XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2016 - 10:01

Türk analitik “osmanlı Boris”in Ərdoğana qarşı nəhəng yaltaqlığından yazıb:“şərəfsizdir!” – Təhlil

ec

Türkiyə prezidenti Rəcəb Ərdoğan və Böyük Britaniya xarici işlər naziri Boris Conson

© AP Photo, Kayhan Ozer/Prime Ministry Press Service, Pool via AP Photo

 

Nilgün Cərrahoğlu

Cumhuriyet (Türkiyə), 30.09.2016

 

 

II Əbdülhəmidi o qədər tez-tez yamsılayırlar… Budur, indiki dövrün olayları da bu sultanın dönəmini yada salır.

Wikipedia Əbdülhəmidi qısa şəkildə bu cür səciyyələndirir: “Qərbə münasibətdə tarazlaşdırılmış, Şərqə münasibətdə islamçı siyasət aparıb, mütləqiyyəti möhkəmləndirib”.

Boris Consonun xarici işlər naziri qismində Türkiyə gəzintisi məhz bu cür siyasətin nümunəsidir.

Məgər Türkiyə cümhuriyyətinin Əbdülhəmidi səsləşən dəyərlərə bağlı olduğu tez-tez ifadə edilən indiki başçısı bizi bu cür idarə etmir? Saray yüz il öncə olduğu kimi Türkiyə və Şərqə islamçı siyasət sırıyır. Eyni zamanda Qərbdə, ölkəmiz haqda ən təhqirli epitetlərlə danışan hətta Conson kimi siyasətçilərə münasibətdə “balans”a üstünlük verir. Məlum olduğu kmi, mütləqiyyət ölkə daxilində bir an içində ağalığa başlayıb.

Əbdülhəmidin müstəbidliyinə və bu gün baş verənlərə baxarkən görürsünüz ki, heç nə dəyişilməyib. O dövrdə “iş vermək” cəmiyyətdə, az qala, qızğın yarışa çevrilmişdi.

Təəssüf ki, görürürk ki, bu gün hətta ölkənin ən nüfuzlu ailələri çuğulçuluqda iştirak edir…

Əbdülhəmidin dönəmində namuslu məmurları və savadlı ziyalıları işdən qovur və ya “təmizləyirdilər”.

Bu gün də, təxminən, eyni şey baş verir.  

Nəhayət, mətbuat “Əbdqülhəmidin senzurası” dövründə bu günki kimi gülünc duruma çatmışdı.

 

“Hacı Vilhelm”

 

Almaniya imperatoru, kayzer II Vilhelm 1898-ci ildə məhz bu cür şəraitdə Əbdülhəmidin yanına gəldi. Kayzer “xəlifə”nin dindaşlar icmasını öz tərəfinə çəkməkdən ötrü hətta özü haqda şayiə buraxdı ki, “müsəlmanlığı qəbul edib” və “həcc ziyarəti”ndə olub. Bu təbliğat Kayzerin tələbiylə Osmanlı imperyasının Əbdülhəmidin senzurası altında olan bütün qəzetlərinə düşdü.  

Demləi, 118 ildə heç nə dəyişilməyib.

Böyük Britaniyanın dörd ay əvvəl Türkiyə dövlətinin birinci şəxsinin ünvanına ən təhqirli ifadələrdən çəkinməyən və ölkəmizi qapazaltı rolunda istifadə edərək Brexit haqda referendumu antitürkiyə və antiərdoğan ritorika əsasında udan xarici işlər naziri Boris Conson indi fərəhlə Ankaraya səfər edir və “osmanlı mənşəyi” ilə öyünərək birbaşa gözümüzün içinə baxıb şit-şit yaltaqlıq edir.

Təkcə bir şey çatmırdı: ki o da II Vilhelm kimi “həcc ziyarəti etdiyini” desin…

O hətta öz evindəki “Türkiyə brendli paltaryuyan maşınla” fəxr edir. AB-yə üzvlük haqda keçirilən referendumun gedişində “türk xofu”undan gen-bol istifadə edən Conson sanki ələ salıb deyir ki, Türkiyənin birlik üzvü olmasına kömək edəcək.

Bu profil adamların müəyyən edilməsi üçün Türkiyədə lüğətdə “vicdansız”, “pozğun”, “zəhlətökən”, “ədəbsiz” … “şərəfsiz” kimi sözlər var. Lakin əllərimiz bağlıdır. Zamanında bütün dünyanı Osmanlı imperiyasının üstünə gülməyə məcbur etmiş Hacı Vilhelmin səfərindən sonrakı kimi milli mətbuat Boris Consonun səfəri haqda müstəqil məqalə yaza bilmir. Burada “özünə senzura” işə düşməyə başlayır.

 

İkiüzlülük zirvəsi

 

Bununla belə, Britaniya mətbuatı Consonun şoka salan səfəri haqda daha cürətlə yazır. Praktik olaraq Britaniyanın bütün qəzetləri bu səfər münasibətilə Consonun Ərdoğan haqda burada dərc edə bilmədiyimiz, ikrah doğuran şerinə isnad edir. Nəşrlər qeyd edir ki, buna baxmayaraq Conson Türkiyədə özünün “osmanlı mənşəyi” ilə öyunüb. Və britaniyalı nazirin “Türkiyənin AB-yə üzvlüyünü dəstəkləmək” vədini bir ağızdan ön plana çəkir.     

“Huffington Post” nəşri durumu iki kəlmə ilə ümumiləşdirib: “İkiüzlülük fəaliyyətdədir!” (Hypocracy in action!)

Qərblə Şərq arasındakı başlıca fərq bundan ibarətdir. Qərbdə ictimai rəy var. Bizdə yoxdur.  

Böyük Britaniyada “ictimai rəy” deyilən sirli qüvvə təəccüblənir ki, Conson hətta açıq şəkildə üzr istəmədən “nəhəng ticarət müqaviləsi” bağlamaq üçün Türkiyəyə gedir.

Məsələ təkcə Consonun şerində deyil; adamı bu təəccübləndirir ki, ona söz qaytaran hər kəsdən izahat tələb etməyə girişən Ərdoğan britaniyalı nazirə bircə kəlmə də deməyib və heç nə olmamış kimi onu qəbul edib.

Deməli, söhbət hakmiyyətdən, maraqlardan, gerçəkçi siyasətdən və “böyük oyun”dan gedəndə sayğı və təhqir kimi mövzular arxa planda qalır.

Ankara Qərbdə o qədər tənhadır ki, hətta ona Boris Conson da lazımdır.

Necə də biabırçılıqdır.

 

Tərcümə Strateq.az-ındır.