XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2019 - 21:16

Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı –Səbəb

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda bir sıra məsələlərə baxılıb.

İclasda tanınmış vəkil Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb.

Faktı Vəkillər Kollegiyasından APA-ya təsdiqləyiblər.

Bildirilib ki, Ş. Hümbətova barəsində Vəkillər Kollegiyasına şikayət daxil olub. Şikayət araşdırılıb və Ş. Hümbətovanın kollegiyadan çıxarılması ilə bağlı qərar qəbul olunaraq məhkəməyə müraciət olunub.

Eyni zamanda, o da qeyd olunub ki, Ş. Hümbətova 6 aylıq üzvlük haqqını da ödəməyib.