XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2019 - 15:07

Avropa Şurası Azərbaycanın məhkəmə sistemi ilə bağlı yeni layihə həyata keçirir –915 min avroluq

Bakıda “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimatı olacaq.

Layihə Avropa Şurası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGG II) çərçivəsində Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı əsasında həyata keçiriləcək.

Layihənin ümumi məqsədləri CEPEJ-in alətlərinin milli səviyyədə tətbiqi yolu ilə Azərbaycan məhkəmələrinin işinin səmərəliliyini və keyfiyyətini artırmaq və məhkəmə qərarlarının icrası sisteminin hüquqi və institusional cəhətdən modernləşdirilməsi, eyni zamanda icra prosedurlarında iştirak edən qurumların potensialının gücləndirilməsi vasitəsilə qərarların icrasını təkmilləşdirməkdir.

Qeyd edək ki, proqram 2021-ci ilin avqustun 31-dək davam edəcək. Layihənin ümumi büdcəsi 915 000 avrodur. Layihə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən həyata keçirilir/Report.