XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

29 Sentyabr 2016 - 12:41

Rus nəşri: “Azərbaycan ballistik raket istehsal etmək niyyətindədir” –Təhlil

yc

NG.ru, 29.09.2016

 

Azərbaycan hərbi-sənaye kompleksi ballistik raketlərin istehsalını təşkil etmək niyyətindədir. Bu haqda ADEX-2016 II Azərbaycan beynəlxalq müdafiə sərgisinin rəsmi açılış mərasimində jurnalistlərə respublika müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Camalov bildirib ki, Bakı bu gün 280 km mənzillik ballistik raketlərin istehsal texnologiyasının əldə edilməsi üzrə bir neçə xarici müəssisə ilə müntəzəm danışıqlar aparır. Nazir eyni zamanda Azərbaycanın danışıq apardığı şirkət və ölklərin adını çəkməkdən vaz keçib.

Hərbi ekspert Samir Cəlilovun fikrincə, bu cür texnologiyaya sahib ölkələrin dairəsi o qədər də böyük deyil. Azərbaycanın onlardan bəziləri ilə qurulmuş uğurlu hərbi-texniki əməkdaşlığı nəzərə alınsa, güman etmək olar ki, bu ölkələr Rusiya, İsrail, İran, Pakistan, Hindistan və yaxud Türkiyə ola bilər. Hətta tamamilə mümkündür ki, ADEX-2016 sərgisi çərçivəsdində bu məsələdə müəyyən konkretlik göstəriləcək. Ekspert hesab edir ki, hətta açılış mərasimində Pakistan müdafiə sənayesi naziri Ran Tanvər Hüseyn, Rusiya Hava-kosmik qüvvələrinin komandanı, general-polkovnik Viktor Bondaryev, Türkiyə müdafiə naziri Fikrət İşıq, müxtəlif ölkələrin bir sıra məşhur şirkətləriin rəhbərləri iştirak edirlər.

Qeyd etmək lazımdır ki, Azərbaycan öz silahlı qüvvələrinin raket qurğuları ilə təmin edilməyinə xüsusi diqqət ayırır. Bu, bir qayda olaraq Rusiya, Pakistan və Türkiyədə əldə edilir. Yeri gəlmişkən, hurriyet.com resursunun məlumatına görə, Azərbaycan artıq İsrail istehsalı yaxınmənzilli (130 km) EXTRA ballistik raketlərini, həmçinin Pakistan və Türkiyədə istehsal edilmiş raketlər alıb.

Azərbaycan HSK bununla yanaşı yaxınmənzilli raketlərin istehsalını təşkil etməyi planlaşdırır. Nazir Yavər Camalovun sözlərinə görə, hazırda respublikada 125 məhsul növü üzrə sınaq-konstruksiya işləri aparılır, “hava-hava”, “hava-yer”, “yer-yer” sinifli raketlərin yaradılması üzrə prioritet layihələr gerçəkləşdirilir. Söz düşmüşkən, bu növ raketlər, həmçinin kompleksin digər məhsulları ADEX-2016 sərgisində geniş təmsil olunub.

Bu ərəfədə buradaca müdafiə və müdafiə sənayesi nazirlikləri arasında Azərbaycan SQ üçün 100 pilotsuz uçuş aparatının alqısı haqda saziş imzalanıb.

Bu arada sərgidə ən böyük ekspozisiya Rusiyaya məxsusdur. Onun təşkilatçısı “Рособоронэкспорт” SC-dir. Burada 21-i hərbi təyinatlı məhsul təqdim edən 28 təşkilatın stendləri yerləşdirilib. Rusiya şirkətləri ümumilikdə hərbi təyinatlı 512 məhsul nümayiş etdirir.

Artıq ilk sənədlər imzalanıb: Silk Way Helicopter Services (SWHS MMC) kommersiya helikopter şirkəti və Rusiyanın “Вертолеты России” helikopterqayırma holdinqi Azərbaycan Fövqladə Hallar nazirliyi, Müdafiə nazirliyi və Dövlər sərhəd xidmətinin balansındakı helikopterlərə texniki xidmət və helikopterlərin əsaslı təmiri üzrə Azərbaycanda servis mərkəzinin yaradılmasını nəzərdə tutan saziş imzalayıb.

 

Tərcümə Strateq.az-ındır.