XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2016 - 11:14

Suriya: hamı hamıya qarşı savaşın astanasındadır –Təhlil

heleb

İvan Preobrajenski

Rosbalt.ru, 27.09.2016

 

Rusiya və İran ABŞ, Böyük Britaniya, Türkiyə və AB ölkələri lə ümumi dil tapa bilməyib. Artıq indi təkcə Moskva Vaşinqtonu əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham etmir, amerikalılar da ruslardan vədlərini yerinə gətirməyi tələb edirlər. İnam amerikalılar Bəşər Əsəd ordusunun mövqelərini bombardman etdikdən və Suria və Rusiya aviasiyasının ittiham edildiyi BMT humanitar dəstəsinə həmlədən sonra öldü.

Bütün bunlar nəyə səbəb ola bilər?

Bir il əvvəl Türkiyə qırıcısının Rusiya bombardmançısını vura biləcəyi, amerikalıların isə RF HHQ ilə açıq toqquşmadan ehtiyatlandığı duruma dönüş simptomlarının varlığı göz qabağındadır. Əngəl – vətəndaş müharibəsinədək əhalisinə görə Suriyanın ikinci şəhəri Hələbdir. Prezident Bəşər Əsədin hökuməti onun üzərində nəzarəti kifayət qədər tez itirib, ona görə də şəhər əsasən çoxsaylı cəbhə xəttindən kənarda qalıb və savaşa qədər 4 milyona yaxın hesab edilən əhalinin önəmli hissəsi orada qalmaqdaydı.

Rusiya və İranın Bəşər Əsəd tərəfdən Suriya münaqişəsinə müdaxiləsi qüvvələr tarazlığını ciddi şəkildə dəyişdi. Ona görə də Suriya nizami ordusunun qalıqları təkcə islamçı yaraqlılara deyil, əsasən mötədil müxalifətin nəzarət etdiyi Hələbə də hücuma başladı. Əvvəlcə şəhəri tarixən daha çox türkmənlərin məskunlaşdığı bütün bu bölgəyə iddia edən Türkiyənin yardımından ayırdılar. Sonra bombardman başlandı.

Əslində, məhz Hələbi rahat buraxmaq vədi Suriyada nizamlamanın ümumi planın tərtibi üzrə ABŞ-la danışıqlarda Rusiya və Bəşər Əsədin əsas dəlillərindən biriydi. Özü də bu arqument təkcə amerikalılarla deyil, həm də türklər və avropalılarla bağlı olduqca işə yarayırdı. Türkiyə hökuməti Əsədin tabeliyində olmayan və uzaq gələcəkdə Suriya dövlətinin bərpası üzrə potensial konqresdə güclü danışqıçı ola biləsi muxtar Hələbin saxlanmasında maraqlıydı. Avropalılar Bəşər Əsəd qoşunları tərəfindən Hələbin götürüləcəyi halda Suriyadan qaçqınların sayının labüd şəkildə kəskincəsinə artacağından dəhşətli dərəcədə qorxurdular.

Hələbin əhalisi indi hətta lap qoy iki dəfədən çox azalsın, fərqi yoxdur, milyonyarım-iki milyon qaçqın son dərəcə çoxdur və onlarla nə etmək lazım gəldiyini heç kim bilmir. Axı aydındır ki, AB-nin Türkiyədə müvəqqəti düşərgələrdə yaşayan suriyalı qaçqınlara vəd etdiyi aylıq 30 avro ilə xərcləri məhdudlaşdırmaq olmaz.

“Əsəd” və “Hələb” koalisiyaları arasındakı danışıqlar uzun çəkdi, lakin yekun sazişinə gəlmək baş tutmadı. Tərəflər əvvəlcə qarşılıqlı şantaja keçdi. Sonra amerikalılar “səhvən” Əsəd hərbçilərinin mövqeyinə zərbə endirdi. Bundan sonra şayiələr dolaşdı ki, rusiyalılar və əsədçilər Amerikanın hansısa qərargahına zərbə endiriblər. Bunu təsdiqləyən məlumat ortalığa çıxmadı, lakin Hələbə gedən humanitar dəstə məhv edildi. Rusiya bu həmlədə iştirakını inkar edir, lakin məsələnin BMT TŞ-da müzakirəsindəki qalmaqalı göstərir ki, bu məsələdə Moskvaya heç kim inanmır.

Hamının hamıya qarşı müharibəsi hələlik başlanmayıb, lakin bir il öncəki hərc-mərcliyə dönüşdən qaçmaq şansı praktik olaraq qalmayıb. Hətta Böyük Britaniya Rusiyanın Suriya üzrə mövqeyinə görə artıq ona qarşı sanksiyalar tətbiq etməyi təklif edir. Rusiya xarici işlər naziri Sergey Lavrov öz növbəsində deyir ki, amerikalılarla danışıqların təzələnmək şansı yoxdur.

Nəhayət, ərəb KİV-ləri yazır ki, ABŞ yaraqlılara səyyari zenit-raket kompleksləri tədarük etməyə yaxa yırtan Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələrini cilovlamağı dayandırır. Bu, aviasiyaya ciddi ziyan vurmağa qabildir – düzdür, təkcə Rusiya və yaxud Suriya aviasiyasına deyil, həm də Türkiyə və Amerikanınkına. Çünki başa düşmək lazımdır ki, vətəndaş müharibəsi prosesləri nə qədər mürəkkəbdir və münaqişə zonasında silah üzərində nəzarət necə şərtidir. İstənilən halda münaqişə zonasna silah tədarükü barışıq müəyyən etməyə hər hansı cəhdin dayandırılmasının aşkar əlamətidir. Və əlbəttə, bu, Suriya ərazisində Rusiya və NATO-ya üzv ölkələrin birbaşa hərbi toqquşma təhlükəsinə dönüşündən xəbər verir.

 

Tərcümə Strateq.az-ındır.