XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

22 Avqust 2017 - 13:35

Xaricdə yaşayan azərbaycanlıların diqqətinə! – Elektron müraciət proseduru açıqlandı

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlamenti təsdiqləyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, bu xidmət xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının, diaspor təşkilatlarının, еləcə də Azərbaycan vətəndaşı olmayan azərbaycanlıların ərizə, şikayət və təkliflərinin komitə tərəfindən elektron qaydada qəbulu, araşdırılması və cavablandırılmasını əhatə edir.

Elektron xidmət komitənin rəsmi saytında və "Elektron hökumət" portalında yerləşdirilib. İstifadəçi bu e-ünvanlardan birinə daxil olaraq e-xidməti seçir, açılan səhifədə tələb olunan məlumatları daxil etməklə müraciəti elektron imza ilə təsdiq edib müvafiq elektron ünvana göndərir. Sorğunun araşdırılması nəticəsində komitənin hazırladığı cavab "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla elektron formada istifadəçiyə göndərilir. Cavab istifadəçinin istəyindən asılı olaraq poçt rabitəsi vasitəsilə də təqdim oluna bilər. Müraciət baxılmamış saxlanıldıqda bu barədə istifadəçiyə məlumat verilir.