XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 10:55

Rusiyalı ekspert: “İran prezidenti Ruhani Ermənistan səfərindən nə umur?” –Təhlil

rs

İrina Corbenadze

Rosbalt.ru, 29.09.2016

 

İran prezidenti Həsən Ruhaninin Ermənistan səfəri ən yaxın vaxtlarda baş tutacaq – rəsmi qaynaqlar dəqiq tarixi hələlik açıqlamır. Ermənistan rəhbərliyi gizlətmir ki, İran prezidentinin səfərindən mövcud layihələrin inkişafı və nəqliyyat, iqtisadiyyat, energetika sahəsində yenilərinin startını gözləyir. Lakin Tehran, çox güman ki, Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsinin dinc nizamlanması imkanlarının varlığı və yaxud yoxluğu haqda müfəssəl məlumat əldə etməyə çalışacaq. İranın istəyi aydındır: birincisi, Azərbaycan və Ermənistanla həmsərhəddir və sərhədləri yaxınlığında durumun sabitsizləşməyindən ehtiyat edir.

İkincisi, Ermənistan-Azərbaycan münasibətlərinin hərbi baxımdan kəskinləşməsi zamanı bölgədə, təbii ki, Azərbaycanın tərəfində çıxış edəsi Türkiyənin rolu artacaq (və burada formalar müxtəlif ola bilər) ki, bu da İranı heç cür qane etmir.

Üçüncüsü, yeni Qarabağ müharibəsi “iki Azərbaycan”ın – şimal və cənubun (İran) birləşməsi mövzusunun aktuallaşmasna səbəb ola bilər.

Bundan başqa, bu, İranın Ermənistan, Gürcüstan və Azərbaycan ərazisindən istifadə edilməklə Qara dəniz-Fars körfəzi layihəsinə son qoyar. 

Ümumiyyətlə, bu müharibə qopsa, nə İranı, nə də müttəfiqi Rusiyanı təmin edər. Hər iki ölkə münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa üstünlük verir, çünki göründüyü kimi, hələ bu yaxınlarda çox şey vəd edən dinc nizamlama prosesi dayanıb.

Qeyd edək ki, İran ATƏT-in Qarabağ nizamlaması üzrə Minsk qrupunda iştirak etməsə də, Bakı və İrəvanın öz problemlərini dinc yolla həll etməyi üçün xeyli səy qoyub. Özü də İran sülh prosesinə, az qala, tərəflərin bir-birinə fəal şəkldə atəş açmağından sonra qoşulub, lakin onun çoxillik cəhdləri müsbət nəticə verməyib. Lakin sürətlə dəyişən geopolitik gerçəkliklər hər halda Bakı və İrəvanı İran amilini nəzərə almağa vadar edir.

Xatırladaq ki, Ruhani bu yaxınlarda prezidentlər Vladimir Putinİlham Əliyevlə görüşünün baş tutduğu Bakıda olub. Əlbəttə, tərəflər Qarabağ problemini də müzakirə ediblər. Ruhani tezliklə isə Ermənistan prezidenti ilə görüşəcək – lakin müvafiq “Bakı yüküylə”. İstisna deyil ki, İran nizamlamada öz xidmətini yenidən təklif edəcək. Lakin, ən azı, dəqiq bilməlidir ki, niyə “atılıb düşməlidir”.

Ermənistan indi çətin dövrlər yaşayır – söhbət təkcə iqtisadiyyatdan deyil, həm də daxili siyasi burulğandan, həmçinin yeni müharibə təhlükəsindən gedir və ona siyasi müttəfiq son dərəcə lazımdır. Tehranla İrəvan arasında münasibətlər ənənə üzrə yaxşıdır, lakin İran Ermənistan-Azərbaycan müharibəsinə birbaşa ilişməyəcək. Tamamilə mümkündür ki, Türkiyə də Azərbaycana birbaşa hərbi yardımdan imtina edəcək, çünki onun “açıq cəbhə”ləri, həmçinin açıq və gizli düşmənləri yetərincədir. Buna görə də Ankara müharibə zamanı Rusiya və ABŞ-la münasibətlərinin korlanmayacağı qədər Azərbaycana kömək edəcək.

Ümumiyyətlə, düşünmək lazımdır ki, Ruhani Ermənistana daha çox Qarabağ fənnindən erməni “zəmin”ini incəliyinə qədər “kəşfiyyat yoxlanışı”na gedir. İran dəyərləndirməsi və maraqları isə bu kontekstdə Rusiyanınkına oxşayır – hər iki ölkə özü üçün etibarlı təhlükəsizlik qurşağında maraqlıdır.

Lakin, əlbəttə, İran güclü Azərbaycandansa güclü Ermənistan üçün daha çox maraqlıdır. Çünki Azərbaycanın Türkiyə və İsraillə münasibətləri, həmçinin Suriya və Xəzərə problemləri daxil olmaqla ümumi geopolitik kontekst nəzərə alınsa, o, İran üçün qismən az etibara malik tərəfdaşdır. Bu arada aydındır ki, Ruhani Ermənistana təkcə “siyasət ardınca deyil, həm də indi qonşu respublika ilə iqtisadi münasibətləri mümkün qədər inkşaf etdirmək niyyəti ilə gedir.  

İrəvan dövlət universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın dediyi kimi, “Tehran siyasətində priopritetlərdən biri Yaxın Şərqdir. İran bununla yanaşı önəm səviyyəsi üzrə ikinci bölgə kimi Cənubi Qafqazı nəzərdən keçirir”.

Qonşu Ermənistan İran üçün həm siyasi, həm də iqtisadi baxımdan da əhəmiyyətlidir. Məsələn, İran nəqliyyat naziri təsdiq edib ki, ölkəsi sərhədyanı Təbriz şəhərini dəmiryolu ilə Ermənistana birləşdirmək üçün işi davam etdirəcək ki, bu da “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması kontekstində zəruridir.

Bundan başqa, söhbət İranın Qara dənizə çıxışından gedir. Sonra: tərəflər Ermənistanın Mehri şəhərində Avrasiya birliyi biznesmenlərinə və İrana müəssisələr açmaq və məhsulu AİB bazarlarına ixrac etmək imkanı verəcək azad iqtisadi zona yaratmaq haqda sazişə gəlib.

İranşünas ekspert həmçinn İranın Azərbaycanla yaxınlaşmasının Ermənistanı İranın bölgə proqramlarından sıxışdıracağı haqda fikri təkzib edir. O deyir: “İranın Azərbaycanla yaxınlaşmasına dair bütün vahimələrimiz, həmçinin bunun nəticəsində Ermənistanın İranın diqqəti sarıdan mağmun qalacağı fikri son dövrün inkkişafı nəzərə alınmaqla hansısa mənada dağılıb”.

Buna əlavə edək ki, Ermənistan İranın bank sistemlərində dondurulmuş pulları üzündən tikintisi danyandırılmış Mehri SES-in inşasının təzələnməsini özü üçün son dərəcə zəruri hesab edir.

Daha bir mühüm ortaq layihə Ermənistanla İran arasında 400 kVt gücündə üçüncü elektrikötürmə xəttinin inşasıdır. Bu xəttin inşası haqda müqavilə hələ 2004-cü ildə imzalanıb, lakuin maliyə problemləri üzündən həmişə təxirə salınır.

Və hər halda İran indiki anda Ermənistanda daha çox “təhlükəsizlik qalxanı” və Avropa ölkələrinə çıxmaq imkanı görür. Lakin bununla belə, Ermənistan fürsəti əldən verməməli və İranın respublikadakı maraqlaırndan maksimal şəkildə istifadə etməlidir. “Fürsəti əldən verməmək” iqtisadiyyatın inkişafı üçün şərait yaratmaq, xarici yatırım üçün əlverişli şərait, korrupsiya ilə effektli mübarizə və Qarabağ münaqişəsinin nizamlanmasında böyük uyuşqanlıq və üzüyolalığın təzahürünü bildirir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə