edir. Bəli, mən hazırlaşırdım. Bəs bilirsinizmi, nəyə hazırlaşırdım? Prezident olmağa”.
Tərcümə Strateq.az-ındır.