XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 19:27

Vəkillər Kollegiyasının Rəyasət Heyəti toplanıb –Daha 2 hüquqşünas vəkilliyə qəbul olunub

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Strateq.az VK-yə istinadla bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verib.

Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçiriib, 2 nəfər yeni üzv vəkilliyə qəbul edilib.

İclasda həmçinin tövsiyyə xarakteri daşıyan Vəkil İcraatı (Dosyesi) Qaydaları ilə bağlı məsələyə baxılaraq, qaydalar qəbul olunub.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad olunma ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul olunub.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmış və müvafiq qərarlar qəbul edilib.