XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2015 - 15:22

Saxta nikah nədir? – Suallara hüquqşünas cavabı

sunay-1.jpg

Strateq.az-ın “Vəkil bürosu”na ünvanlanmış suallara hüquqşünas Sunay Ramazanova cavab verir.

 

Sual: Nikah hansı hallarda etibarsız sayıla bilər? Tural Salmanov

Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Etibarsızlığın başqa bir əsası isə tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadan nikah bağlamasıdır. Bu “saxta nikah” adlanır və etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır və etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.

Sual: Mənim atam 5 il bundan öncə xəbərsiz itkin düşüb. Anam da məhkəmə qaydasında nıkahın pozulmasına dair idda qaldırıb və nikah pozulub. Atam illər sonra gəlib çıxıb, bilmək istəyirəm ki, anamın qaldırdığı iddia etibarsız sayıla bilərmi? Eldəniz Əliyev

Cavab:  Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında, yəni qeydiyyat şöbəsində onların birgə ərizəsinə əsasən bərpa oluna bilər. Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır

Sual: Qardaşım xroniki alkoqoliqdir. Sipirtli içki içir, evin şüşə və pəncərələrini qırır, zor tətbiq edir və müalicə almaq fikrini qəti şəkildə rədd edir. Bu halda biz nə edə bilərik? Vahid Qulamov

Cavab: Siz, qardaşınızın məhdud fəaliyyət qabiliyyətli elan edilməsi ilə bağlı məhkıməyə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbinə əsasən bu cür müraciıtlər xüsusi icraat qaydasında həyata keçirlir. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

Sual: Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği artırıla bilərmi? Arzu Musayeva

Cavab: Ailə qanunvericliyinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimnentin miqadarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə alamaqla aliment odəməkdən azad edə bilər.

Yəni, siz qanunun bu normasındaa istifadə edərək, aliment məbləğinin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə builərsiniz. Bu zaman aliment məbləğinin artırlmasına səbəb olmuş əsaslarınızı göstərməlilisiniz.  

Sual: Azərbaycan vətandaşıyam, hazırda Bakıda yaşayıram, Türkiyə vətandaşı ilə ailə qurmuşam, nikah Türkiyədə qeydə alınıb, hazırda münasibətlərimiz pozulub, nikahın pozulması üçün hara müraciət etməliyəm?

Cavab:  Ailə Məcəlləsinin 150.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Yəni, Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Nikahın qeydiyyat şöbəsində pozulmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər.

Sual:  Qızım ruhi xəstədi, faktiki olaraq mənim himayəmdədir, himayədə olma faktını necə rəsmiləşdirə bilərəm? Qönçə Ağamaliyeva

Cavab: Siz bununla bağlı yaşadığınız yerin məhkəməsinə xəstə övladınızın sizin himayədə olması faktının müəyyən edilməsinə dair ərziə ilə müraciət etməlisiniz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.2-ci maddəsinə əsasən şəxsin öhdədə olması faktı müəyyən edilə bilər.  

Sual: Bizim qonşuluqda bir xəstə qadın  var, himayyə ehtiyacı var, aldığı təqaüd heç dərmanlarına belə çatmır. 2 oğlu var, maddi durumları yaxşıdır, amma onlar analarına baxmırlar. Bilmək istəyirəm, məhkəməyə müraciət etsək anaları üçün aliment kəsilə bilərmi? Aygün Bayramova

Cavab: Ailə Məcəlləsinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

Sual: Mən övladlığa uşaq götürmüşəm və istəyirəm ki, uşağın doğum haqqda şəhadətnaməsində doğulduğu gün, ay&
nbsp;və yeri dəyişim. Qanunla belə bir şey mümkündürmü? Aliyə Səfərova

 Cavab: Bəli, mümkündür. övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğulması haqqında akt yazısına qeydiyyat şöbəsi tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında yeni şəhadətnamə verilir.

 

Sual: Mən bir nəfərlə faktiki, yəni rəsmiləşdiriılməmiş ailə münasibətində olmuşam. Hazırda həmin şəxs rəsmi olaraq ailəlidir. Bizim faktiki münasibətimizdən bir övladımız dünyaya gəlib. Bilməki istəyirəm ki, atalığı necə müəyyən elədirmək olar? Nəzmiyə Babayeva

Cavab: Atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır.