XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 11:47

Kollegiya sədri Adil İsmayılovdan yazdı:"Təsəvvür edə bilməzdim ki, bu, bizim son danışığımızdır"

“Adil İsmayılov qəlbimizdə təcrübəli, savadlı, prinsipial, müdrik bir həmkar kimi həmişə yaşayacaq”.

Strateq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Facebook”dakı səhifəsində yazıb.

Kollegiya sədrinin sözlərinə görə, son dəfə təxminən 20 gün əvvəl Adil İsmayılovla telefonla danışıb:

“Özüm zəng vurdum, çoxdandır ondan xəbər yox idi, nə isə narahatçılıq hiss etdim. Mənə hər şeyin qaydasında olduğunu, narahatçılıq üçün heç bir əsasın olmadığını bildirdi.

Mən isə o zaman heç vaxt təsəvvür edə bilməzdim ki, bu, bizim son danışığımızdır. Adil müəllim 28 ildən çox vəkil kimi fəaliyyət göstərirdi. Ölkənin ən tanınan və nüfuzlu vəkillərindən idi. Vəkilliyin nüfuzunun artırılmasında xidmətləri danılmazdır. Son 3 ildə Vəkillər Kollegiyası tərəfindən 2 dəfə təltif olunmuşdu. Hər dəfə təltifi təqdim edəndə deyirdi ki, mənim heç vaxt təltifim olmayıb və buna lüzum görmürəm. Hər dəfə izah edirdim ki, Adil müəllim, bu sizin zəhmətinizə, xidmətlərinizə peşə birliyiniz tərəfindən gec də olsa verilən qiymətdir, bunu çoxdan öz fədakar əməyinizlə qazanmısınız.

Allah sizə rəhmət eləsin, əziz Adil müəllim, məkanınız cənnət olsun, Allah bütün vəkillərimizə və yaxınlarınıza səbr versin!”.