XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 15:46

Hindistan Pakistan ərazisində yaraqlılara hücum edib –Təhlil

he

Hindistan ordusunun hərbçisi Srinqarda

© REUTERS, Daniş İsmayıl

 

Sanciv Miqlani, Əsəd Haşim

Reuters, (Böyük Britaniya), 30.09.2016

 

Hindistan cümə axşamı məlumat verib ki, ehtimalla Kəşmirin Pakistan nəzarətində olan hissəsindən müdaxilə hazırlayan yaraqlılara “cərrahi zərbə” endirərək iki nüvə dövləti arasında gərginliyi gücləndirib.

İslamabad məlumat verib ki, atışmada Pakistanın iki hərbçisi həlak olub, lakin Hindistanın Himalay dağlarında faktiki sərhədin qarşı tərəfində Kəşmirin mübahisəli vilayətinə hansısa nöqtə zərbələri endirdiyi haqda məlumatı təkzib edib.

Respublika silahlı qüvvələrindəki qaynaq xəbər verir ki, Hindistan xüsusi bölmələri gecəyarıdan sonra yaxşı möhkəmləndirilmiş sərhədi keçib və güman edilən yaraqlıların Hindistan ərazisinə soxulduğu ehtimal edilən, təxminən, on nöqtəyə zərbə endirib. Qaynağın məlumatına görə, hücum nəticəsində ondan çox yaraqlı öldürülüb, Hindistan tərəfi itkisiz ötüşüb.

Ordudakı qaynağın məlumatına görə, Kəşmirin Nyu-Dehlinin nəzarət etdiyi hissəsində baza salmış Hindistan SQ-nin iki əsgəri yaralanıb – biri minaya ayaq basıb, digəri atışmada yaralanıb.

Hindistan xüsusi təynatlısının hücumu sentyabrın 18-də Hindistanın Uridəki bazasına hücumun “cəzasız qalmayacağını” əvvəllər bəyan etmiş ölkənin baş naziri Narendra Modinin bəyanatının ardınca baş verib. İnsident vaxtı 18 əsgər həlak olub. Nyu-Dehli bazaya hücumda İslamabadı ittiham edir.

Hindistan qüvvələrinin əməliyyatı nüvə silahına malik Hindistanla Pakistan arasında gərginliyin güclənmsi ehtimalını da yüksəldib ki, bu da 2003-cü ildə Kəşmirdə əldə edilmiş barışığın iflasına səəb ola bilər. Hindistan ehtiyat tədbiri kimi təmas xəttinin 10 km-liyində yerləşmiş bir neçə kəndi köçürüb.  

Hindistan ordusunun döyüş əməliyyatları şöbəsinin rəisi Ranbir Sinqh deyib ki, zərbələr çərşənbə günü “bəzi terrorçu qruplaşmaların müdaxilə və terrorçu zərbə qəsdilə mövqe tutduğu haqda dəqiq və mötəbər informasiya əsasında endirilib”.

Sinqh əlavə edib ki, pakistanlı həmkarına zəng edərək onu əməliyyat haqda məlumatlandırıb.  

Pakistan hərbçilərinin təmsilçsi Hindistan tərəfinin şərhini “tamamilə əsassız və ağ yalan” adlandıraraq kəskin şəkildə tənqid edib.

Pakistan baş naziri Hindistanın “səbəbsiz və aşkar təcavüz”ünü ittiham edib və sonrakı addımları müzakirə etmək üçün cümə gününə nazirlər kabinetinin toplantısını çağırıb.

Hindistan və Pakistan Kəşmirin bütün ərazisinə iddialıdır, lakin ayrı-ayrı  hisssələrinə nəzarət edir. Ölklər 1947-ci ildə Böyük Britaniyadan müstəqillik əldə etdikdən sonra üç dəfə bir-biri ilə vuruşub. İki münaqişə Kəşmirə görə baş verib.  

 

Tərcümə Strateq.az-ındır.