XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 12:24

Kredit borcları ilə bağlı yenilik –Yeni sistemə hüquqşünas rəyi

kredit-1

"Banka kredit borcu ilə bağlı zəngi artıq şəxslər yox, xüsusi avadanlıqlar həyata keçirəcək". 

Kollektor şirkətlərinin işçiləri isə bu üsuldan istifadə etməklə, yalnız telefonu açıq olan müştərilərlə danışacaqlar. Mütəxəssislər bildirirlər ki, bu zaman vətəndaşlar bəzi məqamlara diqqət etməlidirlər ki, onların hüquqları tapdanmasın.

Strateq.az xəzərxəbər-ə istinadən bildirir ki, bankın və ya kollektor şirkətlərinin işçiləri isə dəstəyi ancaq zəng edilən şəxs açdıqda götürəcəklər.

Bu yeni sistemi Azərbaycanda kollektor, yəni borcları toplamaqla məşğul olan şirkətlərdən biri həyata keçirəcək. Ekspertlər bildirirlər ki, yeni sistem vətəndaşların hüquqlarını pozmadan fəaliyyət göstərərsə, burada qeyri-qanuni heç bir şey yoxdur. Ancaq vətəndaşlar zənglərin gəlmə vaxtına xüsusi diqqət etməlidirlər.

Hüquqşünas Anar Ramazanlı bildirir ki, Azərbaycanda problemli kreditlərin həcminin çox olduğu nəzərə alınarsa, kollektor şirkətlərinin sayının və belə xidmətlərin getdikcə artacağı gözlənilir. Ekspert qonşu Rusiyada kollektor şirkətlərinin borcları toplamaq üçün maraqlı üsullardan istifadə etdiyinə diqqət çəkir.

Avropada fəaliyyət göstərən kollektor şirkətlərinin də borcları toplamaq üçün özlərinə məxsus üsulları var. Məsələn, İspaniyada məşhur kollektor şirkətlərindən birinin işçiləri borcları keşiş paltarında toplayırlar. Mütəxəssislər bildirirlər ki, bu kimi üsullardan bəzilərinin yerli şərait nəzərə alınaraq yaxın zamanda Azərbaycanda da həyata keçirilməsi mümkündür.