XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

10 May 2016 - 11:47

10 min dollara qədər olan kreditlərə güzəştlər ediləcək? –Palata sədrindən müjdə

rufet

"On min dollara qədər olan kreditlərə güzəştlər edilməsi məsələsinə baxıla bilər".

Bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlı bildirib ki, Milli Məclisdə bu məsələyə baxılmasından xəbərsizdir. "Ancaq palataya bu barədə müraciət daxil olsa bu məsələyə baxıla bilər".

O həmçinin deyib ki, Azərbaycanda bəzi istisnalarla xarici valyutada kreditlərin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır. R.Aslanlının sözlərinə görə, İslam bankçılığının Azərbaycanda tətbiqinin mümkün olmaması ilə bağlı onun adından yayılmış fikirlər KİV-in özünə məxsusdur. 

Bununla yanaşı Palatanın başçısı ipoteka kreditləşməsi sahəsində yeniliklərin olacağını da vurğulayıb. O deyib ki, prezident İpoteka Fondunun yenidən formalaşması ilə bağlı xüsusi tapşırığı var və tezliklə qərar açıqlanacaq.

Ötən ay Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq.

Anspress.com