“Məhkəmə orqanlarında fəaliyyət göstərən xeyli sayda hüquqşünas vəkilliyə üz tutub”.
“Report”un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, bu gün 535 nəfər imtahanlardan uğurla keçən namizədlərin 134-u məhkəmə işçisidir.
Qeyd edək ki, bu gün peşəyə buraxılan 266 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada and içir. Bununla da ölkədə vəkillərin sayı 1500 nəfəri ötəcək.