XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2018 - 13:22

“Azərbaycanda ölüm hökmü bərpa olunmalıdır” –Tanınmış hüquqşünasdan sensasiyalı təklif

Tanınmış hüquqşünas Əkrəm Həsənov uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlərin ölümlə cəzalandırılmasını təklif edib.

O, “Sputnik Azərbaycan”a deyib ki, Azərbaycanda müəyyən cinayətlər üçün ölüm cəzasının bərpa olunmasının tərəfdardır:

“Elə cinayətlər var ki, məhz ölümlə cəzalandırılmalıdır. Ölüm cəzası bütün cinayətlərin qarşısını almasa da, müəyyən qisim insanlar bu cəzadan qorxduğu üçün cinayət törətmirlər. Mən də xüsusi hallarda bu cəzanın tətbiqinin tərəfdarıyam. Xüsusən də uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlərin cəzası bu olmalıdır”.

Xatırladaq ki, Türkiyədə pedofillərə qarşı ölüm hökmünün bərpa olunması məsələsi gündəmə gəlib. Ölkə prezidenti R.T.Ərdoğan bəyan edib ki, bu, elə də sadə məsələ deyil.